Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-446/2021 02.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 590 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1976-cı il buraxılışlı "VAZ-21011" markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı, ******* ban, ******* mühərrik nömrəli, parlaq qırmızı rəngli minik avtomobili 19.05.2017-ci il tarixdə onun mülkiyyətinə keçmişdir. 2017-ci ildə Cavabdeh2 ondan həmin avtomobili aylıq kirayə ödənişləri əsasında istifadəsinə verməsini xahiş etmişdir. O, da razılaşaraq bütün sənədləri ilə birlikdə avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Bir müddət sonra Cavabdeh2 digər Cavabdeh1 ilə birlikdə ona yaxınlaşaraq bildirmişdirlər ki, sonuncu ustadır və ona məxsus olan avtomobildən aylıq ödənişlər əsasında istifadə etmək istəyir. Bu məqsədlə ondan həmin avtomobilin idarə edilməsi üçün Cavabdeh1 etibarnamə verilməsini xahiş etmişdirlər. Aralarında olan razılağa əsasən avtomobilin qiyməti 1500 manat razılaşdırılmışdır, lakin cavabdeh avtomobilin dəyərinin müəyyən hissəsini ödədikdən sonra 590 manat borc qalmışdır. Atababaya ehtiyat hissəslərinin akkumlyatorun maşına ehtiyat hissələri almaq üçün 490 manat pul vermişəm qaytarmamışdır. 120 manatın məhkəmə vasitəsilə qaytarmışdır. 370 manat tələb edir. Bunlardan 280 manat ehtiyyat hissələrinə və 90 manat akumlyator üçün cavabdehə vermişdir. O, da Cavabdeh2 tanıdığı üçün etiraz etməmiş, Cavabdeh1 avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Həmçinin Cavabdeh2 xahişi ilə digər cavabdeh X3 baş etibarnamə vermişdir. Lakin ünvan ünvanladığım ərizə əsasında X3 verilmiş baş etibarnamənin qüvvəsinə xitam verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir neçə dəfə ona ödəniş etmişdirlər. Lakin sonradan ödənişləri dayandırmışdırlar. Bundan sonra cavabdehlərdən avtomobili geri tələb edəndə, bildirilmişdir ki, ona məxsus olan avtomobil başqa şəxsə verilmişdir. Halbuki avtomobilin başqa şəxsə satılmasına dair onun razılığı olmamışdır. Cavabdehlər onun qocalığından sui-istifadə etmişdirlər. Göründüyü kimi cavabdehlər onlara verdiyi etibarnamə əsasında öz mənafeləri üçün alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətində olan avtomobili başqasına satmışdırlar. Bundan sonra həmin avtomobilin kimə satılması, tapılıb ona qaytarılması üçün Bakı şəhəri BPİ-nə 14.03.2019-cu il tarixdə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobil alqı-satqı müqaviləsi əsasında heç tanımadığı Cavabdeh3 satılmışdır. Lakin nəqliyyat vasitəsinin hansı cavabdeh tərəfindən Cavabdeh3 satılması ona məlum deyildir. Qeyd etmək istəmişdir ki, bağlanmış alqı-satqı müaviləsi onun adından bağlanmış olsa da onun iradə ifadəsini əks etdirmir və həmin müqavilənin bağlanılması onun qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Cavabdehlər əvvəlcədən düşünülmüş şəkildə plan quraraq avtomobilin satılmasına nail olmuşdurlar. Odur ki, onun razılığı alınmadan bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayan hesab edilməklə etibarsız vesab edilməli və həmin avtomobil onun mülkiyyətinə qaytarılmalıdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı VAZ 21011 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 satması haqqında bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə xəttşünaslıqekspertizasının 29.06.2021-ci il tarixli 4/419 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adından olan 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin kserosurətində “satıcı”-nın s.a.a.və imzası qrafasında METİYEVA yazısı qarşısında əks olunmuş imza X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə xəttşünaslıq-ekspertizasının 29.06.2021-ci il tarixli 4/419 nömrəli ekspert rəyindən görünür ki, həmin müqavilədəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfındən icra olunmuşdur. Məhkəmə, ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı 25.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini imzalamamaqla Cavabdeh3 ilə belə bir müqavilə bağlamadığından, tərəflər arasında müqavilə münasibətləri və müqavilə üzrə hüquq və vəzifələr yaranmamışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-cəmi 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ilə Cavabdeh3 arasında 25.12.2018-ci il tarixdə VAZ 21011 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 satılması haqqında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-446/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-446/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver