Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-423/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3742 manat borc, həmçinin ərizə verilməsi üçün 30.4 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.03.2019-cu il tarixdə Cavabdeh və İddiaçı arasında malların alqı-satqısıan dair 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci-1.3-cü bəndlərinə və əlavəyə əsasən icraçı sifarişçinin sifarişi əsasında göstərilən işləri və xismətləri yerinə yetirməyi, sifarişçik isə xidməti qəbul edib ona görə müqavilə ilə müəyyənləşdirilmiş qiyməti təhvil təslim aktı imzalandıqdan 15 təqvim günü ərzində icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, qəzet satışı ilə məşğul olur. Cavabdehə 3 tona yaxın nisyə qəzet satılmışdır. Kiloqramı 1.3 manatdan. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, iddiaçıya 3742 manat borcu vardır və həmin məbləği hissə-hissə ödənilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatnı dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24.03.2019-cu il tarixdə 01 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 660 manat məbləğində olan avadanlıq cavabdehə nisyə satılmış, həmin məbləğin ilkin olaraq 30.4 manatı ödənilmiş, qalan 630.4 manatı 18 ay müddətinə aylıq 35 manat olmaqla ödənilməli olması göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27.09.2018-ci il tarixdə EHK5708129 saylı malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən bu müqavilə üzrə sifariş olunan malların növü, qiyməti və digər xüsusiyyətləri tərəflərin imza və möhürü ilə təsdiq olunmuş və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavədə göstərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 saylı müqaviləyə 24.03.2019-cu il tarixli Əlavə 1 razılaşma protokolundan həmçinin akt nömrə 1-dən görünür ki, 1540 kg satılmamış qəzetlər 1.3 manat qiymətə yekun məbləğ 2002 manat olmaqla Cavabdeh verilmişdir. İş materiallarında olan 01 saylı müqaviləyə 29.09.2019-cu il tarixli Əlavə 2 razılaşma protokolundan həmçinin akt nömrə 2-dən görünür ki, 300 kg satılmamış qəzetlər 1.3 manat qiymətə yekun məbləğ 390 manat olmaqla Cavabdeh verilmişdir. İş materiallarında olan 01 saylı müqaviləyə 03.11.2019-cu il tarixli Əlavə 3 razılaşma protokolundan həmçinin akt nömrə 3-dən görünür ki, 700 kg satılmamış qəzetlər 1.3 manat qiymətə yekun məbləğ 910 manat olmaqla Cavabdeh verilmişdir. İş materiallarında olan 01 saylı müqaviləyə 09.02.2020-ci il tarixli Əlavə 4 razılaşma protokolundan həmçinin akt nömrə 4-dən görünür ki, 400 kg satılmamış qəzetlər 1.1 manat qiymətə yekun məbləğ 440 manat olmaqla Cavabdeh verilmişdir. İş materiallarında olan 11.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə ödənilməmiş 3742 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən məişət əşyları almış, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, 3742 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.03.2019-cu il tarixli müqaviləyə əsasən 3742 manat və ödənilmiş dövlət rüsumuna görə 30.4 manat alınaraq İddiaçı-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3742 manat və ödənilmiş dövlət rüsumuna görə 30.4 manat cəmi 3772.4 (üç min yeddi yüz yetmiş iki manat qırx qəpik) manat alınaraq İddiaçı-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-423/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-423/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver