Məhkəmə qərarları › İş №2(003)-515/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-515/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-515/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri **77.40 manat vəsaitin alınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xəzər Rayon Məhkəməsinin 1(003)-506/*0** saylı, 18.10.*0**-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *34.1-ci maddəsi ilə təqsirli bilinərək 0* il 05 ay *6 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. 09.01.*0*3-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. Xəzər Rayon Məhkəməsinin 7(003)-980/*0*3 saylı, 30.08.*0*3-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 10 ay 1* gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və mobil nəzarət qurğusu təhvil götürülmüşdür. Bundan sonra "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyi əsasında Cavabdeh mobil nəzarət qurğusunun yararsız halda olduğu müəyyən olunmuşdur. Belə olan halda müəyyən edilir ki, cavabdehin mülki məsuliyyətsizliyindən elektron qolbağa maddi ziyan dəymiş və yararsız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri **77.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh mobil nəzarət qurğusunun dəyəri **77.40 manat vəsaitin dövlət büdcəsinə Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, bununla yanaşı iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışının icra məmurunun iştirakı olmadan keçirilməsi xahiş edilmiş, eləcə də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, vurulmuş maddi ziyanın ödənilməsinə cəza müddəti bitdikdən sonra ödəniş etməyinə hər hansı bir etirazı yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 506/*0** saylı, 18.10.*0**-ci il tarixli il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *34.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qəti olaraq 0* il 05 ay *6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-506/*0** saylı, 18.10.*0**-ci il tarixli il tarixli hökmü qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə daxil olmuşdur. İş materiallarından eyni zamanda görünür ki, 09.01.*0*3-cü il tarixdə Cavabdeh elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. Daha sonra məhkum Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 506/*0** saylı, 18.10.*0**-ci il tarixli il tarixli hökmü ilə üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmışdır. Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Ruhiyyə Məmmədova təqdimatla məhkəməyə müraciət edərək məhkum Cavabdeh barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-980/*0*3 saylı, 30.08.*0*3-cü il tarixli il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 506/*0** saylı, 18.10.*0**-ci il tarixli il tarixli hökmü ilə 0* il 05 ay *6 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay *4 gün müddətinin iki günə bir gün hesabı ilə hesablanmaqla ona 10 (on) ay 1* (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh məhkəmə iclas zalından dərhal həbs edilməsi və cəzaçəkmənin əvvəlinin 30 avqust *0*3-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 30 avqust *0*3-cü il tarixli aktdan görünür ki, Cavabdeh cəza növü dəyişdirildiyi üçün ona təhkim olunmuş - 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkəmə zalında məhkumdan götürülmüşdür. Həmçinin mobil qurğu uzun müddət enerji ilə təchiz olunmadığı üçün sönülü vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 07 sentyabr *0*3-cü il tarixli “elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyi”ndən görünür ki, Cavabdeh “Attenti V6” mobil nəzarət qurğusunun ana platasında elementlərin üzərində korroziya müşahidə edilmiş və təmiri mümkün deyil eləcə də istifadəyə tam yararsızdır. İş materiallarında olan "xxxx" QSC-nin *9 iyul *0*1-ci il tarixli məktubundan görünür ki, “Attenti” markalı elektron əzarət vasitəsinin zədələnmiş 1 ədədinin dəyəri **77.40 manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin ** fevral *0*4-cü il tarixli məktubundan görünür ki, Probasiya Xidmətində istifadədə olan "Attenti" markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və Evrodizayn şirkəti olaraq digər fərdi şəxslərə avadanlıqların və yaxud onların hər hansı bir elementinin pərakəndə satış həyata keçirilmir. Fərdi şəxslərə pərakəndə satış həyata keçirə bilinmədiyinə görə elektron nəzarət vasitələrinin hissələrinin (mobil nəzarət qurğusu, elektron qolbaq, mobil elektron nəzarət qurğusunun kaburası) hər birinin ayrı-ayrılıqda qiymətləri barədə məlumat verə bilmirlər. Elektron nəzarət vasitəsinin tam komplektinin və yaxud hər hansı bir elementinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsindən əldə etmək mümkündür. Texniki nöqteyinəzərdən itirilmiş və yaxud sıradan çıxmış mobil nəzarət qurğusunu və yaxud elektron qolbağı eyni markalı müvafiq avadanlıqla əvəz edib, komplekti tamamlayıb, yenidən istifadə etmək mümkündür. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 19 mart *0*4-cü il tarixli cavab məktubundan görünür ki, "Attenti" markalı elektron nəzarət vasitəsinin dəstinin hissələrini ayrı-ayrılıqda əldə etmək mümkün deyildir. Belə ki, Ədliyyə Nazirliyinin elan etdiyi tenderə uyğun olaraq nazirliyin Maliyyə və Təminat İdarəsinin sifarişi əsasında elektron nəzarət vasitələri (sadə elektron qolbaq, mobil nəzarət qurğusu, stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) satın alınır və icraçı tərəfindən tam işlək vəziyyətə gətirildikdən sonra Probasiya Xidmətinə təhvil verilir. Maliyyə və Təminat İdarəsinin 06.08.*0*1-ci il tarixli D-8/131 nömrəli məktubuna əsasən "Attenti" markalı elektron nəzarət vasitəsinin dəstinin dəyəri müqavilə üzrə **77.40 manat təşkil edir. Sözügedən elektron nəzarət vasitəsinin dəstinə daxil olan qurğuların ayrı-ayrılıqda dəyəri müəyyən edilməmişdir. İşlək vəziyyətdə olan elektron nəzarət vasitəsinin dəstinə daxil olan qurğuların "Attenti" markasına məxsus digər mobil nəzarət qurğusu ilə birgə işlək vəziyyətə gətirilməsi habelə, digər texniki məsələrlə əlaqədar nazirliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinə müraciət edilməsi məqsədəmüvafiq hesab olunur. Beləliklə işin faktiki hallar ilə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *34.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qəti olaraq 0* il 05 ay *6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, qəbul edilmiş hökm qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Bundan sonra Cavabdeh elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh cəza növü dəyişdirildiyi üçün ona təhkim olunmuş - 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkəmə zalında məhkumdan götürülmüşdür. Lakin "xxxx" QSC-nin 07 sentyabr *0*3-cü il tarixli “elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyi” ilə Cavabdeh təhkim edilmiş “Attenti V6” mobil nəzarət qurğusunun ana platasında elementlərin üzərində korroziya müşahidə edilməsi, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin zədələnmiş 1 ədədinin dəyəri **77.40 manat təşkil edir. Həmçinin sözügedən elektron nəzarət vasitəsinin dəstinə daxil olan qurğuların ayrı-ayrılıqda dəyəri müəyyən edilməmişdir. Hazırda Bakı Şəhər Probasiya İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri **77.40 manat vəsaitin alınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel *018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-*.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-*.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-*.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *1.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin *1.*-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin *1.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.*-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh cəza növü dəyişdirildiyi üçün ona təhkim olunmuş - 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkəmə zalında məhkumdan götürülmüşdür. Lakin "xxxx" QSC-nin 07 sentyabr *0*3-cü il tarixli “elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyi” ilə Cavabdeh təhkim edilmiş “Attenti V6” mobil nəzarət qurğusunun ana platasında elementlərin üzərində korroziya müşahidə edilməsi, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Bundan başqa cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vurulmuş maddi ziyanın ödənilməsinə cəza müddəti bitdikdən sonra ödəniş etməyinə hər hansı bir etirazı yoxdur. Göründüyü kimi Cavabdeh təhkim edilmiş 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosunun ondan götürüldükdən sonra yararsız olması iş materialları ilə öz təsdiqini tapmışdır, həmçinin sözügedən elektron nəzarət vasitəsinin dəstinə daxil olan qurğuların ayrı-ayrılıqda dəyərinin müəyyən edilməsi mümkün olmamışdır, digər tərəfdən cavabdeh iddianı qəbul edərək, cəza müddəti bitdikdən sonra ödəniş edə biləcəyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə dəymiş ziyan Cavabdeh dövlət büdcəsinə tutulmalıdır. Məhkəmə sözügedən elektron nəzarət vasitəsinin dəyərinə münasibətdə isə qeyd edir ki, həmin vasitənin dəyəri iş üzrə araşdırılmış sübutlarla **77,40 manat olması müəyyən edilmişdir, həmçinin elektron vasitənin dəyərinin göstərilən məbləğdən fərqli olması iş materialları müəyyən edilməmişdir. Bununla da məhkəmə cavabdehdən elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə tutulmalı olan maddi ziyanın məbləğinin **77.40 manat müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin *17.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin *17.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin *18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri **77.40 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan **77,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar