Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-425/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” haqda pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 401.2 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 27.0*.2022-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsində icra məmuru H.Məmmədov tərəfindən Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla 1 ədəd **********11948 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd nəzarət qurğusu, 1 ədəd həmin qurğunun enerji adapteri) hazırki iş üzrə Cavabdeh işlək və yararlı vəziyyətdə tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin 3(003)-1448/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı üzrə idarənin qeydiyyatından çıxarılmışdır. Lakin, Cavabdeh ona təhvil verilmiş elektron nəzarət qurğusu komplektini gətirib İdarəyə təhvil verməmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 18*-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, (onlar) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 18*.*-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(3(003)-1448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. - Bakı şəhəri Probasiya İdarəsin 27.0*.2022-ci il tarixdə akt tərtib edilmiş 1 ədəd **********11948 seriya nömrəli ictimai işlər üçün elektron nəzarət vasitəsi Bakı şəhəri Probasiya İdarəsin böyük icra məmuru Hümmət Məmmədova təhvil verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(3(003)- 1448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı icra olunması üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitələrinin təqdim edilməsi və onlara ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə 27.0*.2022-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və ona barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası qaydası və şərtləri təqdim edilən elektron nəzarət vasitəsinin ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımalı olduğu, istifadə etməli olduğu həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yol verilməzliyi, bu əməlin hüquqi nəticələri, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İctimai işlərə nəzarət üzrə monitorinq cihazı 1 ədəd 401.2 manat dəyərindədir. Həmin məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan ictimai işlər üzrə elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş elektron cihazın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 401.2 manat tutulmalıdır. -Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun xx.xx.2023-ci il tarixli məktublarından görünür ki, probasiya qeydiyyatında olan ictimai işlər üzrə elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş elektron cihazın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 401.2 manat tutulmalıdır. Elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməlidir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(0033(003)-1448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında ictimai işlərdə nəzarət üzrə monitorinq cihazı dəyəri 401.2 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət qurğusu komplektini gətirib İdarəyə təhvil verməmişdir. Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli qərarı: 7.*. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. 8.1. Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. 8.3. Elektron nəzarət vasitəsinin çıxarılması üçün onun monitorinq mərkəzində deaktiv edilməsi və izləmə sessiyasının bağlanılması tələb olunur. 8.4. Elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. 8.*. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. 8.6. Monitorinq mərkəzində çıxarılmış elektron nəzarət vasitələrinin texniki vəziyyəti qiymətləndirilir və avadanlıq bərpa olunması və digər nəzarət subyektinə bağlanılması məqsədi ilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir. Cəzaların İcrası Məcəlləsi: 1*-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 1*-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 1*-2.*. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən də şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. İş materiallarında olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə 27.0*.2022-ci il tarixli protokoluna istinadən məhkəmə hesab edir ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları izah edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. İddiaya əsasən Cavabdeh təhvil alınmış elektron nəzarət qurğusu komplektini təhvil verməmişdir. Belə olan halda elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması və onun saz vəziyyətdə geri qaytarma öhdəliyi cavabdehin üzərində olduğundan və həmin nəzarət vasitəsinin digər şəxsin istifadəsinə verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, elektron nəzarət vasitəsinin cavabdeh tərəfindən İcra qrumuna təhvil verilmədiyi nəticəsinə gəlməyə əsas verir. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin araşdırılmış hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla İcra qrumuna təhvil verilmədiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə ictimai işlərə nəzarət üzrə monitorinq cihazının dəyəri olan 401.2 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. İctimai işlərə nəzarət üzrə monitorinq cihazının dəyəri olan 401,2 manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə (müxbir hesab: nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emil Məmmədli