Məhkəmə qərarları › İş №2(003)-5021/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-5021/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-5021/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, "xxxx" ASC-nin cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: "xxxx" ASC cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8804 AZN əsas, 1315,87 AZN faiz, 90,65 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10210,52 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 120,64 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilsə də, həmin dövlət rüsumana dair qəbzin birinin həqiqiliyini (doğruluğu), məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz deyildir. Həmin dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd olunan iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № **********, 35,27 manat) ödəmişdir. Lakin, qəbz haqqında məlumatlar görünür ki, 10210,52 manat məbləğində borca 120,64 manat məbəğində dövlət rüsumu ödənilməli idi və hazırki işə əlavə edilmiş qəbz 2(003)-5020/2025 saylı mülki iş üzrə istifadə olunub. Göründüyü kimi, iddia ərizəsinin verilməsinə dair dövlət rüsumu ərizə məhkəməyə daxil olmadan təxminən bir il əvvəl ödənilmişdir ki, bu da məhz həmin rüsmunun hazırki iddia ərizəsinə görə ödənilməsini istisna edir. Belə olan məhkəmə hesab edir ki, ödənilmiş (qəbz № **********, 35,27 manat) dövlət rusumu hazırki verilmiş iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar