Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-46/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (keçmiş İddiaçı İKB ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 29406,7 manat məbləğində əsas borc, 315,55 manat məbləğində faiz borcu, 62,96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29785,21 manat məbləğində pul vəsaitinin, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” ASCnin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.metr ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2010-cu il tarixli, 07 №-li kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” ASCdən illik 8%-lə 192 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən, 3 otaqlı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahədən ibarət 1998 nömrəli bağ evi və 0.12 ha torpaq sahəsi ilə birlikdə xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 4.2-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 17 oktyabr 2019-cu il tarixədək Cavabdeh xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə banka 29406.7 manat əsas, 315.55 manat faiz, 62.96 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 29785.21 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı “xxxx” ASC xx xxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 27781,32 manat məbləğində əsas borc, 621,91 manat məbləğində faiz borcu, 107,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 manat məbləğində pul vəsaitinin, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.metr ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsi ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək, iddianın borcun tutulması hissəsində qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsi 8 % faiz olmaqla 192 ay müddətinə 50000 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdehnın mülkiyyətində olan Sumqayıt şəhəri,Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 197.6 kv.metr olan 1998 saylı bağ evi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş MA № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197.6 kv.metr olan 1998 saylı bağ evi Cavabdehnın mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş MA № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197.6 kv.metr olan 1998 saylı bağ evi «xxxx» ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə "xxxx" ASC (İddiaçı İKB ASC) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, ilkin kreditor "xxxx" ASC öz tələblərini yeni kreditor «xxxx» ASC-yə (İddiaçı İKB ASC) güzəşt etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın banka 27781,32 manat məbləğində əsas, 621,91 manat faiz məbləğində və 107,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28510,43 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixdə bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5305 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək aparılan ödənişlər nəzərə alınmaqla Cavabdehnın xx.xx.2016-cı il tarixə olan ümumi borcu 39341,91 manat təşkil edir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 284/255 kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh 50000 manat məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 192 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 8 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin borc hissəsində qeyd edir ki, iddiaçı cavabdehdən 27781,32 manat məbləğində əsas borc, 621,91 manat məbləğində faiz borcu, 107,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 manat məbləğində pul vəsaiti tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək aparılan ödənişlər nəzərə alınmaqla borcunun xx.xx.2016-cı il tarixə 39341,91 manat məbləğində olduğu göstərilmişdir. Göründüyü kimi iddia tələbində göstərilən ümumi borc məbləği ekspert rəyində göstərilən ümumi borc məbləğindən kifayət qədər aşağıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi borca aid hissədə tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi, girov və ipoteka hüququ ikili xarakter daşıyır və bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən “Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.” Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.” “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən “İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.” Həmin Qanunun 10.1, 10.2 və 10.4-cü maddələrinə əsasən “İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.” Həmin Qanunun 11.1 və 11.2-ci maddəsinə əsasən “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Həmin Qanunun 33-cü maddəsinə əsasən “Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əklak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. Məhkəmə iddia tələbinin borcun satışdan əldə olunan vəsaitin tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh tutulması hissəsində qeyd edir ki, icra sənədi üzrə tələb borclu tərəfindən tam icra edilmədikdə icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq borclu barəsində məcburi icra tədbirləri həyata keçirilməlidir. Yəni borc tam ödənilmədikdə icra məmuru tərəfindən borclunun digər əmlakları və pul vəsaitlərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Borclunun mülkiyyətində digər əmlaklar aşkar edildiyi halda tələb həmin əmlaklara və ya pul vəsaitlərinə yönəldilir və beləliklə icra sənədinin icrası tam təmin edilir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin borcun satışdan əldə olunan vəsaitin tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh tutulması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsində qeyd edir ki, qanunvericiliyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak icra məmurunun sifarişi əsasında hərrac vasitəsilə satılmadıqda sonda tələbkara təklif olunur. Tələbkara təklif olunan mərhələyə qədər əmlak hərrac vasitəsilə hərracda iştirak edən hər hansı şəxsə satıla bilər. Hərrac vasitəsilə həmin əmlakı alan şəxs əmlakın yeni mülkiyyətçisi hesab edilir və bu əmlakla bağlı hər hansı hüquqi prosedurların həyata keçirilməsi həmin şəxsə məxsus olur. Göründüyü kimi iddia tələbinin bu hissəsində əmlakın boşaldılaraq banka təhvil verilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlak tələbkar tərəfindən hərrac vasitəsilə əldə edildikən sonra tələbkarın bu iddia ilə çıxış etmək üçün subyektiv hüququ yaranır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27781,32 manat məbləğində əsas borc, 621,91 manat məbləğində faiz borcu, 107,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 manat məbləğində pul vəsaiti, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.metr ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 70 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27781,32 (iyirmi yeddi min yeddi yüz səksən bir manat otuz iki qəpik) manat məbləğində əsas borc, 621,91 (altı yüz iyirmi bir manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 107,20 (bir yüz yeddi manat iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 (iyirmi səkkiz min beş yüz on manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASC) xeyrinə tutulsun. Tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.metr ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-46/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-46/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver