Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-54/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 12027,42 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC bir çox məişət üçün əhəmiyyətli olan mallarm satışı ilə məşğul olan Cəmiyyətdir. Cəmiyyətdə çalışan bir çox ekspeditorların vəzifələri malların onlar üçün müəyyən edilmiş müxtəlif ərazilərdə yerləşən mağazalara paylamaq və satışdan əldə edilmiş məbləği cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. Cavabdeh 23.09.2016-cı il tarixdə iddiaçı "xxxx" MMC-i ilə Əmək Müqaviləsi bağlanmaqla Cəmiyyətdə sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir, Eyni zamanda cavabdeh ilə “Tam maddi məsuliyyət haqqında” Müqavilə imzalanmışdır. Cavabdeh işlədim dövr ərzində ümumiliikdə 92.762,76 (doxsan iki min yeddi yüz altmış iki manat yetmiş altı qəpik) manat məbləğində mal almış, 66.446,60 (altmış altı min dörd yüz qırx altı manat altmış qəpik) manat məbləğində satışdan əldə edilmiş gəlir Cəmiyyətin kassasına təhvil vermiş, geri qalan 12.027.42 (on iki min iyirmi veddi manat qırx iki qəpik ) manat pul bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı cavabdehə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh Cəmiyyətə olan borcunu ödəməmişdir. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda zərər dəymişdir. Daha sonra iddiaçının nümayəndəsi Mədinə Leqayeva ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində cavabdehin Cəmiyyətdə işlədiyi dövr ərzində alınmış malların dəyəri 92762,76 manat qeyd edilməsinə baxmayaraq əldə edilmiş elektron qaimələrə əsasən həmin məbləğ 62719,09 manat təşkil etdiyini, cavabdeh 50971,67 manat pulun ödədiyini, qalıq qalan borcun isə 12047,42 manat təşkil etdiyini bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında "xxxx" MMC-də işlədiyini, lakin hazırda həmin MMC-də işləmədiyi və işlədiyi dövrdə MMC-dən götürdüyü bütün malların dəyərini qaytardığını, MMC-yə heç bir borcunun qalmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 23.09.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və ona hər ay 160 manat məbləğində əmək haqqı ödənilməklə satış üzrə nümayəndə vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh satış üzrə nümayəndə vəzifəsinin tələblərini icra etmək, texniki və yanğın təhlükəsizliyi tələblərinə əməl etmək, əmək və iş intizamına əməl etmək barədə əmək funksiyasının icrası ilə bağlı öhdəlikləri öz üzərinə götürmüşdür. Həmçinin həmin müqavilənin 8.2-ci bəndindən görünür ki, əmək müqaviləsinə dəyişiklik edilərək Cavabdeh 05.10.2016-cı il tarixdən 175 manat əmək haqqı olmaqla sürücü ekspeditor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 23.09.2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh, tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlaması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Həmin Müqavilədən görünür ki, Cavabdeh aşağıdakı vəzifələri yerinə yetirməlidir: -təşkilatın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; -kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; -formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; -ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; -qiymətlilərin mühafizəsi, .daşınması, salanması və sair əməliyytaların aparılması habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır. -ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir. Həmin müqavilənin 2-ci bəndinə əsasən işçi bu barədə müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyır. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli 4/940- 9/4715 saylı ekspert rəyindən görünür ki, 29 sentyabr 2016-cı tarixli 006820 saylı, 006821 saylı, 006822 saylı, 006823 saylı, 006825 saylı, 006826 saylı, 006827 saylı; 25 noyabr 2016-cı il tarixli 002224 saylı, 002239 saylı; 28 noyabr 2016-cı il tarixli 002249 saylı, 002261 saylı; 30 noyabr 2016-ci tarixli 002288 saylı; 1 dekabr 2016-cı il tarixli 001875 saylı; 3 dekabr 2016-cı il tarixli 001898 saylı; 5 dekabr 2016-cı il tarixli 001899 saylı; 8 dekabr 2016-cı il tarixli 396314 saylı, 396315 saylı; 9 dekabr 2016-cı il tarixli 396337 saylı; 12 dekabr 2016-cı il tarixli 396364 saylı, 396365 saylı; 13 dekabr 2016-cı il tarixli 396386 saylı, 396387 saylı; 14 dekabr 2016-cı il ntarixli 396403 saylı, 396404 saylı; 16 dekabr 2016-cı il tarixli 396441 saylı, 396442 say ı, 396443 saylı, 396444 saylı; 17 dekabr 2016-cı il tarixli 396451 saylı, 396452 saylı, 396453 saylı; 21 dekabr 2016-cı il tarixli 396535 saylı; 23 dekabr 2016-cı il tarixində 396575 saylı, 396576 saylı; 24 dekabr 2016-cı il tarixli 396590 saylı, 396593 saylı; 27 dekabr 2016-cı il tarixində 396626 saylı, 396627 saylı; 28 dekabr 2016-cı il tarixli 396647 saylı, 396648 saylı; 04 yanvar 2017-ci il tarixli 396704 saylı; 05 yanvar 2017-ci il tarixli 396719 saylı, 396720 saylı; 06 yanvar 2017-ci il tarixində 396729 saylı; 07 yanvar 2017-ci il tarixində 396752 saylı, 396753 saylı, 396754 saylı; 11 yanvar 2017-ci il tarixi 396936 saylı; 12 yanvar 2017-ci il tarixli 396952 saylı; 13 yanvar 2017-ci il tarixli 396967 saylı; 14 yanvar 2017-ci il tarixli 397006 saylı; 17 yanvar 2017-ci il tarixli 397047 saylı; 21 yanvar 2017-ci il tarixli 397079 saylı; 31 yanvar 2017-ci il tarixli 397184 saylı; 14 fevral 2017-ci il tarixli 397347 saylı, 397348 saylı, 397349 saylı; 15 fevral 2017-ci il tarixli 397360 saylı; 17 fevral 2017-ci il tarixli 397381 saylı; 22 fevral 2017-ci il tarixli 397442 saylı; 27 fevral 2017-ci il tarixli 397499 saylı; 02 mart 2017-ci il tarixli 397545 saylı; 03 mart 2017-ci il tarixli 397564 saylı, 07 mart 2017-ci il tarixli 397619 saylı, 14 mart 2017-ci il tarixli 397694 saylı; 23 mart 2017- ci il tarixli 397771 saylı; 25 mart 2017-ci il tarixli 397793 saylı; 27 mart 2017-ci il tarixli 397802 saylı; 31 mart 2017-ci il tarixlu 397871 saylı, 397872 saylı; 08 aprel 2017-ci il tarixli 397926 saylı, 397927 saylı, 397928 saylı; 19 aprel 2017-ci il tarixli 397997 saylı; 24 aprel 2017-ci il tarixli 398022 saylı; 06.05.2017-ci il tarixli 398153 saylı qimə-fakturaların kötüklərində “təhvil aldım” qrafalarında Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunması və həmin qaimə-fakturalar əsasında Cavabdeh ümumilikdə 55791,06 manat məbləğində malların verilməsi müəyyən edilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli 4/1593-9/7968 saylı ekspert rəyindən görünür ki, 16 sentyabr 2016- cı il tarixli qaimədə “Təhvil aldı:” qrafasındakı imza; 183-cü vərəqində olan 19 sentyabr 2016-cı il tarixli qaimədə “Təhvil aldı” qrafasındakı imza; 186-cı vərəqində olan 05 sentyabr 2017-ci il tarixli satış fakturasında “Təhvil aldı” qrafasındakı imza; mülki işin 187-193-cü vərəqlərində olan 7 dekabr 2016-cı tarixli 396310 saylı, 7 dekabr 2016-cı tarixli 396311 saylı, 12 dekabr 2016-cı tarixli 396363 saylı, 20 dekabr 2016-cı tarixli FMG seriyalı 396512 saylı, 20.12.2016-cı il tarixli FMG seriyalı 396514 saylı, 20.12.2016-cı il tarixli FMG seriyalı 396517 saylı qimə-fakturların kötüklərində “Təhvil aldım” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunması və həmin qaimə-fakturalar əsasında Cavabdeh ümumilikdə 7105,49 manat məbləğində malların verilməsi müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "AZER FOOD” MMC arasında 23.09.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 23.09.2016-cı il tarixdən "Azer Food” MMC-də satış nümayəndəsi vəzifəsində (160 manat əmək haqqı olmaqla) işləməyə başlamış, 05.10.2016-cı il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən (175 manat əmək haqqı olmaqla) sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə ona satış məqsədilə cəmi 62896,55 manat (iş üzrə keçirilmiş ekspert rəylərinə əsasən) məbləğində mal verilmişdir. Eyni zamanda tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə Olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq iş üzrə cavabdehə satış məqsədilə cəmi 62896,55 manat məbləğində malların təhvil verildiyi müəyyən olunduğundan və həmin malların 50971,67 manat dəyəri iddiaçıya geri qaytarıldığını (iddiaçının etirafını), təhvil verilmiş bütün malların dəyərinin iddiaçıya geri qaytarılması cavabdeh tərəfindən sübut olmadığını və işin araşdırılmış hallarından da müəyyən edilmədiyini, həmçinin onun iddiaçı qarşısında tam maddi məsuliyyət barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 11924,88 manat məbləğində pul (62896,55 – 50971,67) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11924,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11924,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-54/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-54/2022
08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver