Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-47/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dəymiş 9500 manat zərərin və 115 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması, habelə cavabdeh tərəfindən mənzilinin bütün texniki təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına zidd olaraq quraşdırdığı iri tutumlu su çənini cavabdehin hesabına sökülməsi və gələcəkdə belə qurğuların mənzil daxilində quraşdırılmasının cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 41 saylı mənzilində, dəhlizdə bütün texniki təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına zidd olaraq iri tutumlu dəmir quraşdırmışdır.Müntəzəm olaraq həmin su çəninin daşması nəticəsində iddiaçının mənzilində olan bütün sahələr, uşaq otağı istisna olmaqla su altında qalır.Həmin su çəninin daşması nəticəsində tavan, döşəmə, divarlara ziyan dəymişdir.Habelə mebel, məişət texnikaları, eləcədə qızı üçün almış olduğu cehiz əşyaları su axını nəticəsində yararsız hala düşmüşdür.Tərəfindən dəfələrlə cavabdehə irad bildirilmişdir. Lakin cavabdeh müntəzəm olaraq spirtli içkilər qəbul etdiyindən nə dəhlizdə bütün texniki təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına zidd olaraq quraşdırdığı iri tutumlu dəmir su çənini yığışdırmır, nədə ki həmin çəndən suyun axmaması üçün bir tədbir görmür. Cavabdeh bu tələblərə məhəl qoymamaqdadır. Onun bu hərəkətləri nəticəsində isə mənim mənzilimdə uşaq otağı istisna olmaqla bütün sahələrdə tavan, döşəmə və divarlar yararsız vəziyyətə düşmüşdür və mənzilə xeyli ziyan dəymişdir. Bu vəziyyətlə əlaqədar dəfələrlə rayon icra hakimiyyətinə, FHN-nə, polis və MİS-ə müraciət etmişdir. Müraciətində Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqları pozmasına yönəlmiş, eləcə də digər qanunsuz əməllərinin qarşısının alınması xahiş edilmişdir. Hüquq mühafizə orqanları tərəfindən də görülən tədbirlərə cavabdeh tərəfindən məhəl qoyulmamışdır. Mənə məsələ mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdehin etdiyi bu hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus mənzilə 9500 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın dəyməsini 131 saylı MİS-in xx.xx.2023-cü il tarixli aktı da təsdiq etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının evinə onun mənzilindən 3 dəfə su axıntısının olduğunu, evdə tək yaşadığını və evin arvadı Alla Burnaşovaya məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühəndis-texniki ekpertizalar şöbəsinin böyük eksperti X3 müvafiq ekspert rəyi üzrə izah verərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, ev 5, 41 nömrəli evdə tikinti normalarına əsasən quraşdırılmayan su çənindən su tökülməsi səbəbindən iddiaçının evinə ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 131 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 41 saylı mənzilində qeydiyyatdadır və yaşayır. Bakı şəhəri Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 131 saylı Mənzil- Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, ev 5, 41 nömrəli mənzildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 41 saylı mənziliə suyun axıdılması nəticəsində İddiaçı maddi ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, ev 5, 41 nömrəli mənzil X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühəndis-texniki ekpertizalar şöbəsinin böyük eksperti X3 tərəfindən tərtib olunmuş 03 iyun 2024-cü il tarixli aktda qeyd edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 38 sayı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini cavabdehin mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığını nəzərə alaraq, 38 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 41 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 38 saylı mənzilə su sızması 41 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bildiyini bildirmişdir. Su sızma nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 38 sayı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1069 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühəndis-texniki ekpertizalar şöbəsinin böyük eksperti X3 tərəfindən tərtib olunmuş 30 sentyabr 2025-ci il tarixli aktda qeyd edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə. 5 saylı evin 38 saylı mənzilində su axıdılması həmin mənzilin üst mərtəbəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 41 saylı mənzilində və ya həmin mənzilə aid su çənində yaranmış nasazlıq nəticəsində baş verməsi istisna olunmur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 41 saylı mənzilində su çəninin quraşdınımasına dair müvafiq icazə verici sənədlərinin olmadığını nəzərə alaraq su çəninin mənzildə quraşdırılması tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2024-cü il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 38 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini cavabdehin mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığını nəzərə alaraq, 38 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 41 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 38 saylı mənzilə su sızması 41 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 38 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1069,0 manat məbləğində müəyyən olunmuşdur Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2148-ci məhəllə, 5 saylı evin 38 saylı mənzilinə su sızması 41 saylı mənzilin sudan nəzarətsiz istifadə edilməsi iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mənzilinin bütün texniki təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına zidd olaraq quraşdırdığı iri tutumlu su çənini cavabdehin hesabına sökülməsi və gələcəkdə belə qurğuların mənzil daxilində quraşdırılmasının cavabdehə qadağan edilməsi hissəsinə münasibətdə müvafiq mənzil cavabdehin arvadının mülkiyyətindədir və müvafiq tələblər mülkiyyətçiyə qarşı qaldırılmalı idi. Ancaq iddiaçı bununla bağlı məlumatlı olsa da, mülkiyyətçinin əlavə cavabdeh qismində cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Beləliklə, iş üzrə cavabdeh iddia tələbinin bu hissəsinə müvafiq olaraq cavab verməli olan şəxs deyildir. İddia tələbinin cavabdeh tərəfindən mənzilinin bütün texniki təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına zidd olaraq quraşdırdığı iri tutumlu su çənini cavabdehin hesabına sökülməsi və gələcəkdə belə qurğuların mənzil daxilində quraşdırılmasının cavabdehə qadağan edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1069,0 manat məbləğində pul vəsaiti tutulmalıdır. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 115 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1069,0 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi olmaqla, ümumilikdə 1099 (bir min doxsan qoqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. 03 iyun 2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi İddiaçı, 30 sentyabr 2025-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE******************** X2 VÖEN ********** Kod: 210005 Müxbirhesabı AZ41nABZ013601**********3944, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mələk Hüseynova
Məhkəmə qərarları › İş №2(003)-47/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-47/2025
20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver