Məhkəmə qərarları › İş №2(003)-482/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-482/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-482/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı Bank "xxxx" ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli 1411285-CNS- 15222/1 saylı nağd pul kredit müqaviləsindən irəli gələn 22.11.2021-ci il tarixinə ödənilməmiş 2803,20 manat əsas borc, 10.41 manat faiz borcu, ümumilikdə 2813,61 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 48,14 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutularaq, ödənilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında 24.12.2019-cu il tarixli 1411285-CNS-15222/1 saylı nağd pul kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3195,73 manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə cavabbeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış 1411285-CNS-15222/1 saylı 24 dekabr 2019-cu il tarixli nağd pul kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 24 dekabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 1411285-CNS-15222/1 saylı 24.12.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq, ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir.Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.12.2019-cu il tarixli 1411285-CNS-15222/1 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, bank illik 1 % olmaqla 60 ay müddətinə Cavabdeh 3195,73 manat miqdarında kredit məbləğinin verilməsi haqqında bağlanmışdır. İş materiallaırnda olan Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1411285- CNS-15222/1 saylı 24 dekabr 2019-cu il tarixli nağd pul kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 22.11.2021-ci il tarixə Bank "xxxx" ASC-yə 2803,20 manat əsas, 10.41 manat faiz borcu olmaqla, ümumilikdə 2813,61 manat borcu vardır. Məhkəmə tərəfindən müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan tələb olunan məbləğdə əsas, faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli 1411285-CNS-15222/1 saylı nağd pul kredit müqaviləsindən irəli gələn 22.11.2021-ci il tarixinə ödənilməmiş 2803,20 manat əsas borc, 10.41 manat faiz borcu, ümumilikdə 2813,61 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 48,14 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli 1411285-CNS-15222/1 saylı nağd pul kredit müqaviləsindən irəli gələn 22.11.2021-ci il tarixinə ödənilməmiş 2803,20 manat əsas borc, 10.41 manat faiz borcu, ümumilikdə 2813,61 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 48,14 manat dövlət rüsumu olmaqla, cəmi 2861,75 (iki min səkkiz yüz altmış bir manat, yetmiş beş qəpik) manat tutularaq, iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar