Məhkəmə qərarları › İş №2(003)-541/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-541/2021

16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-541/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun. Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı ** AX *** X7 avtomobilin bərpası üçün tələb olunan 3206 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəəd qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2016-cı il tarixdə saat 00:50 radələrində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TH-*** X7 avtomobillə Nəsimi rayonu Hənifə Ələsgərova və Xan Şuşunski küçələrinin kəsişməsində “Stop” nişanının tələbini pozduğuna görə H.Ələsgərova küçəsində hərəkətdə olan İddiaçı ASCnə məxsus olan “Daewoo Gentra” markalı, **-AX-*** X7 avtomobil ilə toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM 151.1- ci maddəsi ilə protokol tərtib edilərək məsulliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2019cu il tarixli rəyinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **- AX-*** X7 avtomobilə 3206 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görədə İddiaçı ASC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-AX-*** X7 avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 3206 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələb olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Avtomobilə dəymiş ziyanla bağlı sürücüyə artıq 2500 manat ödəniş etmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməli olduğunu bildirərək, İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X7 avtomobilə 01.01.2016-cı il tarixində dəymiş 3206 manat maddi zərərin ondan tutulmasına dair hazırkı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı MMC ilə lizinq alan X10 arasında bağlanmış 17.11.2014-cü il tarixli AL-2302 №-li X8ndən görünür ki, həmin müqaviləyə əsasən X6 ümumilikdə dəyəri 32 000 manat olan-1 saylı Əlavədə göstərilən əmlak lizinqə verilmişdir. İş materiallarında olan lizinq verən İddiaçı MMC ilə X12 X2 və öhdəlikləri ötürən X11 arasında bağlanmış 17.04.2015-ci il tarixli AL-2302 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, "xxxx" ASC “Öhdəlikləri ötürən” arasında bağlanmış 17.11.2014-cü il tarixli AL-2302 saylı X8 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə “Öhdəlikləri Ötürən” "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X12”-ə ötürür, “X12” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”- ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" ASC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan lizinq verən İddiaçı MMC ilə X12 X3 və öhdəlikləri ötürən X2 arasında bağlanmış 23.04.2015-ci il tarixli AL-2302 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, "xxxx" ASC “Öhdəlikləri ötürən” arasında bağlanmış 17.11.2014-cü il tarixli AL-2302 saylı X8 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə “Öhdəlikləri Ötürən” "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X12”-ə ötürür, “X12” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”- ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" ASC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan lizinq verən İddiaçı MMC ilə X12 X5 və öhdəlikləri ötürən X3 arasında bağlanmış 11.08.2015-ci il tarixli AL-2302 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, "xxxx" ASC “Öhdəlikləri ötürən” arasında bağlanmış 17.11.2014-cü il tarixli AL-2302 saylı X8 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə “Öhdəlikləri Ötürən” "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X12”-ə ötürür, “X12” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”- ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" ASC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan lizinq verən İddiaçı MMC ilə X12 X1 və öhdəlikləri ötürən X5 arasında bağlanmış 27.10.2015-ci il tarixli AL-2302 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, "xxxx" ASC “Öhdəlikləri ötürən” arasında bağlanmış 17.11.2014-cü il tarixli AL-2302 saylı X8 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə “Öhdəlikləri Ötürən” "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X12”-ə ötürür, “X12” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”- ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" ASC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyatlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nın 08.02.2016-cı il tarixli inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 01.01.2016-cı il tarixində saat 00:00-da Nəsimi yolu ərazisində Mercedes Benz C220 CDİ minik markalı ** TH *** X7 nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyatlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 4187 manat təşkil edir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehə ziyanın 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.07.2021-ci il tarixli 9/3749 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 27.04.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyatlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3425 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 3206 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları “Servis Mərkəzi” tərəfindən verilmiş 27.04.2018-ci il tarixli qüsur aktıdır. Cavabdeh tərəf isə vurulmuş zərərin aradan qaldırıldığını qeyd etməklə avtomobilə dair əlavə hər hansı xərcin lazım olmadığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim olunmuş rəyi ilə avtomobilə dəymiş zərərin isə 3425 manat olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyində çox hesablandığından, iddia tələbi təmin edilməklə ondan 3206 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Odur ki, bu səbəbdən iddia müddətinin tətbiq barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3206 manat və 30 mant ödənilmiş dövlət rüsumu, cəmi 3236 (üç min iki yüz otuz altı) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar