Məhkəmə qərarları › İş №2(003)-564/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-564/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-564/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1160manat pul məbləğinin və 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan ünvanda yaşayır. 843 saylı Hərbi Hissədə qulluq edən zaman xəsarət almış, 2-ci dərəcəli əlildir. O, "xxxx" ASC -dən 2017-ci ildə 108.160.52 manat məbləğində kredit pulu götürmüş, onun xahişi ilə tanışı cavabdehə vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2697 saylı, 2017-ci il tarixli qətnaməsi ilə ondan cəmi 108.160.52 manat borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(003)-2697 saylı icra sənədinə əsasən "xxxx" ASC-nin müvafiq hesabına 10.200,52 manat köçürərək borc məbləği ödmişdir. Məhkəmənin 2(003)-2514/2018 saylı,xx.xx.2018ci il tarixli icra sənədinə əsasən Cavabdeh 8178 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 8208 manat pulu hal-hazırda tam ödəmiş, 7% həcmində ödənişi Xəzər rayon İcra Şöbəsi hesabına keçirilməlidir, o da keçirilmişdir. Hazırda cavabdeh ona 8208 manat məbləğdə pulu ödəyib, qalan pulu, yəni 450 manat ödənilməyib, elecə də 7%- o da 710 manat pulu, 1160 manat pul cavabdehdə ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, bank onu məhkəməyə vermiş, tutmalar aparılmış və onun banka 850 manat borcu yaranmış, cavabdeh kompensasiya olaraq ona əvvəl 400 manat pul ödəmiş, lakin sonradan 450 manatı ödəməmiş, 7%- yəni 710 manat pul icra mərhələsində ondan tutularaq icra şöbəsinin hesabına ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək bildirdi ki, o, 8208 manat borcu ödəmiş, 450 manat (sonra yadan düşən məbləğ) və 710 manat pul öz aralarında hamsı hesablanmış və borc ödənilmişdir. O, borcu Kapital bank vasitəsi ilə Muğan bankın hesabına ödəmişdir. 710 manatın əvəzi olaraq iddiaçı ondan 1000 manat almışdır, həmin pul ödənilmişdir. Ödənişləri onlar öz aralarında həyata keçirilmişlər, bununla bağlı hər hansı sənəd yoxdur. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2514/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 8178 (səkkiz min yüz yetmiş səkkiz) manat məblağində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 8208 (səkkiz min iki yüz səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2514/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri məcburi qaydada icra edilməli, ödənilməli olan məbləğin 776 icra ödənişi alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xüsusi fonduna köçürülməlidir. İcra tam başa çatdlqdan sonra 7% isə göstərilən hesaba köçürülməlidir. İş materiallarında olan Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı cəmi 10160,52 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nın xeyrinə ödənilməsinə dair Xəzər Rayon Məhkəməsinin 2(003)2697 saylı, xx.xx.2017-cı il tarixli icra sənədi İddiaçı əmək haqqından 35% tutulub "xxxx" ASC-nin hesabına ödənilməsinə dair xx.xx.2017-ci il tarixdə icra olunması üçün göndərilmişdir. İddiaçı əmək haqqından 35% tutulmanı dayandırıb borc tutulub qurtarana qədər hər ay 20% tutub "xxxx" ASC-nin hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh pensiyasından cəmi 8178 manat və 30 manat məbləğində dövlət rüsumu məbləğində borc tutulub qurtarana qədər hər ay 50% tutaraq aşağıdakı hesaba ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək pensiyasından Xəzər Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2(003)-2697/2017 nömrəli icra sənədinə əsasən hər ay həyata keçirilmiş tutulmalar nəticəsində "xxxx" ASCnin müvafiq hesabına ümumilikdə 10200,52 manat köçürələrək borc məbləği başa çatdırılıb. Eyni zamanda bildiririk ki, qeyd olunan icra sənədi üzrə ümumi 712,683 manat icra ödənişindən xx.xx.2023-cü il tarixinə olan qalıq borcu 416,12 manat təşkil edir. İş materiallarında olan tutma aparılması barədə xx.xx.2023-cü il tarixli məkrubdan görünür ki, Cavabdeh əmək pensiyasından 8208.00 manat vəsait İddiaçı xeyrinə tutularaq icra edilmişdir və hal-hazırda tutulma xx.xx.2023-cü il tarixdən icra ödənişinə yönəldilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı əmək pensiyasından Xəzər Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2(003)-2697/2017 nömrəli icra sənədinə əsasən hər ay həyata keçirilmiş tutulmalar nəticəsində "xxxx" ASCnin müvafiq hesabına ümumilikdə 10200,52 manat, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin hesabına isə 712,63 manat məbləğində pul vəsaiti köçürülərək müvafiq icra sənədinin icrası başa çatdırılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı bankla kredit münasibətlərinə daxil olaraq kreditə pul götürmüş, daha sonra həmin pulu Cavabdeh borc olaraq vermişdir. Beləliklə, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış və həmin halı hər iki tərəf təsdiq etmişlər. İddiaçı olan borc Cavabdeh təqaüdünə yönəldilərək tutulmuş və icra olunmuşdur. İddiaçı tutularaq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin hesabına 712,63 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin icra ödənişinə görə İddiaçı tutulmuş 7% -yəni 712,63 manat pul Cavabdeh tərəfindən iddaçıya qaytarılmamışdır. Bundan başqa, İddiaçı 450 manat pulun cavabdeh tərəfindən qaytarılmalı olduğunu iddia etsə də, həmin məbləğin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıya hər hansı məbləğdə borcunun olduğunu təkzib etmişdir. Məhkəmə hesab edir ki, borcun 450 manat olmasını sübutetmə yüklülüyü iddaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2- ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 433.1 -ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin qeyd olunan normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 710 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 34 (otuz dörd) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 710 manat məbləğində pul və 34 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 710 (yeddi yüz on) manat məbləğində pul və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar