Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4178/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və X8 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və X8 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 24 ay müddətinə 1500 AZN kredit götürmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 3866/2022 saylı qərardadına əsasən X12 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 2V-313 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X6 vərəsəsi kimi Cavabdeh1, X13, X15, Cavabdeh2 müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 və X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1227.85 manat əsas borc, 462.12 manat faiz borcu və 2716.38 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36.8 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4443.15 manat borcu vardır. Borcluların banka xx.xx.2022-ci il il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2716.38 manat əşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1358.19 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh1 və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1227.85 AZN əsas borcu, 462.12 faiz borcu, 1358.19 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3084.96 AZN və 50.85 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X12 arasında xx.xx.2022-ci il tarixli bank Xidmətlərinin göstərilməsi üzrə Şərtlər Toplusuna əlavə_onlayn kredit Razılaşma və imza nümunəsinə əsasən . Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 17% hesablanması şərti ilə 24 ay müddətinə 1500,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı Banka 1500,0 manat əsas borc, 1198,82 manat faiz borcu olmaqla, cəmi 4198,82 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X6 banka 1227.85 manat əsas borcu, 462.12 faiz borcu, 1358.19 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3084.96 AZN əsas borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixində tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə Cavabdeh1 QİZİ xx.xx.2006-cı ildə (akt qeydi No 818) Xəzər rayon qeydiyyat şöbəsində X14 ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2022-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (ölüm xx.xx.2022-ci ildə 695 Noli akt qeydi ilə Xəzər rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, atası X12, anası Cavabdeh1dır. İş materiallarından görünür ki, Cavabdeh1, X13, X15 və Cavabdeh2 mərhum X6 vərəsəli kimi tanınması üçün notariat orqanına üraciət etmişlər. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X6 vərəsələri: BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, MALİGİN KÜÇƏSİ, EV 4 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 QİZİ (AA*******. xx.xx.2019 - Asan 5, FİN:4QVAVVVVP, d/1:xx.xx.1983)və o miras əmlakdan 1/4 hissədə pay almalıdır, BAKİ. XƏZƏR, ŞÜVƏLAN QƏS, MALİQİN KUÇ. EV 4 ünvanında qeydiyyatda olan oğlu X13 (AZE12884878, xx.xx.2016 - Asan5, FİN:7SAU2KR. d/t:xx.xx.2012) və o miras əmlakdan 1/4 hissədə pay almalıdır,BAKİ, XƏZƏR, ŞÜVƏLAN QƏS MALİQİN KÜÇ. . EV 4 ünvanında qeydiyyatda olan qızı X23 QİZİ (AZE10811504, xx.xx.2016 - BAKİ-NİZAMİ RPİ, FİN:7S28KUS, d/t:xx.xx.2007 və o miras əmlakdan 1/4 hissədə pay almalıdır.BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, MALİGİN KÜÇƏSİ, , EV 4 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2 QİZİ (AA*******. xx.xx.2021 - Asan 4, FİN:7SAUSLU. d,t:xx.xx.2005) və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X12 arasında xx.xx.2022-ci il tarixli bank Xidmətlərinin göstərilməsi üzrə Şərtlər Toplusuna əlavə_onlayn kredit Razılaşma və imza nümunəsinə əsasən . Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 17% hesablanması şərti ilə 24 ay müddətinə 1500,0 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X12 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 2810,2 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və vərəsəli Cavabdeh1 və Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X6 oğlu Cavabdeh1 və Cavabdeh2 X6 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh1 və Cavabdeh2 X4 qalmış əmlakı miras kimi qəbul etmişdir. X6 oğlu Cavabdeh1 və Xələfli X11 Bəhmən öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəslik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X6 varisləri Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdehlər öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia vərəsədən “1358.19 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36.8 manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsində əsassızdır və təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, borclu xx.xx.2022-ci il tarixdə ölmüşdür, kreditorun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36.8 manat məbləğində pulun tələb edilməsi əsassızdır. Belə ki, dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Vərəsənin təqsirli olmasına dair heç bir sübut əlavə edilməmişdir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 50,85 manat məbləğində dövlət rüsumunun 25,0 manat məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan 25,85 manat hissəsi iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nın xeyrinə cavabdehlər Cavabdeh1 və X5 birgə qaydada 1102,0 manat əsas borc, 251,57 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 25,0 manat məbləği olmaqla, cəmi 1714,97 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC-nın xeyrinə cavabdehlər Cavabdeh1 və X5 birgə qaydada 1102,0 manat əsas borc, 251,57 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 25,0 manat məbləği olmaqla, cəmi 1714,97 manat (min yeddi yüz on dörd manat, doxsan yeddi qəpik) məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş 50,85 manat məbləğində dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4178/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4178/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver