Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-43/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5665,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 5695,48 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-cı il tarixli, 03/6063 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 1.3.2. yarımbəndinin və “X6”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir.Belə ki, xx.xx.2016-ci il tarixli, ******* saylı akta əsasən 124,20 manat, xx.xx.2016-ci il, ******* saylı akt əsasında 210,60 manat, xx.xx.2016-ci il tarixli, ******* saylı akt əsasında 182,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 255,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 170,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 436 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 146 manat,xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 996,60 manat, xx.xx.2018-cu il tarixli, ******* saylı akt əsasında 160 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 455,20 manat,xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat,xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-ci il tarixli, ******* saylı akt əsaında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 5667 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5667 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5665,48 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-3504/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən, Cavabdeh 5665,48 (beş min altı yüz altmış beş manat qırx səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5695,48 (beş min altı yüz doxsan beş manat qırx səkkiz qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı (İddiaçı İB-nin bank rekvizitləri: ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Mülki iş üzrə Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)- 3504/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-4047/2020 saylı,xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)- 3504/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X5 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-cı il tarixli, 03/6063 saylı müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanının təbii qazla təmin edilməsi və istifadə olunan təbii qazın həcminin müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilməsini tənzimləyən müqavilə İddiaçı ilə cavabdehin atası X4 arasında bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, X1 2019-ci ilin iyul ayına təbii qazdan istifadəsi nəticəsində 5665,48 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli gasrepin surətindən görünür ki, **********00030 nömrəli abonent kodu X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan təbii X6nın pozulması haqqında aktların surətlərindən görünür ki, qeyd edilən ünvanda sayğacdan kənar təbii qazdan istifadə edilmişdir. İş materiallarından olan məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanına baxış keçirilən zaman həmin ünvanda qaz sayğacı və qaz xəttinin mövcud olması müəyyən edilmişdir. Lakin həmin qaz sayğacının Cavabdeh deyil onun atası X2 məxsus oduğu müəyyən edilmişdir. Bu faktı həmin baxışda iştirak edən müvafiq aktı tərtib etmiş İddiaçı İB-nin əməkdaşlarıda təsdiq etmişdirlər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı İB ilə X4 arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı İB ünvan 2 ünvanını təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. İstifadə olunan təbii qazın məbləğinin vaxtında ödənilməməsi nəticəsində 5665,48 manat məbləğində borc yaranmışdır. Lakin iş materiallarından göründüyü kimi qeyd edilən müqavilə İddiaçı İB ilə hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh ilə deyil onun atası X4 arasında bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, **********00030 nömrəli abonent kodu X1 adına qeydiyyatdan keçmiş və GPG11110294 saylı qaz sayğacı B.Ağayevin adına rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, təbii X6nın pozulması haqqında tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, aktlar tərtib edilərkən istehlakçı kimi Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinin aşkar olunduğu qeyd edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi təbii qazdan qeyri-qanuni istifadəsinin aşkarlandığı sayğac Cavabdeh deyil onun atası X1 adına qeydiyyatdan keçmişdir. Həmçinin aktlar tərtib edilərkən bu barədə aktın istehlakçıya aid olan hissəsində Cavabdehnın sözügedən aktları imzalamaqdan imtina edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii X6nın pozulması haqqında tərtib edilmiş aktlar etibarsız hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5665,48 manat məbləğində borcunun olması məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə iddia tələbi təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-43/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-43/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver