Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-482/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin artırılaraq hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin artırılması ilə barədə ərizə təqdim edərək xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin artırılaraq hər uşağa görə 246 manat olmaqla cəmi 738 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı göstərdi ki, cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur.Nikahları məhkəmə qaydasında pozulmuş və uşaqların onun yanında qalması qət olunmuşdur.Göygöl rayon məhkəməsinin 2(066)-1808/2018 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində alimentin tutulması qət edilmişdir.Cavabdeh tərəfindən ödənilən aliment uşaqların ehtiyaclarını ödəmədiyinə görə aliment məbləğinin artırılması zərurəti yaranmışdır.Özü gündəlik işlər görür və aylır təxminən 300-400 manat əməkhaqqı alır.Uşaqların səhhəti ilə bağlı problemlər var.Hal-hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin 246 manat olmasını əsas gətirərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, daimi iş yeri yoxdur.Aylıq 500 manat rəsmi, 300 manat da əlavə gəlir əldə edir.Hazırki aliment məbləğini çətinliklə ödəyir. Himayəsində yaşlı valideynləri var.Əlavə olaraq qeyd etdi ki, hal-hazırda evlidir,ikinci dəfə nikaha daxil olub.Bu nikahdan 2 uşağı var və üçüncü uşaqları da olacaq. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir”. Həmin məcəllənin 231.1-ci maddəsinə əsasən “işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən “alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. İddiaçı “aliment məbləğinin artırılması” tələbi ilə bağlı icra icraatı qaydasında ərizə ilə müraciət etmək hüququ izah olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-482/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-482/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver