Məhkəmə qərarları › İş №2(003)-48/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-48/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-48/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil ştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 3 saylı filialından illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə 119000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 26 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən borcun təminatı olaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə görə sadələşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün cərimə kimi gündəlik 72 % dəbbə pulunu hesablayıb borcludan tələb edir. 07 aprel 2021-ci il tarixədək Cavabdeh kredit müqaviləsi üzrə banka 95.854.49 manat əsas, 12.173,85 manat faiz və 874,21 manat cərimə borcu olmaqla ümumilikdə 108.902,55 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 95.854,49 manat əsas, 12.173,85 manat faiz və 874,21 manat cərimə borcu olmaqla ümumilikdə 108.902,55 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddianı borcun tutulmasına dair hissədə dəyişdirmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 79454,49 manat əsas, 24724,27 manat faiz və 25603,97 manat cərimə borcu olmaqla ümumilikdə 129782,73 manat məbləğində borcun, 30,0 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun və 30,0 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, müqavilə üzrə hesablanmış faiz və cərimə borcları ilə razı deyil. İş üzrə bir neçə ekspertiza keçirilmişdir. Əmlakın ilkin satış qiyməti, həmçinin kredit borcu ilə bağlı sonuncu ekspertiza üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə razıdırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 24 dekabr 2018-ci il tarixli, 3-G1-2-0-705-18 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə 119000 (bir yüz on doqquz min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən görünür ki, kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evi. İş materiallarında olan 26 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X1 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evini Alıcı- İpoteka qoyan Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30M saylı bağ evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30M saylı bağ evi "xxxx" İKB ASC-nin (İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit öhdəliyi üzrə 95854,49 manat əsas borc, 12173,85 manat faiz borcu, 874,21 manat cərimə olmaqla, cəmi 108902,55 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit öhdəliyi üzrə 79454,49 manat əsas borc, 24724,27 manat faiz borcu, 25603,97 manat cərimə olmaqla, cəmi 129782,73 manat borcu vardır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" QSC-yə həvalə olunmuş və həmin MMC-nin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinin bazar dəyərinin müəyyənləşdirilməsi üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli hesabatla qeyd edilən əmlakın bazar dəyərinin 190.000,0 manat, likvid dəyərinin 168.000,0 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5295 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə əsas borcu 111850,81 manat, faiz borcu 15659,11 manat təşkil edir. İş materiallarında olan kompleks məhkəmə-mühasibatlıq və məhkəmə tikinti texniki ekspertizalarının xx.xx.2023-cü il tarixli, 10/7387 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022ci il tarixə əsas borcu 79,471 manat, faiz borcu 20259,15 manat təşkil edir. İş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160,9 kv.m. ümumi sahədən ibarət 30 M saylı bağ evinin likvid qiyməti təqribən 214000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu və xidmət haqqı kimi 30 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evi ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi Bank və cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5295 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə əsas borcu 111850,81 manat, faiz borcu 15659,11 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7387 saylı kompleks rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3-G1-2-0- 705-18 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə əsas borcu 79,471 manat, faiz borcu 20259,15 manat təşkil edir. İş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160,9 kv.m. ümumi sahədən ibarət 30 M saylı bağ evinin likvid qiyməti təqribən 214000 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, iş üzrə ilkin ekspertizanın təyin olunmasından sonra borca dair ödənişlərin həyata keçirildiyini nəzərə alaraq, keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizası və məhkəmə-tikinti-texniki ekspertizasının kompleks rəyi iş üzrə əsas götürülərək tədqiq olunmalıdır. Məhkəmə hesab edir ki, ekspert rəyi əsas borca münasibətdə sübut kimi qəbul edilməməlidir. Belə ki, ekspertizanın keçirildiyi vaxta iddiaçının iddia tələbi ekspertin müəyyən etdiyi məbləğlərdən az məbləğ təşkil etmiş, həm də iddiaçı hazırda iddia tələbini dəyişərək əsas məbləği azaltmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi əsas borc məbləği cavabdehdən tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun tutulmasına dair hissədə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, məhkəmə qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7387 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə faiz borcu 20259,15 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2023-cü il tarixli, 10/7387 saylı rəyi faiz borca dair hissədə sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsi üzrə 20259,15 manat faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 25603,97 manat məbləğində deyil, 3200,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7387 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160,9 kv.m. ümumi sahədən ibarət 30 M saylı bağ evinin likvid qiyməti təqribən 214000 manat məbləğində müəyyən edilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda məhkəmə tərəflər arasında mənzilin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30M saylı bağ evinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və yaşayış sahəsinin likvid dəyəri 214000 manat olduğundan mübahisəli yaşayış sahəsinin ilkin satış qiyməti 214000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilsin. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh və digər şəxslərin həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30M saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılmalı və ev boşaldılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, bağ evinin banka təhvil verilməsi” tələbinə dair hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissələrdə əsassızdır. Belə ki, iddia tələbinin fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi hissəsinin qanuni əsası mövcud deyildir. Çünki, iddiaçının belə bir iddia ilə müraciət etməsi üçün subyektiv hüququ yaranmalıdır. Keçiriləcək hərrac nəticəsində ipoteka predmetini əldə edəcək şəxsin iddiaçı olacağı hələlik bəlli deyildir. Bu şəxs başqaları, o cümlədən ipoteka qoyan da ola bilər. Ona görə də, hazırki qətnamə ilə evin banka təhvil verilməsi hissəsinin təmin edilməsi ipoteka qoyanın mülkiyyət hüququnu pozulması ilə nəticələnə bilər Həmçinin cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi, əmlakların iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı cavabdehin mənzilə istifadə hüququnun itirilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin və digər şəxslərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi, bağ evinin boşaldılması və banka təhvil verilməsi” hissəsi təmin edilməməlidir. Məhkəmə iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbinin “digər şəxslərin” Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunveriuciliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində konkret olaraq “digər şəxlərin” qeyd edilməklə cavabdehlərin dairəsi müəyyən edilməmiş, qeyri-müəyyən şəxslərin evdən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat və 150 manat, cəmi 250 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 200,0 manat məbləğində pul cavabdehdən, 50 manat məbləğində pul iddiaçıdan alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. İşə əlavə edilmiş "xxxx" QSC-nin məktubundan aydın olur ki, qiymətləndirmə işinin dəyəri 400,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 400,0 manat məbləğində pul vəsaitinin 320 manat hissəsi cavabdehdən, 80 manat hissəsi iddiaçıdan alınaraq "xxxx" QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" İKB ASC (İddiaçı ASC) arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 3-G1-2-0-705-18 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 79454,49 manat, əsas borca hesablanmış faiz borcu 20259,15 manat, cərimə 3200,0 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102983,64 (yüz iki min doqquz səksən üç, altmış dörd qəpik) manat manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə yönəldilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evi ilkin satış qiyməti 214000,0 manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılsın və ev boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 200,0 manat məbləğində pul cavabdehdən, 50,0 manat pul İddiaçı ASC-dən alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 320,0 manat məbləğində pul cavabdehdən, 80,0 manat pul İddiaçı ASC-dən alınaraq "xxxx" QSC–nin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar