Məhkəmə qərarları › İş №2(003)-498/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-498/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-498/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.440 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 2.470 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Cavabdeh xüsusi mülkiyyətində olan «Mitsubishi Airtek» minik markalı **-XN- *** dövlət qeydiyyat nişanlı gedən avtomaşınla ara məsafəsi saxlamamış və qarşıda gedən onun xüsusi mülkiyyətində olan «Mercedes Benz-230» minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Yol Patrul Xidməti tərəfindən əsasən, xx.xx.2019-cu il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarar əsasən, Aİ İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Sözügedən inzibati xəta haqqında iş üzrə onun avtomaşınını etibarnamə əsasında idarə edən şəxs X1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Qeyd etmişdir ki, sözügedən yolnəqliyyat hadisəi zamanı cavabdehin təqsiri ucbatından onun avtomaşınına maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi avtomaşının icrabi sığortası olmadığına görə isə ona dəyən maddi ziyanı sığorta şirkətindən ala bilmir və bu səbəbdən də həmin ziyanımı məhkəmə qaydasında tələb edir. Belə ki, hadisə nəticəsində avtomaşınımın qabağ və arxa hissələrində bir çox detallara sıradan çıxmışdır. O, avtomaşını avtoservisdə təmir etdirir və usta tərəfindən təmir xərcləri hesablanaraq ona təqdim edilmişdir. Ümumlikdə avtomaşınının təmirinə 2.000 manat məbləğində vəsait tələb olunmuşdur. Həmçinin avtomaşınını ustaya aparmaq üçün evakuator xidmətindən istifadə etmişdir ki, buna da onun 40 manat məbləğində xərci çıxmışdır. Bundan əlavə o, avtomaşınsız qalan günlərdə və hələ də avtomaşını təmirdən çıxana qədər taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır ki, bütün bu xidmətlərə görədə ona 400 manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyanı ümumilikdə 2.440 manat qiymətləndirir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, vurulmuş ziyan iddia tələbində göstərilən qədər deyildir. Eyni zamanda məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, həmin hadisə vaxtı o, ən axırıncı avtomaşını idarə etmişdir. Hadisənin baş verdiyini görüb əyləc sisteminə basaraq onun maşını axırıncı maşına arxa hissədən yüngül dəymiş və maşınına az miqdarda ziyan dəymişdir. Ona təxminə 300 manat miqdarında ziyan dəyə bilərdi.. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin xx.xx.2019-cu il tarixli İXP 29975056 saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində saat 11:00-da Mitsubishi Aırtrek minik markalı 99 XN871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, “Mercedes Benz 230” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 517976 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdır. İş materiallarında olan avtoservis tərəfindən verilmiş 19 saylı aktdan görünür ki, Mercedes Benz 230 markalı avtomobilə dəymiş ziyan 2150 manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli LP-057/20 nömrəli rəyindən görünür ki, Mercedes Benz 230 markalı avtomobilə dəymiş ziyan 1743 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehin öz etirazında ən axırıncı avtomaşını idarə etməsi səbəbindən hadisənin təkcə onun deyil iddiaçının təqsiri nəticəsində baş verdiyini bildirsə də, məhkəmənin sorğusu əsasında Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş «Mitsubishi Airtrek» markaiı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Mersedes-Benz 230» markalı **-KL-*** dövlət qeydiyyat nişanlı və digər 2 avtomobillərin toqquşması yolnəqliyyat hadissəsi ilə əlaqədar «Mersedes-Benz 230» markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-də inzibati məsuliyyətə cəlb edilməmişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni cavabdeh tərəfindən həmin avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2440 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları avtoservis tərəfindən verilmiş 19 saylı aktdır. Cavabdeh tərəf isə vurulmuş zərərin çox az olmasını olmadığını bildirir. Bununla bağlı məhkəmə baxışı zamanı məhkəmə tərəflərin mübahisə etdikləri əsas halın, həmin zərərin məbləğini müəyyən edilməsi üçün iddiaçı və cavabdeh tərəfindən avtomobilin hazırki və əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər, o cümlədən hazırki vəziyyətdə təqdim edilmiş avtomobil və iş materialları əsasında ekspertizanın keçirilməsini zəruri və mümkün hesab etmişdir. Keçirilmiş ekspertiza nəticəsində dəymiş ziyanın məbləğinin 1743 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və müvafiq olaraq iddia tələbi qismən təmin olunmaqla iddiaçıya “Mercedes Benz 230” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin əvəzi kimi 1743 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat tərəflər arasında bölüşdürülməklə, 150 manatı Cavabdeh, 50 manat İddiaçıdan alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1743 manat məbləğində dəymiş maddi zərər və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 1763 (bir min yeddi yüz altmış üç) manat alınaraq İddiaçıya verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 10 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 150 (bir yüz əlli) manatı Cavabdeh, 50 (əlli) manatı İddiaçıdan alınaraq “xxxx” MMC-nin AZE02NABZ**********0000022944 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar