Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-509/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8566 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Hacmirzə oğlu ilə qohumluq və qonşuluq münasibətləri olmuşdur. 25 avqust 2012-ci il tarixdə “xxxx” ASC-dən 7578 manat məbləğində kredit götürərək həmin pulu cavabdehə vermişdir. “xxxx” ASC-nin 30 iyul 2019-cu il tarxli Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan ərizəsindən də göründüyü kimi o banka olan borcunu tam ödəmişdir. Cavabdeh 27 oktyabr 2015-cı il tarixli, 07 saylı Notariat kontoruna ərizə ünvanlayaraq onun adına “xxxx” ASC-dən götürülən 8566 (həmin məbləğ bankın hesabladığı faizdir) manat pulun 2 il müddətinə ödəməyi öhdəsinə götürür. Lakin uzun müddət keçməsinə o, baxmayaraq heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnaməçıxqarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı notaril qaydada təsdiq edilmiş 27.10.2015-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o, Bakı şəhərində 6.11.1978-ci ildə anadan olmuş İddiaçı adına “xxxx”-dan aldığı 8566 (səkkiz min beş yüz altımış altı manat) pulu 2 (iki) il müddətinə ödəməyi öz üzərinə götürür. Əgər bu öhdəçiliyi yerinə yetirməsə məhkəmə qarşısında məsuliyyət daşıyaraq bütün əmlaklarının satılaraq borcu ödəməyi üzərinə götürür. İş materiallarında olan “xxxx” ASC-nin Xəzər rayon İcra və Probasiya şöbəsinə ünvanladığı icraata xitam verilməsi barədə ərizədə qeyd edillmişdir ki, borclu İddiaçı “xxxx” ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Xəzər Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli icra sənədi vardır. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin icra sənədi üzrə kredit borcu restrukturizasiya nəticəsində bağlanmışdır. Hazırda borclunun həmin icra sənədi üzrə Banka borcu yoxdur. İş materiallarında olan 1(101)-1429/2017 nömrəli 11.12.2017-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3 və 306.1-ci maddələri ilə təqsirli bilinərək, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli 2(003)-1653/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx ASC-nin xeyrinə 6671,25 (altı min altı yüz yetmiş bir manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 1300,11 (bir min üç yüz at on bir qəpik) manat məbləğində faiz borcu, cəmi 7971,36 (yeddi min doqquz yetmiş bir manat otuz altı qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ləğində dövlət rüsumu cavabdeh İddiaçı tutulmuşdur. İş materiallarında olan 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, borcla bağlı iddianı qəbul edir. Hazırda cəza çəkdiyi üçün borcu ödəmək iqtidarında deyildir. Lakin cəzaçəkib qurtardıqdan sonra işləyib müəyyən qrafiklə hissə-hissə ödəyəcəyinə söz verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 8566 manat məbləğində pulun tutulması barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh lər Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-509/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-509/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver