Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-479/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 0*.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə məhkuma “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirməli olduğu, həmin nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Cavabdeh barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(003)-423/2022 saylı qərarı ilə 2 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasından sonra elektron qolbaq məhkumun üzərindən açılmış, lakin mobil qurğu və adapter məhkum tərəfindən təhvil verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.02.2023-cü il tarixli 1(003)- 168/2023 saylı hökmü ilə Cavabdeh 2 il 29 gün müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən X1 dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məktubla məhkəməyə müraciət edərək məhkum Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və yekun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.02.2023-cü il tarixli 1(003)-168/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 0*.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək CM-nin 67.1.-ci maddəsinə əsasən ona qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -“X1 məhkumun üzərindən çıxarılmasına dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkum Cavabdeh barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(003)-423/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilən zaman elektron qolbaq məhkumun üzərindən götürülmüş, lakin mobil qurğu və adapter məhkumun üzərində aşkar edilməmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 nömrəli məktubundan aydın olur ki, “Attenti” markalı nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması halında həmin vasitələrin dəyəri cəmi 2277,40 manat təşkil edir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 0*.11.2020-ci il tarixli 1(004)-270/2020 saylı hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan elektron qolbaq probasiya xidmətinə qaytarılmış, lakin komplektə daxil olan mobil nəzarət qurğusu və onun enerji adaptoru qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplektinin mobil nəzarət qurğusunu və onun enerji adaptorunu itirməsi iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan və həmin nəzarət komplektinin probasiya idarəsinə qaytarması barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*7.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1*7.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-479/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-479/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver