Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-452/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X9 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər X9 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 2049,70 manat, 25.11.2021-ci il tarixə faiz borcu üzrə 360,83 manat, cəmi 2410,53 manat kredit borcunun və 44,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh GülX9 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 1**-MF-***2230 nömrəli kredit müqaviləsinə əsasən ona illik 19 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh X9 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 12 ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh X9 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 2049,70 manat, 25.11.2021-ci il tarixə faiz borcu üzrə 360,83 manat məbləğində borcu yaranmışdır. Həmçinin mülki iş üzrə digər cavabdeh X5 yuxarıda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etməsi ilə bağlı 27.08.2019-cu il tarixli 1**-MF-***2229 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi X10 Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia təllbinə əlaəv olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27 avqust 2019-cu il tarixli, 1**-MF-***2230 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X8 19 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlnamış 27.08.2019-cu il tarixli 1**-MF-***2229 nömrəli zaminlik müqaviləsindən görünür ki, X6 bank qarşısında olanöhdəliklərinin təmini ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X6 iddiaçı banka 950,30 manat əsas, 926,70 manat faiz, 25.11.2021-ci il tarixə faiz borcu 360,83 manat təşkil edir. İş materiallarında olan bildiriş-xəbərdarlıq məktublarıından görünür ki, İddiaçı ASC tərəfindən X9 və Cavabdeh2 3 iş günü müddətində kredit borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq onun barəsində məhkəməyə müraciət olunacağı və kredit müqaviləsinə xitam verilməklə borcun ödənilməsi tələb olunacağı bildirilmişdir. İş materiallarında olan 26.08.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən tutulmalıdır. İddiaçının iddia tələbinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 1**-MF-***2230 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-nin Mərdəkan filialı ilə X9 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 1**-MF-***2230 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X1 Vəfa Məhərrəm qızından müştərək qaydada 2049,70 manat əsas, 25.11.2021-ci il tarixə faiz borcu üzrə 360,83 manat, cəmi 2410,53 manat kredit borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 44.11 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin Mərdəkan filialı ilə X9 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 1**-MF-***2230 saylı kredit müqaviləsi ləğv edilsin. X3 2049,70 manat əsas, 25.11.2021-ci il tarixə faiz borcu üzrə 360,83 manat, cəmi 2410,53 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 44,11 manat olmaqla, cəmi 2454,64 (iki min dörd yüz əlli dörd manat 64 qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. . Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-452/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-452/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver