Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-48/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436.33 manat, faiz borcuna görə 10244.17 manat, cərimə borcuna görə 16470.73 manat olmaqla cəmi 195151.23 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB- 6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 195151.23 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair verdiyi sonuncu ərizədə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436.33 manat, faiz borcuna görə 48576.67 manat, cərimə borcuna görə 34045.8 manat olmaqla cəmi 251058.8 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 251058.8 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı Baş kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 170229 manat məbləğində kredit verilmişdir. xx.xx.2019cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1nın xx.xx.2019-cu il tarixli, RBSB- 6366 RES saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 168436,33 manat, faiz borcuna görə 10244,17 manat, cərimə borcuna görə 16470,73 manat olmaqla borcun cəmi məbləğində 195151,23 manat pul təşkil edir. xx.xx.2019-cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 qızma məxsus ünvan 2 ünvanında ümumi sahəsi 100,15 kv.m, yaşayış sahəsi 60,2 kv.m, yardımçı sahəsi 39,95 kv.m olan 3 otaqlı olan mənzilin İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436.33 manat, faiz borcuna görə 48576.67 manat, cərimə borcuna görə 34045.8 manat olmaqla cəmi 251058.8 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 251058.8 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə digər nümayəndənin izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi faiz və cərimə məbləği həddindən artıq çox hesablanmışdır. Odur ki, faiz və cərimə məbləği ilə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixdə RBSB-6366_RES №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya illik 17 % hesabı ilə 36 ay müddətinə 170229 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 borcunu xx.xx.2019-cu il tarixdən başlayaraq ilk üç ay hər ay banka 3000 manat, digər aylarda 6425.38 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixdə RBSB-6366_RES №-li kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 168436.33 manat, faiz borcu 48576.67 manat və cərimə 34045.8 manat olmaqla, cəmi borc 251058.8 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsinin 6.4. bəndindən görünür ki, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzili ipoteka qoyulmuşdur. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli seriya RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, həmin mənzilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 198.000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən “xxxx” MMC-dən alınaraq iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88, 129 saylı mənzilin bazar dəyəri 200.000 manat, likvid dəyəri 180.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilən H/03-PLS №-li xx xxxxxx 2021-ci il tarixli rəydə, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88, 129 saylı mənzilin real bazar dəyərinin 270.000 manat, likvid dəyərinin 250.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1nın İddiaçı ASC-yə ödənilməmiş 168436.33 manat əsas və 48576.67 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 34045.8 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 3000 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 168436.33 manat əsas borc, 48576.67 manat faiz borcu, 3000 manat cərimə, cəmi 220013 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməli, həmin ev 250.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 220013 manat məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti ödənilməli, , iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 168436.33 manat əsas borc, 48576.67 manat faiz borcu, 3000 manat cərimə, cəmi 220013 (iki yüz iyirmi min on üç) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilsin, həmin ev 250.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 220013 (iki yüz iyirmi min on üç) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-48/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-48/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver