Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-543/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2000 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlt rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayının 15-də cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9 “F” saylı 0,0241 ha ölçüsündə torpaq sahəsini ona 41000 manata alqı-satqı müqaviləsinə əsasında qanunla müəyyən edilmiş qaydada satmışlar. Onun hazırda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquq qeydə alınmışdır. Hazırda o torpaq sahəsində, 3 otaq və mətbəxdən ibarət ev tikmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsasları olmadan onun ev tikməyinə, yəni mülkiyyət hüququnu həyata keçirilməsinə imkan vermirlər. O tikir, onlar isə evin ətrafındakı hasarı sökürlər. Bundan başqa Cavabdeh1 ona təklif elədi ki, özlərinə məxsus əl otağını da satır. O razılaşdı 2021-ci ilin iyun ayının 10-da Binə qəsəbəsində cavabdehin tibb bacısı işlədiyi Poliklinikada 3-cü mərtəbədə 1500 manat pul aldı, özü və yazılı qəbz verməklə imza atdı. Hazırda o, əl otağını ona vermir və pulunu da qaytarmır, digər cavabdeh isə üstəlik ona baçaq nümayış etdirməklə hədə-qorxu gəlir, hətta onu bıçaqla vurmaq istəmiş, həmin anda evdə işləyən usta onun əlindən bıçağı almışdır. Bu hadisə ilə bağlı Xəzər rayonu, 3-cü Polis Bölməsində araşdırma aparılır. Bundan əlavə cabadehlər hasarı sökməklə, darvazanı, qumu aparmaqla ona 500 manat maddi ziyan vurmuşlar. Beləliklə, o cavabdehlərdən 2000 manat pul tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddiçının çıxışına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, 2020-ci ildə pula ehtiyacı olduğu üçün ona məxsus torpagın bir hissəsini 45000 manata satışa çıxartmışdır, İddiaçı gəlib torpağa baxaraq, ona bildirmişdir ki, 41000 manat pulu var. O Abutalibdan ilkin olaraq 1000 manat almış, daha sonra isə 1000 manat aldı. 7000 manat pulu notariusda rəsmi olaraq ona vermişdir. Qalan pulu isə hissə hissə vermişdir. O, 41000 manata torpaqğı satmağa o halda razı olmuşdur ki, həmin pulu onlara nəğd verilsin. Bu formada torpağın satılması ilə bağlı aralarında şifahi razılaşma olmuşdur. Lakin həmin pul yenə də hissə-hissə verildi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh1 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahdi qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, torpaq sahəsini Elxan adlı şəxs vasitəsi ilə tapmışdıq. Belə ki, Elxan demişdir ki, bacısı 45000 manata torpaq sahəsi satır, onlar torpaqğa baxdıqdan sonra həmin torpaqğın 41000 manata satılması ilə bağlı razılıq əldə edilmişdir. Həmçinin mülki iş üzrə digər Cavabdeh1 saxlanc yerinin 1500 manata satılmış və Abutalıb tərəfindən tikiliyə görə 1500 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı tərəfindən imzalanmış 25.06.2021ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 saxlanc (kladovka) yerini 1500 manata İddiaçı satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında torpağın alqı-satqısı müqaviləsi əsasında Cavabdeh2 0,0241 ha torpaq sahəsini İddiaçı satmışdır, tərəflər ilkin olaraq torpağın qıymətini 41000 manatrazılaşmışlar, lakin cavabdeh iddiaçı tərəfindən pulun verilməsini gecikdirilməsini əsas gətirərək torpağın qiymətinin 45000 manat olmasını əsas gətirərək iddiçının tikinti işləri aparmasına manelər yaratmışdır. Bundan başqa tərəflər arasında olan razılaşmaya əsasən heç bir hüquqi sənədi olmayan və cavabdeh tərəfindən saxlanc yeri kimi istifadə üçün nəzərdə tutulmuş tikili mülki iş üzrə Cavabdeh1 tərəfindən 1500 manata iddaçı İddiaçı satılmışdır. Lakin tərəflərin məhkəmə vermiş olduğu izahatından həmin tikilinin iddiaçıya verilmədiyi aşkar edilmişdir. Halbuki tərəflər arasında olan razılaşmaya əsasən verilmiş pulu müqabilində tikili iddiaçıya verilməli idi. Eyni zamanda tikilinin alınamsı ilə bağlı İddiaçı tərəfindən verilmiş olan 1500 manat pulun qaytarılmasını ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin mabahisə edilməyən halından görünür ki, Cavabdeh2 ünvan 1 ünvandan yerləşən 0,0241 ha torpaq sahəsini 41000 manat İddiaçı satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və işin faktiki hallarına istinad edərək hesab edir ki, Cavabdeh2 tərəfindən 0,0241 ha torpaq sahəsini İddiaçı rəsmi olaraq notarial qaydada satıldığından, beləliklə də iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ yarandığından cavabdehlər tərəfindən iddiaçının mübahisə predmetinə aid olan torpaq üzərində mülkiyyət hüquqlarnın həyata keçirilməsinə manelərin yaradılması qanusuz və əsassızdır. Məhkəmə cavabdehin dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, dəlillər qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh2 özü tərəfindən etiraf edilmişdir ki, torpaq sahəsini ilkin olaraq 41000 manat olmaqla razılaşdırılmış və satılmışdır, qiymətin 45000 manata razılaşdırılması isə işin halları ilə müəyyən edilmir və bu barədə cavabdeh tərəfindən əsaslı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə cavabdeh tərəfindən iddiaçının iddianın mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı tikinti işlərinin aparılmasına yönələn maneləri qanunsuz və əsassız hrsab edir. Məhkəmə iddianın 2000 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. İşin faktiki hallarından və Cavabdeh1 yazılı iltizamıdan görünür ki, iddaçı İddiaçı tərəfindən tərəfindən saxlanc yeri üçün 1500 manat cavabdeh Sədaqıt İsmayılovaya pul verilmişdir. Bundan başqa işin halları ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan saxlanc yeri cavadehlərin mülkiyyətində olmamış və qanunla onun üzərində sərəncam vermək səlahiyyətləri də olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1500 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. İddiaçının iddia tələbinin 500 maddi ziyan əvəzi olaraq cavabdehlərdən tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı tərəfindən darvazanın aparılması və qumun daşınması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hiussəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökümət ödəniş portalından ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödəniulmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçının özünə aid ediməli, 40 (qırx) manatı isə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1500 (bir min beş yüz) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat, ümumilikdə 1540 (bir min beş yüz qırx) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddiaçının mülkiyyət hüquqlarının həyata kecirilməsinə yönələn maneə aradan qaldırılmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1500 (bir min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat, ümumilikdə 1540 (bir min beş yüz qırx) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10(on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-543/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-543/2022
23.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver