Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-540/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1167,40 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AL-610 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən “xxxx” ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh oğlu AL-610(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən AL-610 saylı “Daxili lizinq müqaviləsi” üzrə öhdəlikləri qəbul etmiş və “Daewoo Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh oğlu idarə etdiyi “Daewoo Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21074” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Xəzər rayon DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olması, həmçinin avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. “xxxx” ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə “xxxx” ASC tərəfindən sığortalanmışdır. Buna görə də “xxxx” ASC “VAZ 21074” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3 hesabına 1137 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi üçün “xxxx” ASC “xxxx” ASC və Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbi ilə” Yasamal Rayon Məhkəməsimə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx xxxxx 2020-ci il tarixli 2(004)-1146/2020 saylı qətnaməsi ilə “xxxx” ASCnin iddiası təmin edilmiş, cavabdeh “xxxx” ASC və Cavabdeh 1137 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. “xxxx” ASC qətnamə üzrə 1167,40 manat məbləğində pulu xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin hesabına ödəmişdir. Bununla da cavabdehin “xxxx” ASC qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(004)-1146/2020 saylı qətnaməsindən görünür ki, “xxxx” ASC-nin iddiası təmin edilmiş, cavabdehlər “xxxx” ASC və Cavabdeh müştərək qaydada 1137 manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 1167,40 manat məbləğində pul “xxxx” ASC-nin hesabına köçmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdehin sığorta ödənişinin hazırkı iş üzrə iddiaçı olan “xxxx” ASC tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Həcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1167,40 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq “xxxx” ASC-yə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1167,40 (bir min yüz altmış yeddi manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq “xxxx” ASC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-540/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-540/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver