Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4345/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edib Cavabdeh tərəfindən təbiətə dəymiş 226.80 AZN (iki yüz iyirmi manat səksən qəpik) məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə mane olan halların aradan qaldırılması, o cümlədən İdarənin hüquqi statusunu, tələb hüququnu və səlahiyyətlərini təsdiq edən sənədləri, öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları təsdiq edən sübutları təqdim edəcəyini, iddia ərizəsini dəqiqləşdirəcəyini, iş üzrə müvafiq sənədləri təqdim edəcəyini bildirərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, bu səbəblə hazırlıq iclası təxirə salınsa da məhkəməyə hər hansı dəqiqləşmə, sənəd, sübut təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, hər bir idda tələbi üzrə ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququn olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmənin ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib, subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. (madə 25) Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. (maddə 26) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. (maddə 60) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. (maddə 43.3) Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. (maddə 54.5) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1) Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (maddə 50.) İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. (151.1) İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (maddə 149.1) İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (maddə 152.1.2) Ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. (maddə 259.0.3) İddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. (maddə 149.2.3) Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. (maddə 259.0.12) Belə ki, keçirilən məhkəmə hazırlıq iclasları zamanı iddiaçıya subyektiv hüququnu təsdiq edən sənədləri, habelə öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları və onları təsdiq edən sübutları təqdim etməsi təklif edilməsinə baxmayaraq, onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə mane olan halların aradan qaldırılması, o cümlədən İdarənin subyektiv hüququnu təsdiq edən sənədləri, öz tələblərinin əsası kimi istinad etdiyi faktları və hallarla bağlı sübutları təqdim edəcəyini, iddia ərizəsini dəqiqləşdirəcəyini, iş üzrə digər müvafiq sənədləri təqdim edəcəyini bildirərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, bu səbəblə hazırlıq iclası təxirə salınsa da məhkəməyə hər hansı dəqiqləşmə, sənəd, sübut təqdim edilməmişdir. Belə olduğu halda, məkhəmə hesab edir ki, iddiaçı müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçili törədən nöqsanları aradan qaldırmadığında, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait (nöqsanlar) aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.3, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-4345/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4345/2025
12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver