Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-538/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3375,48 manat əsas borc, 25,69 manat faiz borcu və 8,82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3409,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əasasən “xxxx” İKB ASC-dən illlik 23 faizlə 36 ay müddətində 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtləqinin pozaraq, borc öhtəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2020-ci il tarixədək Cavabdeh banka xx xxxxxx 2019cu il tarixli kredit müqaviləsi üzrə 3375,48 manat əsas borc, 25,69 manat faiz borcu və 8,82 manat cərimə borcu olmaqa, ümumilikdə cəmi 3409,99 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3375,48 manat əsas borc, 25,69 manat faiz borcu və 8,82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3409,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslər dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, “xxxx” İKB ASCnin hazırkı adı İddiaçı ASC-dir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 22-Y-1-0-96-19 saylı kredit müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən (ödəniş cədvəlindən) və xx.xx.2019cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, iddiaçı “xxxx” X1 ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh iddiaçıya 3375,48 manat əsas, 25,69 manat faiz, 8,82 manat cərimə, cəmi 3409,99 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək xəbərdarlıq məktubu göndərilmiş və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” X1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-Y-1-0-96-19 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 3375,48 manat əsas, 25,69 manat faiz, 8,82 manat cərimə olmaqla cəmi 3409,99 manat məbləğində borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” X1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-Y-1-0-96- 19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3375,48 manat əsas, 25,69 manat faiz, 8,82 manat cərimə olmaqla cəmi 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-538/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-538/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver