Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4443/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 dəymiş zərərə görə 2.255 manat ziyan aktının tərtib olunması üçün ödənilmiş 200 manat, dövlət rüsumu olaraq ödənilmiş 100 manat, ümumilikdə vurulmuş zərərin əvəzi olaraq 2.555 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək X2 cavabdeh siyahısından çıxarılmasını, Cavabdeh olunun cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddia tələbini müdafiə edir və iddianın təmin olunmasını, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, Məişət malları İB-nın təşəbbüs B/Y-nin yanında ona məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun ümumi dəyəri olan 705 manat, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun lazım olan 2490 manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 200 manat məbləğin və ödədiyi 54 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-270/2024 saylı qərardadından görünür ki, iddiaçının ərizəsi əsasında X4 əsl Cavabdeh ilə əvəz edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. İşin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cüi il tarixli, 2(007)-270/2024 saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin yaşayış yeri Bakı şəhəri Xətai rayonu ərazisində deyil, Xəzər rayonu ərazisində olduğundan, işə ərazi aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cüi il tarixli, 2(007)- 270/2024 saylı qərardadında göstərilən xüsusatlara əsasən mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmçinin öz hüquqlarından istifadə etməklə cavabdehin qeydiyyat ünvanının olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuş, iş üzrə ekspertiza keçirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən MPM-in 31, 32, 45.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4443/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4443/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver