Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-491/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Cavabdeh ondan borc aldığı 3.500 manat məbləğin, gecikdirilmiş 120 günə görə və həmin məbləğdən faydalandığına görə 1% bank uçot dərəcəsi ilə müəyyənləşdirilən və əldən çıxmış gəliri olan 960 manatın, Mediasiya xidməti üçün ödədiyi 60 manatın və məhkəmə rüsumu olaraq ödədiyi 64,9 manat məbləğinin cəmi 4.554,9 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) X2 məhkəmə iclasında göstərdi ki, qardaşının cavabdeh ilə ilk tanışlığı Maisə İmamverdiyevanın (yoldaşının bibisi qızı) evində qonaq olarkən baş tutmuşdur. Cavabdeh yaşadığı yerdə xırda ticarətlə məşğul olur. Cavabdeh bir neçə dəfə qardaşının qohumu Maisə İmamverdiyeva ilə birgə onun yaşadığı Kürdəmir şəhərində qonaq olmuşdur. Bu yaxınlıqdan istifadə edərək cavabdeh 2020-ci ildə ondan mal almaq üçün 2.000 manat borc almışdır və razılaşdırdıqları vaxtda geri qaytarmışdır. İkinci dəfə 2024-cü ilin avqust ayında cavabdeh yenidən ondan faizsiz olaraq 3.500 manat borc almış və hər ay 100-200-300 manat ödəməklə aldığı pulu geri qaytaracağı barədə əl yazması ilə qəbz vermişdir. Lakin bundan sonra, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh ona heç bir ödəniş etməmişdir. Əlavə olaraq qeyd etdi ki, 2020-ci ildə cavabdehə verilən borc cavabdehin verdiyi kartdan pul çıxarılmaqla geri alınmışdır. 3.500 manat isə ayrı başqa borc məbləğidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, 2020-ci ilin dekabr ayında Süleymandan faizlə qaytarmaq şərti ilə 3.500 manat borc pul götürmüşdü. Anasının pensiya kartını Süleymana vermişdi ki, hər ay öz pulunu həmin kartdan çıxartsın.2024-cü ilin avqust ayında kartın müddəti bitmişdir.Bu səbəbdən o, həmin borca görə qəbz yazmalı olmuşdur. İş materiallarında olan qəbz onun tərəfindən yazılmışdır. 2021-ci ilin yanvar ayından 2024cü ilə qədər anası Kinəxanımın kartından Kürdəmirdə Süleyman tərəfindən 8.986 manat pul çıxarılmışdır. O, borcun tamamilə ödəmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində yazılmış qəbzdən görünür ki, o, İddiaçı mağaza açıb mal almaq üçün 3.500 manat pul aldığını etiraf etmiş və hər ay gücü çatdığı qədər, 100-200-300 manat qaytaracağını vəd etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, İddiaçı oğlundan 3.500 manat borc aldığını etiraf etmişdir.Məhkəmə iclasında həmin qəbzi özünün yazdığını təsdiq etdi. Lakin cavabdeh həmin borcu qaytarması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı oğlunun xeyrinə 3.500 manat pul tutulmalıdır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı oğlu borcun qaytarılmaması nəticəsində ona zərər dəyməsi halını sübut edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş 120 günə görə və həmin məbləğdən faydalandığına görə 1% bank uçot dərəcəsinin cavabdehdən tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 64,9 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 26611 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutulmalıdır. Məhkəmədə Cavabdeh İddiaçı xeyrinə 3.500 manat və 60 manat mediasiya rüsumu olmaqla cəmi 3.560 manat pul vəsaiti tutulması müəyyən olunmuşdur. Belə halda ödənilməli dövlət rüsumu 55,6 manat təşkil edir və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 3.500 manat pul, 60 manat mediasiya rüsumu olmaqla cəmi 3.560 (üç min beş yüz altmış) manat pul vəsaiti və ödənilmiş 55,6 (əlli beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-491/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-491/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver