Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4444/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu – Kreditor məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İşin halları Kreditor əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onların hər birinə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borcluya qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair” iddiama Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin 10 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə (İş №2(003)-1795/2014) nikahlarının pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 onun yanımda qalması qət edilmişdir. Bununla yanaşı, həmin qətnamə ilə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü hər uşaq üçün 103 (yüz üç) manat olmaqla, cəmi 206 (iki yüz altı) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi müəyyənləşdirilmişdir. Uşağlarının yaşının artması, qidalanmaq və geyim əşyalarının alınması üçün ödənilən aliment məbləği tələbata uyğun deyildir. Hətta böyük oğlu xx.xx.2006-cı il təvəllüdlü X2 talassemiya xəstəliyindən əziyyət çəkir. Mövcud problemlərin həlli üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq uşaqlarımızın hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində borcludan aliment alınmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər -Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1795/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Kreditor ilə cavabdeh Borclu arasında 19 avqust 2004-cü il tarixdə Naxçıvan MR-sı Babək rayonunun Qaraçuq İcra nümayəndəliyində 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 iddiaçı Kreditor yanında qalması, Borclu 07 may 2014-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü, hər ay hər uşaq üçün 103 (yüz üç) manat olmaqla cəmi 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq Kreditor qızma ödənilmasi, Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 275.1. müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.1. kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Maddə 276.2 və 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Maddə 277.1. məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Maddə 279.1. məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Maddə 279.2 və 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Maddə 279.3. ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Maddə 279.4. məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Maddə 280. məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kreditorun ərizəsinə sadələşdirilmiş qaydada baxıla bilməz. Ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, borcludan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1795/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə aliment tutlmuşdur..Göründüyü kimi, hazır ki iş üzrə tərəflər arasında alimentlə bağlı mübahisə olmuş, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Hazır ki, ərizə faktiki olaraq alimentin məbləğinin artırılması ilə bağlıdır. Ərizənin də məzmunundan göründüyü ki, ərizəçi ərizəsini əvvəlki alimentin uşaqların təlabatını ödəməməsini, uşaqlardan birinin talessimiya xəstəsi olması ilə əsaslandırmışdır. Halbuki, müəyyən edilmiş alimentin artırılan zaman, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Lakin, ərizənin əsaslandığı halları təsdiq edən sənədlər iş materiallarına əlavə olunmadığından, və borclu tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün deyildir. Borclunun tələb üzrə göstərilən halları mübahisələndirə biləcəyindən, işə əmr icraatı qaydasında baxılması mümkün deyildir. Göstərilə hallar iddia icraatı qaydasında araşdırılaraq həll edilə bilər. Məhkəmə hesab edir ki, kreditorun alimentin artırılması tələbinin borcluya mübahisə edilməyən vəzifələrinə aid olması aşkar olmadığından, buna görə də məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halı müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün olmadığından, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 279, 263-264cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onların hər birinə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditor izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4444/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4444/2024
30.10.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver