Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-544/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçıAzərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.05.2012-ci il tarixli, 4/745 saylı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1№-li sahə, ev 1, 101 saylı mənzil İddiaçı tərəfindən qazla təchiz olunmağa başlanmışdır. Həmin ünvana “İddiaçı İB–nin Bakı X5 Departamenti tərəfindən **********01010 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1802AZ**********72 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh ““X3”nın 6.5–ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı lB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 14.04.2016–cı il tarixli, ******* saylı akt əsasında 291,60 manat, 07.06.2016–cı il tarixli, ******* saylı akt əsasında 73,50 manat, 09.09.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 24.10.2016–cı il tarixli, ******* saylı akt əsasında 164,80 manat, 12.12.2016–cı il tarixli, ******* saylı akt əsasında 296,90 manat, 10.02.2017–ci il tarixli, ******* saylı akt əsasında 568,80 manat, 07.03.2017–ci il tarixli, ******* saylı akt əsasında 237 manat, 12.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 341 ,20 manat, 26.01 .2018-ci il tarixli, ******* saylı akt əsasında 1025,40 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat, 19.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 530,80 manat, 31.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 67 manat, 04.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat, dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 832,30 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 5482,40 manat olmuşdur. İddia ərizəsinə əlavə olmuş abonentin saldosundanda görünürki sayğac quraşdırılandan indiyədək 20 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehdən təbii qazdan istifadəyə görə hesablanmış 5482,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5512,40 manat pul tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 5482,40 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5512,40 manat tutulması qət edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki,tələb olunan borcun 4863,70 manatı abonentin sayğacdan kənar qaz xəttindən istifadəsi nəticəsində abonentə təbii X3nın pozulması haqqında aktlar əsasında hesablanmışdır. İddia tələbin qalan hissəsi isə abonentin əvvəlki dövrə olan borcudur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 04.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat məbləğində hesablanmış borc tələbini qəbul edir, lakin iddia ərizəsində göstərilən digər aktların tərtibindən xəbəri olmamışdır. İş üzrə yalnız yuxarıdakı bir aktın həqiqiliyini qəbul edir.Digər aktları həqiqətə uyğun hesab etmir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməklə yuxarıda qeyd edilmiş akt əsasında hesablanmış 810,0 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin zahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X5 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 12.05.2012-ci il tarixli, 4/745 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan və gasrep məlumatlarından görünür ki, abonentə təbii X3nın pozulması haqqında aktlar əsasında ümumilikdə 4863,7 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəs ihaqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yolverən hüquqi və fiziki şəxlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görəmüvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit vəəmlak üçün təhlükə törətdiyini müəyyənetdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş 04.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 810 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəməiddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan 4053,7 (4863,7-810) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Eyni zamanda iddiaçı tərəfin özünündə, iddiasında qeyd etdiyi əvvəlki illərə dair tələb edilən 832,30 manat (sənədi tapılmayan dövr üçün) zərərə aid hissəyə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə də, iddia əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına dair əsas olan sənədlərin onlarda mövcud olmamağı iddiada qeyd edilmiş, o cümlədən məhkəmə iclasında da iddiaçının nümayəndəsi tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edirki, iddaiçı iddia ərizəsində əvvəlki illərə dair zərər görə hesablanmış borcu 832.30 manat olmasını qeyd etsədə həmin borc 832,30 deyil sadə riyazi hsablama ilə 618,70 manat məbləğində olması müəyyən edilir. Belə ki, iş materillarında olan təbii X3nın pozulması haqqında aktlardan və abonetin saldosundan görünür ki, abonentə aktlar əsasında dəymiş zərər görə ümumilikdə 4863,7 manat borc hesablanmışdır. İddiaçının iddia tələbinin 5482,40 manat olmasını nəzərə aldıqda əvvəlki illərə görə hesablanmış, sənədi olmayan dövr üçün borc məbləği 832,30 manat deyil 618,70 (5482,4 – 4863,7) manat olduğu müəyyən edilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinəəsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinəəsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni istifadə etdiyi təbii qaza görə 810,0 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq idiaçının xeyrinə tutulmalı, qalan 20 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 810,0 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 820,0 (səkkiz yüz iyirmi) manat tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-544/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-544/2020
28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver