Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4350/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 Güləli qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Güləli qızına, Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Güləli qızına, Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək satın aldığı torpaq sahəsindən öz mülkünü sərbəst və maneəsiz istifadə edə bilməyi üçün yaranmış qanunsuz maneələrin araan qaldərılması və məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 10 aprel 2025-ci ildə 6 saylı ASAN Xidmət agentliyində X4 ilə alqı-satqı müqaviləsi bağlayaraq, Buzovna qəsəbəsi, Qədəmqalı küç., ev 14B ünvanında (keçmiş M.Maqomayev küç. 8V) ona məxsus olan torpaq sahəsinin 0,0563 ha hissəsini satın almışdır. Lakin, həmin ünvanın Qumruya məxsus evdə yaşayan qardaşı Cavabdeh1 və onun qeyri-rəsmi yaşadığı qadın Cavabdeh2 adlı şəxslər, ona, alqı-satqı yolu ilə əldə etdiyi özəl torpaq sahəsinə giriş-çıxışını məhdudlaşdırır, torpaq sahəsində onlarla arasında hasar-divar tikməyinə, küçəyə qapı açmağına, abadlıq işləri aparmağına mane olurlar və bu səbəbdən dava-dalaş salırlar, mübahisə hallarına səbəb olurlar. İş üzrə Cavabdeh2 Güləli qızının nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi iddiaçı tərəfindən deyil, onun qaynanası Nümayəndə1 tərəfindən imzalanmışdır. Qaynana yaxın qohum olmadığından, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda, iddia əsl cavabdeh olan X2 qarşı qaldırılmalıdr. Bunlara görə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 saylı qərarının 2.-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından İddiaçı cavabdehlər Cavabdeh2 Güləli qızına, Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.7, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 Güləli qızına, Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-4350/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4350/2025
27.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver