Məhkəmə qərarları › İş №2(003)-49/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-49/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-49/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili olan Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi kimi 14320 manatın və 133 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 14453 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi L.Tolstoy küçəsində yerləşən və ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda cavabdeh tərəfindən evin inşasına başlanılmışdır. Bu zaman bir çox qanunsuzluqlara yol verilmişdir. Belə ki, aparılan qanunsuz tikinti zamanı onun evinin hasarının 1 metr yaxınlığında qazıntı işləri aparılarkən isitnad divarı dağıdılmış, fərdi yaşayış evinin bir istiqamətli çöküntüyə uğraması nəticəsində yük daşıyan kənar divarları, tavanı çatlamışdır, kanalizasiya və elektrik sistemi dağıdılmışdır. Cavabdehlə dəfələrlə ona dəymiş ziyanın aradan qaldırılması barədə söhbətlər aparsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Hətta ilk söhbəti olan zaman yanında tanımadığı vəzifəli şəxs onlar söhbət edən zaman belindəki silahı belə ona göstərməyə cənd etmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidmətinə də şikayət etmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə tərəfindən xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti X7, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, eləcə də Xəzər RPİ-nin 1-ci PŞ-nə və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə müraciətlər edilmişdir. Lakin cavabdeh ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini bildirsələr də, onlar tərəfindən həmin ziyanın ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Həmçinin Xəzər RPİ-nin 1-ci PŞ-də aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh1 onun yaşadığı fərdi yaşayış evinə maddi ziyan vurduğunu etiraf etmişdir. Belə ki, o izahatında bildirmişdir ki, onun torpaq sahəsi vardır və o, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında Elşən adlı şəxş onu evinə dəvət edərək tikinti aparılan zaman evinə ziyan dəyməsini və evinin divarlarında çatlar əmələ gəlməsini bildirmişdir. Həmin çatların təmir edilməsi üçün bağ evində işləyən ustaları göndərəcəyini, evin təmirində köməklik edəcəyini bildirmiş, lakin bir şərtə ki, o, polisdə olan şikayət ərizəsini geri götürmüşdür. Cavabdehə növbəti dəfə inandığı üçün ərizə ilə müraciət edib ona qarşı heç bir şikayət və tələbinin olmadığını təhqiqatçıya bildirmiş və bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Lakin, cavabdehin onu növbəti dəfə aldatdığını anlamış və ona görə də təkrar şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanlıq və evin yenidən təmir-bərpası, tikinti-quraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14320 manat müəyyən edilmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq izahatına göstərmişdir ki, iddiaçı həqiqətən də, ona 1500 manat pul vermişdir. Lakin qum və sair materiallar almalı idi. Lakin verdiyi sözləri yerinə yetirməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, həqiqətən ev tikmişdir. İddiaçının evinin hasarından aralıda evini tikmişdir. Qanuna müvafiq evini tikmişdir. Ev tikəndən 2 sonra evdə təmir işləri aparan zaman iddiaçı evində çatların yarandığını bildirmişdir. Onun evi ilə tikdiyi ev arasında 7-8 metr məsafə vardır. İddiaçı evini təmir etdirməsini tələb etmişdir. Onun razılaşmamış və o, polisə şikayət etmişdir. Polisdə araşdırılma aparılan zaman Elşanın dayısı ona zəng edərək, görüşməsini xahiş etmişdir. Onunla görüşən zaman, Elşanda gəlmiş və 1500 manat ona pul vermişdir. Cavabdeh həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, evin və torpağın çıxarışı vardır. 2021-2023-cü illər aralığında evi tikib qurtarmışdır. Evinin tikintisinə başlayan zaman Elşanın evi mövcud olmuşdur. Evləri arasında olan hasarın yerində daha hündür hasar tikmişdir. Həmin hasarı Elşan özü uçurtmuşdur. Ev və topaq sahəsi ailə üzvü olan bacısı oğlunun adınadır. Ancaq evi o tikmiş və evdən və torpaq sahəsindən faktiki olaraq özü istifadə edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili olan Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə bildiriş göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 1135 saylı arayışından görünür ki, Əliyev X5 qəsəbəsi, bağ sahəsində qeydiyyatsız yaşayır. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elgün Zülfüqarovun xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, X8 bildirmişdir ki, Arif adlı şəxs onun evinin yaxınlığında 2020-ci il tarixində ev tikdirməyə başalmışdır. Arif adlı şəxs evini tikməyə bəşlayan zaman qanuna uyğun olmayan qaydalara məhəl qoymamış, apardıqları qanunsuz tikinti zamanı Arif adlı şəxs onun hasarının 1 mert yaxınlığında qazıntı işləri apararaq hasarına və evinə zərər vurmuşdular. Bundan əlavə həmin qazıntılar nəticəsində ona məxsus evinin içərisində otaqların birində və mətbəxdə çatlar əmələ gəlmişdir. 20 yanvar 2023-cü il tarixdə ona məxsus daş hasarının Arif adlı şəxsin işçiləri tərəfindən buldozerlə dağılması nəticəsində ona küllü miqdarda ziyan dəydiyini bildirmişdir. Bundan sonra o, Arif adlı şəxsə bu barədə müraciət edən zəman, Arif adlı şəxs ona dəymiş maddi və mənəvi ziyanının ödənilməsi bildirmiş, lakin bu günə kimi ona dəymiş maddi ziyan ödənilməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikdirməyə başlamış və 2022ci ilin oktyabrında qonşuluqda yaşayan Elşən adlı şəxs onunla əlaqə saxlayaraq evinə ziyan dəyməsini bildirmişdir. Bundan sonra Elşən adlı şəxs onu evlərinə dəvət edərək güya, onun evini tikən zaman evinin divarlarında çatlar əmələ gəldiyini bildirmişdir. O, Elşən adlı şəxsə bağ evində işləyən ustaları göndərərək həmin çatları təmir etməkdə köməklik edəcəyini bildirmişdir. Lakin, Elşan onun insanı və qonşuluq nəminə atdığı adımdan imtina edərək ou şantaj etməyə başlamışdır. Elşan adlı şəxs onun evinə 50000 manat dəyərində maddi ziyan dəydini və həmin ziyanın ödənilməsini tələb etmiş, lakin o növbəti dəfə qonşuluq naminə Elşana evində işləyən ustaları göndərərək evinin təmirində köməklik edəcəyini bildirmişdir, Lakin, onun təkilifi növbəti dəfə rədd edən Elşən onu şantaj etmiş, o Elşən adlı şəxsin təklifi ilə razılaşmadığını bildirən zaman, Elşən onun barəsində hüquq mühafizə oraqnlarına şikayət edəcəyi bildirmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın və evin yenidən təmir-bərpası, tikinti-quraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14320,02 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/798 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsi yerləşən yaşayış evində yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı müəyən olunmuşdur ki, bu da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı fomaş qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edir. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlər üzrə eləcə də, tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsnn zəruri olduğu müəyyən edlmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafik mütəxəssisləri tərəfindən mübahisəli yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilmə işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 250,0 manat məbləğində müəyyən olunur. Qeyd:ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-18-2/2-6612/2024 saylı məktubundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin (4 yun 2023-cü il dərili 2191 nöməli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X3 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün hazırda hər hansı mütəxəssisin ayrılması imkanları xaricindədir. Bundan əlavə, qeyd edilən sualların cavablandırılması üçün tikilidə əsaslı müayinə işlərinin aparılması tələb olunur ki, bu mütəxəssis rəyi çərçivəsində deyil, Agentliyin nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlarla və ya bu sahədə lisenziyası olan istənilən təşkilatlarla mivafiq qaydada bağlanılmış müqaviləyə uğun olaraq ödənişli əsaslarla həyata keçirilə bilər. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun “ünvan 1 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə” xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazinin relyefi düzəndir. Ferdi yaşayış evi 2006-cı ildə planda düzbucaqlı formada olmaqla, 1 mərtəbəli, zirzəmili inşa olunmuşdur. Tikilinin uzunluğu 9,0 metr, eni 7,55 metrdir. Fərdi yaşayış evinin mərtəbə hündürlükləri döşəmədən tavana qədər olan hündürlük zirzəmidə he1,8, 1.95 metr, mərtəbədə h=2,6 metrdir. Evin həyət tərəfindən uzununa istiqamətində olan divarı 200 mm qalınlıqda, digər divarları 400 mm qalınlıqda mişarlanmış əhəng daşlarından sement-qum məhlulu inşa olunmuşdur. Daxili divarlar 200 mm qalınlıqda mişarlanmış əhəng daşlarından hörülmüşdür. Evin döşəmə səviyyəsi yer səthindən 0,8 m hündürlükdə kürsülü inşa olunmuşdur. Mərtəbə örtükləri, zirzəmidə və otaqlarda ağac elementlərdən quraşdırılmışdır. Evin giriş qapısı metaldan, daxili qapılar və döşəmələr ağac materialından, pəncərələr PVC plastik elementlərdə quraşdırılmışdır. Dam konstruksiyası ağac elementlərdən çardaq tipli quraşdırılmış və üzəri siklənmiş dalğavari metal vərəqələrlə örtülmüşdür. Fərdi yaşayış evin fasadları sement-qum məhlulu ilə suvaqlanmışdır. Vizual texniki baxış zamanı fərdi yaşayış evinin bünövrəsi bir qat eninə istiqamətdə düzülmüş mişarlanmış əhəng daşları üzərində inşa olunmuşdur (bünövrə qazılaraq baxılmışdır). Qapı və pəncərə üzərində atmalar 2-4 ədəd armatur millərdən quraşdırılmışdır. Fərdi yaşayış evi antiseysmik kəmərsiz və sütunsuz inşa olunmuşdur. Zirzəmiyə baxış zamanı 50x150 (h) mm en kəsik ölçülü ağac tirlərin başlıqlarının üzərində yerləşmə sahələri məhlulla doldurulmamış və izolə edilməmişdir. Ağac tirlerin altında qoyulmuş dirəklər kifayət qedər azlıq təşkil edir ve orta mssədə 1 ədədin altlığı sürüşdürülərək asılı vəziyyətdə qalmış, 2 ədədi isə mailli vəziyyətdə olduğu müşahidə edildi. Bu səbəbdən döşəmədə silkələnmə hiss olunur. Evinin arxa divarı ilə qonşunun hasar divarı arasındakı sahədə bünövrə səviyyəsinə qədər qrunt çıxarılmış və yeri boş saxlanılmışdır. Həmin hissənin quruntla doldurulması sakinə bildirilmişdir. Zirzəmi mərtəbəsin döşəməsi hamarlanmamış və nəmlik müşahidə olunmadı. Zirzəminin giriş qapısı ilə üzbə-üz istiqamətdə və ara məsafəsi 1,55 m olmaqla 200 mm qalınlıda mişarlanmış əhəng daşlarından 1,10x1,60x3,0(h)m ölçüdə su anbarı inşa olunmuşdur. Həmin sahədə döşəmədə qismən nəmlik müşahidə olundu. Yaşayış evinin daxilində, orta hissədə, mərtəbə səviyyəsindən şaquli istiqamətdə divar döşəmə səviyyəsinə qədər azalaraq istiqamətlənmiş, eni 0,52,0 mm olan çat müşahidə olundu. Çatın mərtəbə səviyyəsində 1 metrə qədəri iki tərəfli, qalan hissəsi bir tərəflidir.Evin 200 mm qalınlıqlı orta divarında yerləşən qapı boşluğu ətrafında bir ədəd mailli istiqamətli, iki tərəfli çat müşahidə olundu. Çatın eni 1,0:2,0 mm-ə qədərdir. Diger divarda künc hissədə 20 sm uzunluqda bir tərəfli nazik suvaq çatı qeyd olundu. Həyətyanı sahədə inşa olunmuş hamamın divarları 200 mm qalınlıqda mişarlanmış əhəng daşlarından, mərtəbə örtüyü 100 mm qalınlıqlı monolit dəmir betondan, qapı və pəncərəsi plastikdən inşa olunmuşdur. Tikilinin döşəməsi və divarları üzlük daşları ilə üzlənmişdir. Vizual texniki baxış zamanı tavana yaxın sahə üfüqi istiqamətli 1,0 m-ə qədər uzunluqlu kafelin sındığı qeyd olunmuşdur. Hamam binasının divarlarında çat, dağılma və deformasiya müşahidə olunmadı. Həyətyanı sahədə və ərazidə sınma, deformasıya, dağılma və çökmə halları müşahidə olunmadı. Qeyd olunan qüsurların təbii fəlakətlərlə əlaqəsi yoxdur. Binanın texniki cəhətdən vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərazidə daha dolğun mühəndisi-geololfi tədqiqat, instrumental müayinə işləri və araşdırma işləri aparıldıqdan sonra nəticələrdən asili olaraq müvafiq rəyin verilməsi məqsədəuyğun hesab olunur. -İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin arxa hissəsində qeyd olunmuşdur ki, “Mən İddiaçı 1500 (min beş yüz) verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1500 manat aldım”. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7884 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində yerləşən fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8157.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Qeyd:ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/F 10-1028/25 saylı mütəxəssis rəydən görünür ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin (işçilik və material xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri 1813,3 manat təşkil edir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1080İ, Yeni qaydalarla:AZ1150, ünvan 5 ünvanında 0,1141 ha torpaq sahəsində yerləşən bağ evi X1 adına xx.xx.2024-cü il tarixdə, **********54-11301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələb etməkdə haqlıdır. Ona görə ki, işin həqiqi halları, tərəflərin izahatları, ekspert və mütəxəssis rəyləri və işin digər sənədləri ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 4 ünvanında yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşayır və orada pasport qeydiyyatına düşmüşdür. Bununla da o, həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Mülkiyyət hüququnun üçüncü elementi olan sərəncam hüququnu əldə etmək isə iddiaçının “gözlənti hüququ” əsasında gələcəkdə əldə edəcəyi hüququdur. Belə olan halda iddiaçının sözügedən mənzilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olması inkar edilməməlidir. Məhkəmə İddiaçı dəymiş ziyanla bağlı qeyd edir ki, ilk növbədə yaşayış evində yaranan deformasiyaların səbəbini mötəbər sübutla müəyyən edilməli, bundan sonra zərərin təmin olunması məsələsinə münasibət bildirməlidir. Belə ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun “ünvan 1 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə” xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa divarı ilə qonşunun hasar divarı arasındakı sahədə bünövrə səviyyəsinə qədər qrunt çıxarılmış və yeri boş saxlanılmışdır. Həmin hissənin quruntla doldurulması sakinə bildirilmişdir. Zirzəmi mərtəbəsin döşəməsi hamarlanmamış, yaşayış evinin daxilində, orta hissədə, mərtəbə səviyyəsindən şaquli istiqamətdə divar döşəmə səviyyəsinə qədər azalaraq istiqamətlənmiş, eni 0,52,0 mm olan çat müşahidə olunmuş, çatın mərtəbə səviyyəsində 1 metrə qədəri iki tərəfli, qalan hissəsi bir tərəflidir. Evin 200 mm qalınlıqlı orta divarında yerləşən qapı boşluğu ətrafında bir ədəd mailli istiqamətli, iki tərəfli çat müşahidə olunmuş, çatın eni 1,0:2,0 mm-ə qədərdir. Digər divarda künc hissədə 20 sm uzunluqda bir tərəfli nazik suvaq çatı qeyd olunmuşdur. Qeyd olunan qüsurların təbii fəlakətlərlə əlaqəsi yoxdur. Binanın texniki cəhətdən vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqatla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları, Tolstoy küçəsində yerləşən yaşayış evində yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü-qazıntı və tikintiquraşdırma işləri aparıldığı müəyyən olunmuşdur ki, bu da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterli olduğu müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, tədqiq olunan yaşayış evi birmərtəbəlidir. Tədqiq olunan yaşayış evinin sahələri 15.2 kv.metr (3.8x4.0m), 9.0 kv.metr (3.0x3.0) və 12.6 kv.metr (3.7x3.4m) olan yaşayış otaqlarında divarlarda çatlar olduğu, sahəsi 12.4 kv.metr (5.0x1.4+1.8x3.0m) olan dəhlizində döşəmədə taxtanın aralanması müşahidə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 4 ünvanında yaşayış evinə Cavabdeh1 tərəfindən ziyan vurulması sübuta yetirilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1080İ, Yeni qaydalarla:AZ1150, ünvan 5 ünvanında 0,1141 ha torpaq sahəsində yerləşən bağ evi X1 adına qeydiyyata alınması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh1dur. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı ilə alınmış ekspert rəylərində ünvan 4 ünvanında yaşayış evinin daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250,0 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8157.0 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən göstərilən rünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın və evin yenidən təmirbərpası, tikinti-quraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14320,02 manat müəyyən edilməsini və cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/F 10-1028/25 saylı mütəxəssis rəyində göstərilən, iddiaçıya məxsus ünvan 4 ünvanında yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin (işçilik və material xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri 1813,3 manat təşkil etməsi ilə bağlı sübutlarla razılaşmır. Ona görə ki, tərəflərin təqdim etdiyi rəylər arasında ziddiyyətlər mövcuddur. Lakin Məhkəmə hesab edir ki, Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspert rəyləri işin faktiki hallarına uyğun olmaqla, daha ağlabatandır. Buna görə də, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər bu hissədə sübut növü kimi qəbul edilməli və iddiaçıya dəymiş ziyan həmin rəylərə müvafiq olaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 ekspertiza rəyləri həddində, yəni daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250,0 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq 8157.0 manat məbləğində maddi ziyan iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə iddiaçıya dəymiş zərərinin məbləğinin 8407 manat qiymətləndirilməsi nəticəsinə gəlsədə, iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdehlə aralarında olan sövdələşmə nəticəsində cavabdehdən qəbul etdiyi 1500 manat pulun, ekspert rəyləri ilə hesablanmış 8407 manat məbləğində maddi zərərdən çıxılmasını məqsədəmüvafiq hesab edir. Ona görə ki, iş materialları ilə İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin arxa hissəsində “Mən İddiaçı 1500 (min beş yüz) verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1500 manat aldım” qeyd etmişdir. Bu işin mübahisəsiz halı olmaqla, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə inkar olunmamış, iddiaçı həqiqətəndə cavabdehdən 1500 manat maddi ziyanı almasını etiraf etmişdir. Belə olan məhkəmə hesab edir ki, iddiaçıya məxsus daş hasarını sökülməsi nəticəsində dəymiş zərər olan 250,0 manat və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinə görə 8157.0 manat, olmaqla ümumilikdə 8407 manat maddi zərərdən cavabdehin iddiaçıya ödədiyi 1500 manat çıxılmalı və cəmi Cavabdeh1 6907 manat məbləğində maddi ziyan və 89,07 manat dövlət rüsumu olmaqla, cəmi 6996,07 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə iddianın “cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə və 5913 manat maddi ziyan” hissəsini” araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Ona görə ki, iddianın bu hissəsi işin faktiki halları və iddiaçının təqdim etdiyi sübutlarla sübuta yetirilməmişdir. Hazırki işdə sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının 5913 manat maddi ziyan hissəsini və fərdi yaşayış evinə və hasarına dəymiş ziyanın cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin təqsiri ucbatında yaranması sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Halbuki, məhkəmə iclasında iş üzrə iddiaçıya bir daha iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iş materiallarında olan sübutları iddianın tam təmin edilməsi üçün kifayət hesab edərək əlavə sübutların təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının sözügedən tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddianın bu hissəsi əsasdır və təmin edilməməlidir. Məhkəmə iddianın 133 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı yuxarıda qeyd olunanlara əsasən maddi ziyan vurmuş, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Lakin iddia qismən təmin edildiyindən, iddianın təmin olunan hissəsinə müvafiq olaraq, cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə iddianın təmin olunan hissəsinə, yəni 6907 manat məbləğinə müvafiq olaraq 89,07 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 6907 manat məbləğində maddi ziyan və 89,07 manat dövlət rüsumu olmaqla, cəmi 6996,07 manat tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6907 manat məbləğində maddi ziyan və 89,07 manat dövlət rüsumu olmaqla, cəmi 6996,07 manat tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlham Cəfərzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar