Məhkəmə qərarları › İş №2(003)-588/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-588/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-588/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC zamin və vərəsə Cavabdeh İddiaçı Qapalı Cəmiyyətinin xeyrinə xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit razılaşması üzrə 896,0 ABŞ dolları məbləğində kredit borcu, 102.83 ABŞ dolları məbləğində faiz borcu və 1379,0 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 2378.47 ABŞ dolları borcun, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə 7165.46 ABŞ Dolları məbləğində kredit borcu, 2164.39 ABŞ Dolları məbləğində faiz borcu və 11448 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, 20777.85 ABŞ Dolları borcun, ümumilikdə cəmi 23156 (iyirmi üç min yüz əlli altı) ABŞ Dolları 32 (otuz iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 208.3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, Həsənova Validə Müzəffər qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2007-ci il tarixli 05L000000241 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Həsənova Validə Müzəffər qızı İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000,0 (iki min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının 12-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu yəşaitləri banka qaytarmamışdır. Həsənova Validə Müzəffər qızının götürdüyü kredit borcundan 896.64 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən Olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Həsənova Validə Müzəffər qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 1710 gün üçün hesablanmış faiz borcu 102,33 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 20 ABŞ Dolları məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 1710 gün üçün hesablanmış cərimə 1379 ABŞ Dollan ökil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Həsənova Validə Müzəffər qızı İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Həsənova Validə Müzəffər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtında banka qaytarmamışdır. Həsənova Validə Müzəffər qızının götürdüyü kredit borcundan 7165.46 ABŞ Dollar, məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Həsənova Validə Müzəffər qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 1720 gün üçün hesablanmış faiz borcu 2164.39 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 85 ABŞ Dolları məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 1720 gün üçün hesablanmış cərimə 11448 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin cap yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Həsənova Validə Müzəffər qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqaviləsinə əsasən bank ,qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənova Validə Müzəffər qızı ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Azarbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli verdiyi arayışdan X8 Müzəffər qızının vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Tərəflərindən X8 Müzəffər qızının vərəsələrinin müəyyən edilməsi üçün müvafiq sorğular göndərilmiş və cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 37 saylı notariat ofisinin xx.xx.2021ci il tarixli, 137/14 nömrəli arayışına əsasən Həsənova Validə Müzəffər qızının vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surəti bizə göndərilmişdir. xx.xx.2015-ci il tarixli, 2V-1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mərhumun oğlu Cavabdeh xx.xx.2010-cu il tarixində vəfat etmiş Həsənova Validə Müzəffər qızının vərəsəsidir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin şəhadətnamə əsasın) miras olan Suraxanı rayonu, D yaşayış sahəsi ünvanında yerləşən, 11L saylı, 1 mərtəbəli qeyri yaşayış binasından irs almalıdır. Belə olan halda mərhumun oğlu Cavabdeh” mərhum Həsənova Validə Müzəffər qızının hüquq və vəzifələri də keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 05L000000241 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Həsənova Validə Müzəffər qızına 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Həsənova Validə Müzəffər qızına 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000,0 (ki min) ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Həsənova Validə Müzəffər qızına 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 05S000000342 saylı zaminlik müqavilləsindən görünür ki, əsas X8 Müzəffər qızıın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh zaminliyi ilə təmin edilmiş və o, bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görünür ki, Həsənova Validə Müzəffər qızı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək İddiaçı QSC-yə 2000,0 ABŞ Dolları əsas kredit borcu, 570,5 ABŞ Dolları faiz borcu olmaqla, cəmi 2570,5 ABŞ Dolları məbləğində borcu ödəməli idi. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görünür ki, Həsənova Validə Müzəffər qızı xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək İddiaçı QSC-yə hər ay 491,04 ABŞ Dolları (sonuncu ay 491,28 ABŞ Dolları) məbləğində borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənova Validə Müzəffər qızının İddiaçı QSC-yə xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 896,64 ABŞ Dolları əsas kredit borcu, 102,83 ABŞ Dolları faiz borcu, 1379,0 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 2378,47 ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənova Validə Müzəffər qızının İddiaçı QSC-yə xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə 7165.46 ABŞ Dolları məbləğində kredit borcu, 2164.39 ABŞ Dolları məbləğində faiz borcu və 11448 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, 20777.85 ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Həsənova Validə Müzəffər qızına ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri, 37 saylı notariat kontorunun notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2010-cu il tarixində vəfat etmiş, Həsənova Validə Müzəffər qızının vərəsəsi, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 16, mənzil 35-də qeydiyyatda olan oğlu - Cavabdeh irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının ƏMDK-yanında DƏDRXnin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş 68Neli reyestr kitabının, 6467№li vərəqində, reyestr nömrəsi **********14-06301 qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli, Seriya RX №0677446 olan reyestrdən Çıxarış əsasında Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi ünvanında yerləşən, 11L saylı ümumi sahəsi 49.4 kv.m. olan 1(bir) mərtəbəli Qeyriyaşayış binasından ibarətdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 9/1911 saylı ekspert rəyindən görünür ki, xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit müqaviləsi üzrə xx.xx.2010cu il tarixə 891,25 ABŞ Dolları əsas kredit borcu, 170,75 ABŞ Dolları faiz borcu, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə xx.xx.2011-ci il tarixə 7141,12 ABŞ Dolları məbləğində kredit borcu, 3744,33 ABŞ Dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 208,30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 05L000000241 saylı kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmış və xx.xx.2009-cu il tarixli, 05R000001491 saylı, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşmaları bağlanmışdır. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6134,94 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 05S000000342 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh “borclu” Həsənova Validə Müzəffər qızının kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. X8 Müzəffər qızı xx.xx.2010-cu il tarixdə vəfat etmiş və oğlu Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Həsənov Cavabdeh Validə Müzəffər qızının qanun üzrə vərəsəsi qismində tanınmışdır və ondan qalmış qalmış əmlakı miras kimi qəbul etmişdir. Həsənova Validə Müzəffər qızının oğlu Həsənov Cavabdeh Validə öldüyü zaman onun mülkiyyətində olmuş daşınmaz əmlaka vərəslik qaydasında mülkiyyət hüququ əldə etmişdir və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış Həsənova Validə Müzəffər qızının oğlu Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə hazırkı iş üzrə iddiaçı ilə Həsənova Validə Müzəffər qızı arasında müqavilə münasibətləri vardır, Həsənov Cavabdeh Validə Müzəffər qızının vərəsəsi kimi sonuncuya məxsus əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Yuxarıda göstərilənlərə əsasən kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdehin vərəsəsi kimi Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Həsənov Cavabdeh Validə Müzəffər qızının vərəsəsi olduğundan göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. O, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1911 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Həsənova Validə Müzəffər qızının xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə əsas kredit borcu 891,25 ABŞ dolları, faiz borcu 170,75 ABŞ dolları, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə xx.xx.2011-ci il tarixə əsas kredit borcu 7141,12 ABŞ dolları məbləğində faiz borcu, 3744,33 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə yaranmış 891,25 ABŞ dolları əsas kredit, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə xx.xx.2011-ci il tarixə 7141,12 ABŞ dolları məbləğində əsas kredit borcu tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimələr əsassız olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növudür. Öhdəlıiyın icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenum qərarından da görünür ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşa materiallarında da göründüyü kimi, ididaçı Cavabdeh mərhum Həsənova Validə Müzəffər qızının vərəsəsi olmasını 37 saylı Notariusa sorğu verməklə xx.xx.2021-ci il tarixdə bilmiş və bunda sonra 2021-ci ili dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin borclunun vərəsəsi kimi borcun ödənilməməsində təqsiri olmadığından iddia tələbi dəbbə pulu hissəsində təmin edilə bilməz. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin zamin kimi X5 tutulması barədə tələb də təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi AccessBank” QSC ilə Həsənova Validə Müzəffər qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 60 ay ərzində, yəni xx.xx.2012-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2013-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 208,30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 83,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 124,98 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci də iddiaçıdan və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 100,0 (yüz) manat məhkəmə-mühasibatlıq ekspertizasının xərcinin 44,0 manatı iddiaçı Cavabdeh, 56,0 manatı isə "xxxx" QSC-dən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixli 05R000001491 saylı kredit müqaviləsi üzrə 891,25 ABŞ dolları əsas kredit borcu, 102,83 ABŞ dolları faiz borcu, xx.xx.2009-cu il tarixli 05R000001994 saylı kredit razılaşması üzrə 7141,12 ABŞ dolları məbləğində əsas kredit borcu, 2164,39 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 10299,59 ABŞ Dolları (on min iki yüz doxsan doqquz ABŞ Dolları, əlli doqquz sent) pul icra vaxtı manata olan məzənnə ilə manatla tutularaq "xxxx" QSC-yə ödənilsin. məhkəmə-mühasibatlıq ekspertizasının xərci kimi 100,0 manatın 44,0 manatı Cavabdeh, 56 manatı isə "xxxx" QSC-dən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu üzrə 83,32 (səksən üç manat, otuz iki qəpik) manat tutularaq "xxxx" QSC-yə ödənilsin, ödənilmiş dövlət rüsumunun 124,98 manat məbləğində olan hissəsi rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar