Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4737/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin təmiri üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin təmiri üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən həyat tipli evin təmiri üçün çəkilən xərcin, ümumilikdə 30000 (otuz min) manat pul vəsaitinin Cavabdeh iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. MPM-in 35.1-ci maddəsinə əasasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həm iddia ərizəsində cavabdehin qeydiyyatda olduğu ünvanla bağlı qeyd olunan, həm də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, cavabdeh Əliyev X1 MR, Şərur rayonunda rəsmi qeydiyyatdadır. Ona görə hazırkı iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Ona görə iddia ərizəsi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatına qəbul edilə bilməz. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.) Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazrıki iddia tələbi ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 51 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və MPM-in 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin təmiri üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 51 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-4737/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4737/2025
28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver