Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-516/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 469,89 manat əsas, 38,06 manat faiz borcu, 85,34 manat cərimə borcu olmaqla, cəmi 593,29 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Bankdan 24 ay müddətinə illik 20 faiz olmaqla 1500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, xx.xx.2022-ci il tarixədək Cavabdeh banka 469,89 manat əsas, 38,06 manat faiz borcu, 85,34 manat cərimə, ümumilikdə cəmi 593,29 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 11-Y-1-0-104-21 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 1500 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, cavbadeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 76,34 manat, sonuncu ay isə 76,43 manat ödəniş etməklə yerinə yetirilməsi barədə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, bank tərəfindən cavabdehə 1500 manat məbləğində pul verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 469,89 manat əsas, 38,06 manat faiz borcu, 85,34 manat cərimə, cəmi 593,29 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 11-Y-1-0-104-21 saylı kredit müqaviləsi üzrə yaranmış borcun könüllü şəkildə ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq edilmişdir. Mübahisənin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında iddiaçı bank tərəfindən 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 1500 manat məbləğində cavabehə kredit verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 76,34 manat, sonuncu ay isə 76,43 manat ödəniş etməklə kreditin qaytarılması barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, o, öhdəliyini lazimi qaydada icra etməmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən 469,89 manat məbləğində əsas və 38,06 manat faiz borcun tutulması barədə tələb əsaslıdır və həmin məbləğlərdə əsas və faiz borcu cavadbehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 469,89 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 85,34 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20,0 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 469,89 manat əsas, 38,06 manat faiz borcu, 20,0 manat cərimə, cəmi 527,95 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 469,89 manat əsas, 38,06 manat faiz borcu, 20 manat cərimə, cəmi 527,95 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-516/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-516/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver