Məhkəmə qərarları › İş №2(003)-506/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-506/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-506/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması”, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qazancının, yaxud da gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü vəzifəsində işləyir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində sürücü vəzifəsində işləyir. İddiaçı ilə onun iki övladları var. Məhkəmələrin qətnamələrinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 Təranə Nizami qızının himayəsində, xx.xx.2009-cu il təvəllüdlü X7 isə onun himayəsindədir. Onun himayəsində 1 uşaq var və onun iş yeri bəllidir. O, aldığı maaşla ancaq ananın yanında qalan oğluna 175 manat aliment ödəyir, onun himayəsində qalan oğlunun təhsili, idmanı və hazırlıqları üçün də vəsait lazımdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin İddiaçı alınmasını və Cavabdeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib qarşılıqlı iddianı rədd edərək və məhkəməyə yazılı çıxışını təqdim edərək bildirdi ki, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışır. İşlədiyi müəssisədə əmək haqqı və iş yerindən əlavə gəlirlər əldə edir. Vəzifə maaşı, rütbə maaşı, qidalanma xərci və on üçüncü maaş iş yerindən ona hesablanaraq ödənilir. Cavabdeh bu yaxınlarda “BMW” markalı yeni, bahalı avtomobil almışdır. Cavabdeh yaşadığı Bakı şəhəri, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən ictimai-iaşə obyektləri var. Cavabdeh hər ay oradan kirayə gəlirləri əldə edir. Cavabdeh onunla ədavət aparmaqla birgə nikahdan olan kiçik oğlu X5 alimentin ödənilməsindən yayınmaq üçün ona qarşı “aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, böyük oğlu X7 tez-tez onun yanına gəlir. Böyük oğlunun dərsləri, təmizliyi və qidalanması ilə o məşğul olur. X7 atasını ancaq işdən sonra gecə evə gələndə görür. X1 üçün aliment ödəməyə maddi durumu imkan vermir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı, 328193 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12976608 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AA2835296 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-185/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində görünür ki, İddiaçı ilə Cavabdeh arasında Əzizbəyov rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 577 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları - İddiaçı yanında saxlanılması, xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh alınaraq İddiaçı verildiyi tarixdən hesablanmaqla hər iki uşağın, yəni xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10398/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-185/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboru tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli, 17 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunda xidmət edir və böyük sürücü vəzifəsindədir. O, 863 manat 60 qəpik pul vəsaiti ilə təmin olunur və həmin puldan 175 manat aliment ödəyir. Beləliklə, ilkin iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədədir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qarşılıqlı iddia tələbi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün alimentin tələb edilməsidir. İşin araşdırılmış hallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, bir uşağın atanın, bir uşağın ananın yanında qalması qət edilmişdir. Cavabdeh hazırda himayəsində olan uşağın saxlanılması üçün “aliment” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı alimentin tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, ilkin iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10398/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə, İddiaçı X1 üçün aliment ödəməyə maddi durumunun imkan verməməsi dəlilinə münasibətdə qeyd edir ki, onun maddi durumunun aliment ödəməyə imkan verməməsi bir valideyn kimi uşağının tələbatlarının qarşılamasından azad etmir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. İlkin iddia üzrə alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan ilkin iddia üzrə alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qarşılıqlı iddia üzrə alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır İş materiallarından görünür ki, Cavabdeh “aliment” tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10398/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulmalı, qarşılıqlı iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10398/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulsun. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Qətnamənin qarşılıqlı iddia üzrə alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar