Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-585/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin dəyərinin, yəni 2277,40 manat məbləğində pulun dövlət nəfinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-20/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinmiş və ona 02 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 19.0*.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq olunmuşdur.Elə həmin gün müvafiq aktla bir ədəd “Attenti” markalı 31293 nömrəli elektron nəzarət vasitələri məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir.Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh üzərinə baxış keçirilən zaman ona təhvil verilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir.Cavabdeh ona təhvil verilmiş avadanlığın 2.277,4 manat dəyərində vəsaitin alınaraq Bakı şəhəri Maliyyə idarəsinin müvafiq hesabına ( müxbir hesab: AZ**CTRE********************,SƏVİYYƏ KODU : 1, təsnifat kodu: 142330, valyuta AZN, VÖEN 170044*391) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Bakı Şəhər Probasiya İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı Şəhər Probasiya İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsində onun iştirakı olmadan mülki işə baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 19.0*.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markal 3/293 seriya nömrəli elektron nəzarət qurğusu komplekti təhvil verildi və istifadə qaydaları izah olundu. İş materiallarında olan “Evrodizayn QSC tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED-M-№ 9*-21 nömrəli məktubdan görünür ki, “ATTENTİ” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vəsaitlərin dəyəri nəzarət subyektindən tutulur. Elektron nəzarət vasitəsinin dəyəri 2.277,4 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Cavabdeh azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, həmin şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdrirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cavabdeh elektron nəzarət vasitəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2.277,40 manat tutularaq Bakı şəhəri Maliyyə idarəsinin müvafiq hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 21*-220 və 3*0-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat tutularaq Bakı şəhəri Maliyyə idarəsinin müvafiq hesabına ( müxbir hesab: AZ**CTRE********************,SƏVİYYƏ KODU : 1, təsnifat kodu: 142330, valyuta AZN, VÖEN 170044*391) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-585/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-585/2025
28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver