Məhkəmə qərarları › İş №2(003)-42/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-42/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-42/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh nümayəndə və vəkili X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 78319,57 ABŞ dolları əsas borc, 28443,59 ABŞ dolları faiz borcu və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120141,99 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 oktyabr 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 saylı kredit müqaviləsi üzrə 78319,57 ABŞ dolları əsas borc, 28443,59 ABŞ dolları faiz borcu və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120141,99 ABŞ dolları məbləğində borcu, Cavabdeh və X2 müştərək qaydada 03 oktyabr 2013-cü il tarixli 19-S- 2-0-99813 saylı kredit müqaviləsi üzrə 9922,77 ABŞ dolları faiz borcu və 214,26 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10137,03 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0- 1728-14 No-li kredit müqaviləsi üzrə 78.319,57 ABŞ dolları əsas borc, 28.443,59 ABŞ dolları faiz borcu və 13.378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120.141,99 ABŞ dolları məbləğində borcu və Cavabdeh və X2 müştərək qaydada 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-99813 No-li kredit müqaviləsi üzrə 9.922,77 ABŞ dolları faiz borcu və 214,26 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 10.137,03 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 101809.21 ABŞ dolları əsas borc, 53719.66 ABŞ dolları faiz borcu və 13378.83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 168907.7 ABŞ dolları borcun, Cavabdeh və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 9922.77 ABŞ dolları faiz borcu və 214.26 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 10137.03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 75319,57 ABŞ dolları əsas borc, 43627,42 ABŞ dolları faiz borcu və 32170,98 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 151117,97 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2285,13 ABŞ dolları artıq ödəmənin 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borcdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Lökbatan” filialında 60 ay müddətinə 100000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 24 oktyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 127000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 07 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 07 avqust 2023-cü il tarixədək müəyyən edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 18 fevral 2021-ci il tarixədək Cavabdeh banka 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 78319,57 ABŞ dolları əsas borc, 28443,59 ABŞ dolları faiz borcu və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120141,99 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ASC Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 101809,21 ABŞ dolları əsas borc, 53719,66 ABŞ dolları faiz borcu və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 168907,7 ABŞ dolları borcun, Cavabdeh və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 9922,77 ABŞ dolları faiz borcu və 214,26 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 10137,03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşməsi ərizəsi təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 101809,21 ABŞ dolları əsas borc, 53719,66 ABŞ dolları faiz borcu və 13378,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 168907,7 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X11 ilkin iddia ərizəsinə sonuncu əlavəni müdafiə edərək iddia tələblərinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 məhkəməyə verdiyi izahatında qarşılıqlı iddia ərizəsindəki xüsusatları qeyd edərək bildirdi ki, 03 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc ödənilmiş və artıq ödəniş həyata keçirilmişdir. 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə isə əsas borcu tam ödəyə bilməmişdir. Əsas borc ilə razı olsa da, faiz və cərimə çox hesablanmışdır. Odur ki, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında dindirilmiş ekspert X5 ifadəsində bildirmişdir ki, İddiaçı ASC arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 saylı kredit müqaviləsi hesablamalar xx.xx.2017-ci il tarixədək aparılıb. Belə ki, həmin vaxt ekspertiza tədqiqatı aparan zaman iş materiallarında olan hesabdan çıxarış xx.xx.2017-ci il tarixə qədər idi. Ümumiyyətlə iş materiallarında olan maliyyə arayışından görünür borclunun sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə olmuşdur. Hazırda ona təqdim olunan hesabdan çıxrışda isə ödənişlər 2021-ci ilin fevral ayına qədər olan dövrü əhatə edir. lakin o, 2017-ci ilin iyun ayından 2021-ci ilin fevral ayınadək olan dövrdə olan ödənişləri nəzərə alamamışdır. Həmin ödənişləri nəzərə almaqla qeyd olunan kredit müqaviləsi üzrə borclunun banka olan borcunu yenidən əlav-məhkəmə-mühasibatt ekspertizası təyin olunarsa hesablaya bilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tam təmin edilməlidir. İş materiallarında olan 19-S-3-0-1728-14 saylı xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsindən görünür ki, İKB "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə 100000 manat məbləğində kredit kredit limiti ayrılmışdır. İş materiallarında olan 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, İKB "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz hesablanmaqla 127000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (İKB "xxxx" ASC) 127000 ABŞ dolları əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməli idi. İş materiallarında olan 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 nömrəli əlavə kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 115696,75 ABŞ dolları təşkil etmiş, kredit müddəti 36 aydan 107 aya dəyişdirilmişdir. İş materiallarında olan 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsindən görünür ki, İKB "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28 faiz hesablanmaqla 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, X1 Fidayət Nəriman oğlunun İKB "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsindən irəli gələn borc öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi öhdəlik götürmüşdür. Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (İKB "xxxx" ASC) 35000 ABŞ dolları əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməli idi. İş materiallarında olan 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 saylı girov müqaviləsindən görünür ki, 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsi üzrə girovun predmeti Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində, “Binə” ticarət mərkəzində yerləşən, 40 kv.m. sahəsi olan sıra 4 korpus 4-də yerləşən birmərtəbəli 5T saylı mağazaya məxsus icarə hüququdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4251 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh ilə “Nikoyl ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-3-0-1728-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 101809,21 ABŞ dolları, faiz borcu üzrə 53719,66 ABŞ dolları müəyyən olunur. Cavabdeh ilə “Nikoyl ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19-S-2-0-998-3 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 7533,30 ABŞ dolları, faiz borcu üzrə 2468,62 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/826 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh ilə “Nikoyl ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19-S-2-0-998-3 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, artıq ödəniş məbləği 2285,13 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5625 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh ilə “Nikoyl ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-3-0-1728-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 51919,59 ABŞ dolları, faiz borcu üzrə 36828,59 ABŞ dolları müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 28 faiz hesablanmaqla 35000 ABŞ dolları, 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 nömrəli əlavə kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 20 faiz hesablanmaqla 127000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli zaminlik müqaviləsinə əsasən, X1 Fidayət Nəriman oğlunun İKB "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsindən irəli gələn borc öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi öhdəlik götürmüşdür. İşə məhkəmə tərəfindən baxılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif dövrlərə aid hesabdan çıxarışlar və arayışlar əsasında bir neçə dəfə məhkəmə ekspertizaları təyin edilmişdir. Məhkəmə qərardadına əsasən 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsi üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq eskpertizasının yekun rəyi ilə müəyyən edildi ki, Cavabdeh borcu qalmamış, həmçinin 2285,13 ABŞ dolları artıq ödəniş edilmişdir. Bundan sonra, İddiaçı ASC 03 oktyabr 2013-cü il tarixli 19-S-2-0-998-13 nömrəli kredit müqaviləsi üzrə iddiasını müdafiə etməmişdir. 24 oktyabr 2014-cü il tarixli 19-S-3-0-1728-14 nömrəli əlavə kredit müqaviləsi üzrə isə cavabdehin öhdəlikləri məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ümumillikdə kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5625 saylı rəyindən görünür ki, Cavabdeh ilə “Nikoyl ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-3-0-1728-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu əsas borc üzrə 51919,59 ABŞ dolları, faiz borcu üzrə 36828,59 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 9/5625 saylı rəyini əsas borc hissəsində sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 51919,59 ABŞ dolları əsas borc cavabdehdən tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə xx.xx.2022-ci il tarixli, 9/5625 saylı ekspert rəyini işin digər halları ilə birlikdə tədqiq edərək sübut kimi qəbul edir və hesab edir ki, iddia tələbi əsas borca dair hissədə ekspertizanın rəyində müəyyən edilmiş məbləğdə təmin edilməlidir. İddianın faiz borcunun tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5625 saylı rəyindən görünür ki, ekspert rəyi Cavabdeh xx.xx.2021ci il tarixə olan faiz borcunu müəyyən edərək 36828,59 ABŞ dolları göstərmişdir. Həmin rəydən görünür ki, Cavabdeh əsas borcu 51919,59 ABŞ dolları və faiz borcu isə 36828,59 ABŞ dolları məbləğində təşkil edir. Qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında xx.xx.2022-ci il tarixli qərardadında Cavabdeh iddiaçı "xxxx" İKB ASC-yə olan borcunun iddia tələbində borc məbləği hesablanan tarixədək hesablanmağı haqqında sual qoyulduğuna görə, cari hesabdan çıxarış məlumatlarına əsasən iddia ərizəsinin tarixindən sonrakı tarixlərdə iddiaçı tərəfindən iddia tələbi artırılan zaman tələb olunan faiz borcu hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən faiz borcundan əlavə 6798,83 ABŞ dolları məbləğində fərq də nəzərə alınaraq, qeyd edilən hissədə təmin edilərək, cavabdehdən 43627,42 ABŞ dolları (36828,59 + 6798,83) məbləğində faiz borc tutulmalıdır. Məhkəmə eyni zamanda ilkin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1500,0 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Bundan başqa, məhkəmə ilkin iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/106639/15 saylı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin ilkin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbini araşdıraraq qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 9/826 saylı ekspert rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 19-S-2-0-998-3 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli kredit borcu yoxdur, 2285,13 ABŞ dolları məbləğində pul vəsaiti isə Cavabdeh tərəfindən artıq ödənilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh təşkilat tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bankın öz ilkin iddiasını dəqiqləşdirərək xx.xx.2013-cü il tarixli, 19-S-2-0-998-3 saylı kredit müqaviləsi üzrə borcu tələb etməməsi də həmin müqavilə üzrə borc öhdəliyinin qalmamasını ehtiva edir. Məhkəmə qarşılıqlı iddia üzrə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 9/826 saylı rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının kredit borcunun artıq ödənilməsi barədə dəlilləri öz təsdiqini tapmışdır. Odur ki, qarşılıqlı iddia təmin olunaraq 2285,13 ABŞ dolları Cavabdeh 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borcundan silinməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, keçirilmiş ekspertizalar üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat, 50 manat və 50 manat olmaqla, cəmi 150,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 96,0 manat məbləğində pul cavabdehdən, 54,0 manat məbləğində pul iddiaçıdan alınaraq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/106639/15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/106639/15 saylı kredit müqaviləsi üzrə 51919,59 ABŞ dolları məbləğində əsas borc, 43627,42 ABŞ dolları məbləğində faiz borcu, 1500,0 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 97047,01 ABŞ dolları pul icra vaxtı manata olan məzənnə ilə manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. xx.xx.2013-cü il tarixli, 19-S-2-0-998-3 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 2285,13 ABŞ dolları pul icra vaxtı manata olan məzənnə ilə manatla Cavabdeh 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borcundan silinsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 96,0 manat məbləğində pul Cavabdeh, 54,0 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar