Məhkəmə qərarları › İş №2(003)-579/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-579/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-579/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, iddiaçının nümayəndəsi Abbasov Fərid Saday oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Umudov Sultan Amil oğluna qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdeh Umudov Sultan Amil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Umudov Sultan Amil oğlundan 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7622,10 manat əsas borc, 42,09 manat faiz borcu və 10,36 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7674,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Umudov Sultan Amil oğlu arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Umudov Sultan Amil oğlu 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əasasən "xxxx" İKB ASC-dən illlik 20 faizlə 36 ay müddətində 8500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtləqinin pozaraq, borc öhtəliyini icra etməkdən boyun qaçırır. 01 oktyabr 2020-ci il tarixədək Umudov Sultan Amil oğlunun banka 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7622,10 manat əsas borc, 42,09 manat faiz borcu və 10,36 manat cərimə borcu olmaqa, ümumilikdə cəmi 7674,55 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən Umudov Sultan Amil oğlundan "xxxx" ASC-nin xeyrinə 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7622,10 manat əsas borc, 42,09 manat faiz borcu və 10,36 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7674,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Umudov Sultan Amil oğlu arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Abbasov Fərid Saday oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslər dövlət qeydiyyat idarəsinin 03.02.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" İKB ASCnin hazırkı adı "xxxx" ASC-dir. İş materiallarında olan 12 dekabr 2019-cu il tarixli, 23-Y-1-0-2090-19 saylı kredit müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən (ödəniş cədvəlindən) və 12 dekabr 2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankı ASC tərəfindən cavabdeh Umudov Sultan Amil oğluna 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 01.10.2020-ci il tarixə Umudov Sultan Amil oğlunun iddiaçıya 7622,10 manat əsas, 42,09 manat faiz, 10,36 manat cərimə, cəmi 7674,55 manat məbləğində borcu vardır. İş materiallarında olan 28.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Umudov Sultan Amil oğluna 5 gün müddətində borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək xəbərdarlıq məktubu göndərilmiş və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Umudov Sultan Amil oğlundan 7622,10 manat əsas, 42,09 manat faiz, 10,36 manat cərimə olmaqla cəmi 7674,55 manat məbləğində borc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçının iddia tələbinin "xxxx" İKB ASC ilə Turabov Yunus Rasim oğlu arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh Umudov Sultan Amil oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" İnvestisiya Kommersiya Bankı ASC ilə Umudov Sultan Amil oğlu arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 23-Y-1-0-2090-19 saylı kredit müqaviləsi ləğv edilsin. Umudov Sultan Amil oğlundan 7622,10 manat əsas, 42,09 manat faiz, 10,36 manat cərimə olmaqla cəmi 7674,55 (yeddi min altı yüz yetmiş dörd manat 55 qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar