Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-59/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa və əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37 000 manat məbləğində maddi ziyanın, sağlamlığa dəymiş ziyana görə 1 000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon icra Hakimiyyətinin Başçısının xx xxxxxx 2001-ci il tarixli, 39 nömrəli sərəncamına əsasən ona Zirə qəsəbəsində 97 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində onun tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, çöl tərəfindən suvaq işləri və bir sıra işləri görülmüşdür. O, evini təmir etdirmək üçün Cavabdeh ilə əlaqə saxlamış, onun təmir etdiyi evlərin təmiri ilə tanış olduqdan sonra evi ona təmir etdirmək barədə razılaşlar. Aralarında olan razılığa əsasən o, cavabdehə 56500 manat məbləğində pul ödəməli olmuş. Bu pulun müqabilində cavabdeh yüksək keyfiyyətli tikinti materiallarını almalı və evi tam təmir edərək ona təhvil verməli idi. Cavabdeh evin birinci mərtəbəsində zalda yalnız astar şpaklovka işləri, yarımçıq alçipan işləri və alçipanın işıq naqillərinin çəkilməsini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka vurmamış, alçipan işlərini tam başa çatdırmamış, lüstur yerlərini düzəltməmiş, emusiya işlərini və istilik işlərini görməmiş, işıq sistemini tam başa çatdırmamışdır. Cavabdeh evin birinci mərtəbəsində sol tərəfdə olan otaqda suvaq, astar şpaklovka və döşəmə işlərini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Cavabdeh evin birinci mərtəbəsində ikinci mərtəbəyə çıxan pilləkənin sol tərəfində olan digər otaqda astar şpaklovka və yarımçıq döşəmə işləri görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Bundan başqa ikinci mərtəbəyə qalxan dəhlizə isti döşəmə işləri görülməmiş, divarlara vurulan taxta döşəmə tam olaraq vurulmamış və pilləkən kənarları yoxdur. İkinci mərtəbənin taxta döşəməsi əvvəlcədən mövcud olmuşdur. Cavabdeh tavana kupka vursa da, divarlara taxta döşəməni tam olaraq vurmamışdır. 3 ədəd hamam tualetdə suvaq işləri görülsə də, kafel metlax cavabdeh tərəfindən alınmamış və vurulmamış, isti döşəmə sistemi düzəlməmişdir. Bundan başqa qapının ətrafında olan haşiyələr vurulmamış, pəncərə ətrafları düzəldilməmişdir. Cavabdeh bundan başqa 2 ədəd 100-lük ariston, 1 ədəd 500-lük kombi, istilik radiotarları, mətbəx mebeli, fıstıq ağacından 5 plafonlu 5 ədəd böyük lüstur, 4 plafonlu 7 ədəd kiçik lüstur, 2 ədəd karderob, kafel-metlax, işıqlanma sistemlərini almalı idi. Lakin cavabdeh ondan aldığı 47000 manat pulun müqabilində işləri tam başa çatdırmamış, gördüyü işləri isə keyfiyyətsiz tikinti materialları ilə kefiyyətsiz görmüşdür. Sonra isə işləri yarımçıq qoyaraq çıxıb getmişdir. Cavabdehin gördüyü işlərin tikinti materialları ilə birlikdə təxminən 10000 manat dəyərindədir. Bunun nəticəsində ona 37000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun və ailəsinin sağlamlığına ziyan dəymiş, uzun müddət müalicə olunmuşlar. Sağlamlıqlarına dəymiş ziyanı 1000 manat məbləğində qiymətləndirir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28.990 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində göstərilənlər tamamilə yalan, həqiqətə uyğun olmayan hallardan ibarətdir. İddiaçı evində o, təşkil etdiyi ustalar tərəfindən bir çox işlər görüldüyünü, mal-materialların alındığını işçi qüvvəsinin işlədiyini və görülmüş işlərin, alınmış mal-materialın pulunun İddiaçı tərəfindən ödənilmədiyini bildirir. Belə ki, ilkin İddiaçıla onun arasında 2017-ci ilin noyabr ayında olan şifahi razılaşmaya əsasən, İddiaçı Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evində santexnik-elektrik, ştukatur, şpaklyovka, alçıpan, taxta qapı və pəncərələrin alınaraq qurlaşdırılması, pilləkən karkası, pilləkən üçün şveller alınması, qurlaşdırılması, taxta (listvennisa) materialının alınaraq döşəmələrin vurulması və başqa bir çox işlərin görülməsi üçün mal-material və işçi qevvəsinin haqqı ilə birlikdə 65000 manata razılaşmışlar. Razılığa əsasən, sifarişçi İddiaçı görüləcək işlərə görə əvvəlcədən razılaşdırılmış 65000 manatın ən azı yarısını işə başlananda ona ödəməli, o həmin vəsaitlə malmaterialın bir hissəsini alaraq gətirməli və işə başlamalı, işin gedişində işin dayanmaması üçün sifarişçi İddiaçı qalıq pulu tam şəkildə verməli və pul tam şəkildə verildikdən sonra, iş davam etdirilərək yekunlaşıb sifarişçiyə təhvil verilməli olmuşdur. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməmiş, neçə aylar ərzində ona ümumilikdə 40000 manata yaxın pul vermiş, o, öz şəxsi vəsaiti hesabına aldığı mal-materialların pulunu verməmiş, işləyən işçi qüvvəsinin pulunu ödəmək istəməmişdir. Həmin razılaşmadan əlavə olaraq İddiaçı onunla binanın çöl suvağının 4000 manata, damın təmirinə isə 1000 manata razılaşmışlar. Ümumilikdə görüləcək işin mal-materialları ilə birlikdə və işçi pulu da nəzərə alınmaqla 69000 manat təşkil etmişdir. İddiaçı ona cəmi 40000 manata yaxın pul vermiş, əvvəlcədən razılaşdırılmış qalan məbləği verməyərək məqsədi işi pulsuz gördürmək olmuşdur. Bu günə kimi o, İddiaçı evinin təmir-bərpa işləri üçün 36655 manat dəyərində mal-material işlətmiş, görülən işlərin həcinə görə isə işçi qüvvəsinə ümumilikdə 26335 manat pul borcu qalmış, həmin vəsaitin bir qismini öz cibindən ödəmişdir. Aralarında razılaşdırılmış 69000 manat pulun yalnız 40000 manatını sifarişçi İddiaçı ala bilmiş, qalan vəsaiti İddiaçı ödəməkdən boyun qaçırmışdır. Bir sözlə gördüyü işin və aldığı mal-materialların müqabilində əvvəlcədən şifahi razılaşma əsasında ona çatası pulunu sifarişçi İddiaçı ala bilməmişdir. Hazırda İddiaçı ona 23990 manat və əlavə 5000 manat, cəmi 28990 manat pul ödəməlidir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı iştirak edərək qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbini müdafiə etdi və izahatında bildirmişdir ki, o, Cavabdehlə 2017-ci ildə Zirə bağlarında ev təmiri ustası kimi tanış olmuşdur. Evinin içərisinin təmiri ilə bağlı Cavabdehlə 2017-ci ilin iyun ayında ona məxsus evin iki mərtəbəsində təmir işlərinin görülməsi ilə bağlı razılaşma əldə etmişlər. Evin ümumilikdə təmiri və zəhmət haqqı ilə bağlı Cavabdeh ilə aralarında yalnız şifahi razılaşma olmuşdur. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, Şərif, evin içərisini lazımi avadanlılqar da daxil olmaqla tam təmir edəndən sonra evin açalarını ona təhvil verməli imiş, o isə Cavabdeh ümumilikdə 56500 manat məbləğində pul verməli idi. O, evin təmiri üçün hissə-hissə Cavabdeh 47000 manat məbləğində pul vermişdir. Cavabdeh müəyyən təmir işləri görmüş, lakin həmin işlər keyfiyyətsiz görülmüşdür. Cavabdeh ona görülməli olan işlərin çıxarışını (smetasını) təqdim etməmiş, sadəcə aralarında şifahi razılaşma olmuşdurki, ümumi görüləsi işlər üçün o Cavabdeh ümumilikdə 56500 manat pul verəcəkdir. İş yarımçıq qaldığına görə pulun qalan hissəsini verməmişdir. Təmir olunan evin 1-ci mərtəbəsində 2 otaq və mətbəx, sanitar qovşağı, texniki otaq və xoll var. Cavabdeh ona məxsus evin birinci mərtəbəsində olan 2 otağın- suvağ, ştukatur, divar kağızı, asma tavan, asma tavana aid işiqlar, vıklyuçatellər, döşəmə işlərini görməli olmuşdur, döşəmə işləri üçün laqa vurmalı olmuş, taxta isə yüksək keyfiyyətli olmalı halda olmamışdır. Xolun tavanına - alçıpan və işıqlar vurmalı, pilləkən sıfırdan yığılmalı idi. 1-ci mərtəbədə tavan altına taxta Cavabdeh tərəfindən vurulmuş, həmin taxtalar 2 m3 olmuş və Şərif tərəfindən alınmışdır. 1-ci mərtəbədə künclük dəmir kökələr Cavabdeh tərəfindən vurulmuşdur. 1-ci mərtəbə döşəmənin altına Cavabdeh tərəfindən 1 m3 taxta vurulmuşdur. Birinci mərtəbə üçün Cavabdeh tərəfindən bindər alınmış və vurulmuşdur. 1-ci mərtəbədə olan mətbəx, sanitar qovşağı (hamam-tualet) Cavabdeh tərəfindən təmir olunmamışdır. Pilləkən olan dəhlizə Cavabdeh tərəfindən 3-4 sm styaşka olunmuşdur. Evdə qurlaşdırılmış pilləkənin dəmirləri onun tərəfindən alınmış, “5 uqolnik” “Metak” firmasına məxsus dəmirlərdir. Pilləkənin tikilməsi və dəmirlərin pilləkənə yerləşdirilməsi Cavabdeh tərəfindən olmuşdur. Taxta pillələr Cavabdeh tərəfindən alınmış, qiymətini bilmir. Evin çöl hissəsinə suvağ vurulması və evin dam örtüyü ilə bağlı aralarında razılaşma olmamış. Evin üzərinə suvağ vurulmuş, lakin həmin evin suvağını başqa usta vurmuş, həmin ustanın adı və suvağın nə zaman vurulması yadında deyil. Belə ki, təmir işləri gedən zaman Cavabdeh ona bildirmişdir ki, evin damından və divarlarından su sızıntıları olduğundan vurulmuş alçıpanlara zərər dəyə bilər. Ona görə də o məcbur olmuş başqa usta tapmış və evin dam örtüyünün və suvağını vurdurmuşdur. Şərif və onun ustaları evin içərisində təmir işlərini gördüklərindən məcbur olmuş suvağ işlərinin görülməsi üçün başqa usta gətirmişdir. Həmin zaman isə Cavabdeh digər ustalar ilə birlikdə evdə işləməmişlər, dam və suvağ işləri görülənə kimi çıxıb getmişlər. Ona görədə ekspert rəyinin həmin hissədə hesablanmış xərclərlə bağlı razı deyil. Evə vurulan taxtaların hamısı “listiviniça” növündən olan taxtalar olmamış, çox hissəsi sadə taxtalar olmuşdur. Ona görə də bu barədə ekspert rəyində verilmiş qiymətlərlə razı deyil. Taxtalara Cavabdeh tərəfindən rəng vurulmuşdur. Tavan üçün paraizolyasiya parçası Cavabdeh tərəfindən vurulmuşdur. Şərif evə istilik sistemləri üçün radiatorlar qurlaşdırılmalı olduğu halda qurlaşmamış və almamışdır. Nə qədər radiator alınmalı idi yadında deyil. Evin istilik sistemi üçün iki ədəd 150 litrlik ariston alınmalı idi, lakin alınmamışdır. Kombi sisteminin qurlaşdırılması üçün cavabdeh tərəfindən yalnız borular çəkilmişdir. Lakin taxtaların altında olduğundan həcmini deyə bilmir. Kafelin qabağında çəkilmiş fotoşəkillər dükanda çəkilmiş, həmin dükana onun maşını ilə o, Şəriflə sadəcə kafel seçmək üçün getmiş, lakin almamışlar, nə qədər kafel alınmalı idi bilmir, kafelləri seçəndən sonra Cavabdeh bildirmişdir ki, 1-2 gündən sonra qayıdıb seçdikləri kafelləri alacaq, lakin almamış, ümumiyyətlə Cavabdeh tərəfindən kafel-metlak alınmamışdır. Kafelin qabağında şəkil çəkdirdiyi gündən sonra Şərif ustaları ilə birlikdə 2-3 ay ərzində onun evində işləmişlər. İş materiallarına əlavə edilmiş şəkillərdəki olan ustaları tanıyır, həmin ustalar onun evinin təmirində iştirak etmişlər. Həmin fotoşəkildə əks olunan qapı Cavabdeh tərəfindən alınmış, əks olunmuş radiatorlar alınmamış və qurlaşdırılmamışdır. Evin təmiri üçün alçıpan üçün əqrəblər sayı təximən 200-300 ədəd olmuş, probka və şuruplar Cavabdeh tərəfindən alınmış, miqdarını bilmir. Cavabdeh tərəfindən “uqolnik”, “qayka”, “bolt” alınmış, təxminən ümumilikdə 2 kq yaxın olmuşdur. Evin 2-ci mərtəbəsində 2 ədəd taxta pəncərə Cavabdeh tərəfindən yerləşdirilmişdir, lakin həmin pəncərələri o almışdır. Evdə olan üç hamamın 2-sinin döşəməsi Cavabdeh tərəfindən doldurulmuş, 1-i isə doldurulmamışdır. 2-ci mərtəbə üçün elektrik işləri Şərif tərəfindən görülmüşdür. Elektrik işləri üçün kabel alınmış, lakin nə qədər alınıb bilmir. Təmir üçün lazım olan tikinti malları alınıb gətiriləndə orda olmuşam. Alçıpan, onun altına vurulmalı olan taxtalar, divara, yataq otağının tavanına vurulmalı olan taxtalar, istilik sistemi üçün turbalar gətiriləndə o görmüş, başqa evin təmiri üçün Cavabdeh tərəfindən nə alındığını bilmir. Heç bir material evdən çıxarılmamış, hansı vəziyyətdə ev tərk olunub, hazırda da həmin vəziyyətdədir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbini müdafiə etdi və izahatında bildirmişdir ki, iş üzrə tərəflər arasında təmir işlərinin görülməsi ilə bağlı yalnız şifahi razılaşma olmuş və həmin razılaşma ilkin iddiaçıya məxsus iki mərtəbəli evdə təmir işlərinin aparılması ilə bağlı olmuşdur. Tərəflər arasında heç bir işin, detalın əvvəlcədən qiyməti müəyyən olunmamışdır. Sadəcə ümumi məbləğə dair şifahi razılaşma olmuşdur. Evin birinci mərtəbəsində olan iki otağın döşəməsi yarımçıq şəkildə vurulmuşdur. İstilik sistemi üçün Cavabdeh tərəfindən radiatorlar alınmalı olduğu halda, otaqlarda radiatorların yerləri qoyulmuş, lakin radiatorlar alınmamış və yerləşdirilməmişdir. Evə vurulmuş taxtalar keyfiyytəli şam ağacından olmalı olduğu halda, çox az miqdarda keyfiyyətli ağacdan olan taxtalar vurulmuş, evin dam örtüyü ilə bağlı tərəflər arasında razılıq olmamış və dam örtüyü ilə bağlı təmir işləri başqa ustalar tərəfindən aparılmış, evin suvağını başqa ustalar görmüş və kombi sisteminin qurlaşdırılması üçün cavabdeh tərəfindən yalnız borular çəkilmişdir. Təmir işləri tam şəkildə görülməmişdir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirak edərək ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etdi və izahatında bildirmişdir ki, o, fərdi tikinti işləri ilə məşğul olur. Yəni digər ustalarla birlikdə evin tam təmiri ilə məşğul olur. 2017-ci ilin noyabr ayında İddiaçı ona müraciət etmiş və evinin təmir etməyini xahiş etmişdir. Digər işləri olduğudan birinci imtina etmiş, daha sonra isə tanıdığı bir insanla birlikdə ona müraciət etdiyindən razılaşmışdır. Bundan sonra Rasimlə birlikdə gedib evə baxmış və dörd gün ərzində evin təmiri üçün lazım olan materialların, görülməli olan işlərin və əmək haqqı barədə çıxarışı (smetanı) hazırlamış və bir nüsxəsini İddiaçı təqdim etmişdir. Ümumilikdə İddiaçı 68796 manat məbləğində pul verməli olmuşdur. Bundan sonra İddiaçı smetada yazılmış materialların və görülməli olan işlərin qiymətləri ilə maraqlandıqdan sonra ona bildirmişdir ki, evin ona təqdim etdiyi smeta əsasında təmir elətdirməyə razıdır. Bundan sonra digər ustalarla birlikdə təmir işlərinə başlayan zaman lazımi materialların alınması zərurəti olanda İddiaçı ona bildirmişdir ki, hazırda pulu yoxdur, ona bir az vaxt lazımdır. Bir müddətdən sonra Rasim ona 5000 manat məbləğində pul vermiş və onunla razılaşmışdır ki, o, özü lazımi olan materialları öz vəsaiti hesabına alacaq, pulu isə Rasim ona sonra verəcəkdir. Bundan sonra o evin təmiri üçün 34000 manat məbləğində material almışdır. İddiaçı ona söz vermişdir ki, alınmış materialların pulunu ona beş gün müddətində qaytaracaq, lakin 15 gün keçmiş, ona 34000 manat məbləğində pulu verməmişdir. Bu müddətdə isə o, arıtq yanvar ayının əvvəlindən işə başlamış, İddiaçı isə Novruz bayramında ona 4000 manat pul gətirib vermişdir. Həmin dövrə usta haqqı ilə birlikdə İddiaçı ona təxminən 50000 manatadək pul verməli idi. Onu da qeyd etmək istəyir ki, yağış olanda evin damının içəriyə su buraxdığı müəyyət etmiş və buna görə birinci mərtəbədə vurduğu alçıpanların bir hissəsi xarab olmuşdur. Ona görə də məcbur olmuş, öz hesabına xarab olmuş alçıpanların yerinə yeni alçıpan vurmuşdur. Buna görə də ona, 5000 manat məbləğində ziyan dəymişdir. Bundan sonra evin damı və divarları su buraxdığından təmiri ilə bağlı İddiaçıla razılıq əldə etmişlər və o, Rasimə ucuz qiymətə, yəni 1000 manat həmin təmir işlərini görmüşdür. İddiaçı 10 ay ərzində hissə-hissə ona ümumilikdə 40000 manat məbləğində pul vermişdir. Beləliklə İddiaçı ona 28990 manat məbləğində borcu qalmışdır. Əlavə olaraq bildirmişdir ki, aralarında olan razılaşmaya əsasən 3 aya evi təhvil verməli idi. Evin təmiri ilə əlaqədar olaraq evin otaqları üçün qapılar, taxta pencərələr, istilik sistemləri, kafel-metlak və sayrə işləri görməli idi. Razılaşdırılmış bütün işlər görülmüş, evə çürüməyən “listiviniça”dan taxtalar (qırmızı şam ağacından), istilik sistemləri, kafellər alınmış, divar və tavan üçün taxtalar almış, evin içəri və çöl hissəsinin suvağını vurmuşdur. İddiaçı özü təhsilli aqranom olduğundan evə məhz listiviniça adlanan taxtaların vurulmasını tələb etmiş, hətta taxtanın keyfiyyətini müəyyən etmək üçün ona bəzi məsləhətlərdə vermişdir. Taxtaların rəngləməsindən əvvəl isə Rasim tərəfindən taxtalara baxılmış və sonra rəngləmişdir. Hamam-tualet üçün kafelmetlakları almış, gətirilib evə yığılmış, lakin vurmamışdır. Kafelləri almaq üçün İddiaçıla birlikdə getmiş, Rasim tərəfindən həmin fotoşəkildə olan kafelləri seçilmiş, o isə bir gündən sonra gedib həmin kafelləri almışdır. İstilik sistemləri üçün radiatorlar almış və evə vurulmuşdur. 18 ədəd radiator almış, “Dərnəgüldə olan satış məntəqəsindən almış və gətirib evə yerləşdirmişdir. Həmin işləri də Hamlet adlı usta görmüşdür. İstilik sistemi üçün kombi almamış, iki ədəd 80 litrlik ariston almışdır. İkinci mərətəbədə yerləşdirdiyi 2 ədəd pəncərə onun özünə məxsus sexdə hazırlanmışdır. Hazırlanması və yerləşdirilməsi ilə bağlı bütün xərcləri də o özü çəkmişdir. Evə alınmış kafelmetlaklar, radiatorlar, aristonlar, onların özlərinin alətləri və başqa materiallar İddiaçı tərəfindən evdən götürülmüş və alınmadığını, evə qurlaşdırılmadığını bildirir. Halbuki iş materiallarında olan fotoşəkillərdən və iş üzrə dindirilmiş ustaların ifadələrindən görünür ki, evə radiatorlar alınmış yerlərdə yerləşdirilmişdir. Təmir işləri isə Rasim tərəfindən pul verilmədiyindən tamamlanmamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X8 iştirak edərək ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etdi və izahatında bildirmişdir ki, İddiaçı evinin təmiri üçün Cavabdeh tərəfindən 70000 manatdan çox xərc çəkilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən ona 40000 manat pul verilmiş, evə alınmış kafel-metlaklar, radiatorlar, aristonlar, onların özlərinin alətləri və sairə materiallar İddiaçı tərəfindən oğurlanmış və alınmadığı, evə qurlaşdırılmadığı iddia edilir. Halbuki mülk iş üzrə araşdırılmış hallardan və məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən həmin materialların alındığı və radiatorların hətta yerlərdə qurlaşdırıldığı görünür. Ona görə də hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İlkin iddia tələbi isə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Cavabdehlə birlikdə işləyir, İddiaçı isə onun evində işlədiyindən tanıyır. İddiaçı evində 2018-ci ilin yanvar ayından etibarən o, bir fəhlənin köməkliyi ilə santexnik, elektrik işlərini görmüş və bütün kombi sistemini o çəkmiş, istilik işlərini görmüşdür. Evin ikinci mərtəbəsində bütün elektrik işləri onun tərəfindən görülmüş, orda yerləşən 3 hamamı o təmir eləmiş, 2-sinin tam istilik sistemini çəkmişdir. İstilik sistemi üçün radiatorları yerlərinə yerləşdirmiş, radiatorları təxminən 2018-ci ilin yanvar ayında o, Şərif və Səbuhi adlı şəxslə birlikdə almışlar, kombinin özünü isə almamışlar. Kombinin motorunu, turbalarını və radiatorlarını almışlar və evdə yerləşdirmişlər. Evin 2-ci mərtəbəsində taxta altı elektrik xətlərini tam olaraq o çəkmişdir. Evin təmiri və zəhmət haqqı ilə bağlı danışıqları Cavabdehlə aparmış, zəhmət haqqını 5000 manata danışmışlar. Həmin pul Şərif tərəfindən ona verilmişdir. Rasimlə təmir işləri və zəhmət haqqı ilə bağlı heçnə danışmamışdır. Təmir vaxtı Rasim evə gəlmiş və onun təmir işlərini apardığını görmüşdür. Hamam və kombi sistemi üçün 300 metr turba, isti pol üçün isə 200 metr şlanq alınmışdır. Kafel-metlak işlərini onun tərəfindən görülməli olmuş, lakin sonradan pul verilmədiyindən görməmişdir. Radiatorlar “Dərnəgüldən” adlandan yerdən alınıb gətirilmiş, taksi ilə gətirilmiş, sürücünün adı Zöhrab olmuşdur. Radiatorlar 18 yerdə yerləşdirilməsi üçün alınmış, hər biri 10 seksiya olmaqla, bir seksiyasına 180 manat, ümumilikdə Şərif tərəfindən 1800 manat məbləğində pul verilmişdir. Ağ rəngli radiatorlar olmuşdur. Radiatorlar alınan zamanı 25 mm plastik borular, 10 top kabel, “uqolnik və trayniklər” alınmışdır. Materialların alınmasında Şərifə nakladnoylar verilmiş, həmin zaman təxminən 4000 manatlıq material alınmışdır. Elektrik işləri üçün 10 top şlanq, 1 ədəd “şit” və izolent alınmışdır. Elektrik işi üçün bütün xətləri çəkmiş, sadəcə “razetka” yerləri qalmışdır. Kanalizasiya sistemi üçün turbalarını yerləşdirmiş, su kranlarını isə yerinə yerləşdirməmişdir. Rasimin evində başqa 250 kv.metr daş vata vurmuşdur. Əlavə olaraq Rasimin evində suvağ işi görüldüyünü təsdiqləmiş və suvağ işini Elsəvər adlı usta gördüyünü bildirmiş, həmin ustanı Şərif gətirdiyini və Şərif tərəfindən görüldüyünü, Elsəvər tərəfindən evin tam suvağının vurulduğunu bildirmişdir. İşini yekunlaşdırmaq üçün bir kombi və ariston yerinə qoyularaq xətlərin birləşdirilməsi lazım olduğunu vurğulamış və 2018-ci ilin aprel ayına kimi Rasimin evində işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ev təmiri ustasıdır. Cavabdehlə birlikdə işləmiş, İddiaçı isə əvvəllər şitil almış, onu ordan tanıyır. Təxminən bir il əvvəl Şərifin xahişi ilə öz maşını ilə kafel almağa getmişdir. Həmin zamanı dükanda Şərifin tələb etdiyi kafelləri verməmişlər, lakin sonradan Şərif İddiaçı kafellərin qarşısında əks olunmuş şəklini göstərdikdən sonra həmin şəkildəki kafelləri vermişlər. Onda bilmişki, kafellər Rasimin evi üçün alınır. Kafel alınandan sonra başqa maşına yüklənmiş və o, Şərif və Hamletlə birlikdə onun maşınında qabaqda hərəkət etməklə Rasimin evinə yollanmışlar. Həmin zamanı Şəriflə Hamlet də olmuşdur. Zirə qəsəbəsində Şəriflə Hamlet maşınından düşmüşlər və onlar özləri Rasimin evinə getmişlər. O isə öz işinə qayıtmışdır. Kafel alınan zamanı o, başqa yerdə işləmiş, Şərif telefon vasitəsilə onula əlaqə saxlamış, birinci Zirə qəsəbəsindən Şərifi götürmüş, sonra Hamleti və üçü birlikdə kafel almağa getmişlər. Dükanda şəkili göstərədə Şərif bildirmişdir ki, bir gün qabaq Rasimlə birlikdə ora gəlmişlər və kafeli seçib bəyəndikdən sonra şəklini çəkmişlər. Kafel alınandan sonra Şərifə qaimə verilmişdir. Nə qədər kafel alınması, pulun verilib-verilməməsi barədə məlumatı yoxdur. Kafel alınandan sonra başqa maşına yüklənərək Rasimin evinə gətirilmişdir. Kafel alınan vaxtı yay ayı olmuş, kafellərin Rasimin evinə gətirilib yerləşdirilməsini o öz gözü ilə görməmiş, lakin kafellərin İddiaçı evi üçün alındığını və alınmış kafellərin İddiaçı evinə gətirildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Cavabdeh sexində işləyir, işi evin təmiri üçün lazım olan taxtaların hazırlanmasından ibarətdir. İddiaçı evinə vurulan taxtaları da o hazırlamışdır. Taxtaları “Dərnəgüldə” yerləşən mağazadan almışlar. Taxtaların alınması üçün birinci dəfə o da getmişdir və taxtalara baxmaq, seçmək üçün getmişdir. Sonradan taxtalar hissələr şəklində alınıb gətirilmişdir. Həmin zamanı o, Şərif və Hamletlə birlikdə getmişlər. Bütün taxtaların növü “listviniça” olmuşdur. 5 metrlik taxtalar olmuş, taxtalar bir neçə dəfə alınaraq sexə gətirilmiş o isə onları yonaraq və “şukurkalayaraq” yararlı vəziyyətə gətirdikdən sonra, Rasimin evinə gətirmişdir. Rasimin evinin təmiri üçün təxminən 400-500 kv.m taxta düzəltmişdir. Taxtaları, hazır olduqca hissə-hissə Rasimin evinə gətirmişdir. Rasimin evində təmir işi ilə məşğul olmamış, sadəcə bir dəfə evə vurulmuş alçıpan yağış yağanda xarab olmuş, buna görə də Şərif dama nəzər yetirəndə müəyyən etmişdir ki, evin damı pis vəziyyətdədir. Ona görə də evin damını təmir eləmək məcburiyyətində qalmışdır. O da həmin zamanı dama “uqolniklər” vurmuşdur. Rasimin evində təmir zamanı dəfələrlə olmuş, evin təmiri üçün alınmış bir çox materialları görmüşdür. Belə ki, evin birinci mərtəbəsinin içərisinə yığılmış vəziyyətdə kafel görmüş, kombi sistemi üçün materiallar alınıb gətiriləndə Rasimin evində olmuş, hətta həmin materialların boşaldılmasında köməklik etmişdir. Rasim də onu evdə işləyən zamanı görmüşdür. Santexnik materialları sifariş veriləndə həmin zamanı o da orda olmuş, radiator, alçıpan və “şpaklovka” alınıb evə boşaldılan zamanı o da həmin zaman evdə olmuş və köməklik etmişdir. Taxtalar alınandan bir gün sonra radiator alınıb gətirilmişdir. Radiator karobkalarda olduğundan sayını deyə bilmədiyini qeyd etmişdir. Sonradan isə radiatorların yerlərinə yerləşdilmiş halda gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Zöhrab Qonsur oğlu ifadəsində bildirmişdir ki, o, Zirə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur və işi ilə əlaqədar olaraq Şərifin sifarişi əsasında dükanlardan evin təmiri üçün alınmış materialların daşınmasında köməklik etmişdir. Bir il əvvəl təxminən 10 dəfə mübahisə predmetinə daxil olan Zirə qəsəbəsində yerləşən evə materiallar gətirmişəm, bir neçə dəfə Şərifin özü ilə, çox hallarda isə dükanlardan gedib tək gətirmişdir. Təmir olunan evə taxtalar, alçıpan, radiatorlar, şlanqlar və sayrə materiallar gətirmişdir. Mal gətirəndə evdə Rasimi görməmişdir. Materialların daşınmasında Şərif ona bir dəfəyə 3-5 manat pul vermişdir. Radiatorları mağazadan o gətirmişdir. Hazırda həmin mağazanın yeri yadında deyil. Materiallardan yadında qalanı taxtalar, alçıpan, radiatorlar, şlanqlardır. Materialları gətirdiyi ev iki mərtəbəli olmuş, evin böyük darvazası və kiçik qapısı olmuş, materiallar isə evin kiçik qapısından içərisinə boşaldılmışdır. Dəqiq yadında qalmamış, lakin 1-2 dəfə həmin evə radiatorlar gətirilmişdir. Həmçinin onu da bildirmişdir ki, evə materiallar aparanda həmin evdə ən azı 3 usta işləmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarına olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 39 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Zirə qəsəbəsində 97 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Məhkəmə, ilkin və qarşılqlı iddia ərizələrini münasibətdə qeyd edir ki, ilkin iddia tələbi evin təmiri ilə bağlı görülmüş işlərinin tam yerinə yetirilməməsi və istifadə olunmuş materialların keyfiyyətsiz olması ilə əsaslanaraq dəymiş maddi və bununla bağlı sağlamlığa dəymiş zərər tələbindən, qarşılıqlı iddia ərizəsi isə təmir işlərinin görülməsi üçün alınmış lazımi materialların pullarının və zəhmət haqqının verilməməsi daxil olmaqla evin təmiri ilə əlaqədar aparılmış bütün işlərin əvəzinin tam ödənilməməsindən yaranmış pul tələbindən ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında iki mərtəbəli evin təmiri ilə bağlı razılaşma olmuş, həmin evin təmir işləri aparılmış və İddiaçı tərəfindən evin təmiri ilə bağlı Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 40000 manat məbləğində pul verilmişdir. Belə ki, İddiaçı tərəfindən ümumilikdə Cavabdeh 47000 manat verildiyi qeyd edilsə də, sonuncu ona məhz 40000 manat ödənilməsini bildimişdir. Bunun əksi ilkin iddiaçı tərəfindən sübuta yetirilməməklə işin müəyyən edilmiş halları ilə öz əksini tapmır. İş üzrə mübahisə edilən hallar evdə hansı təmir işlərinin aparılması və əsasən də aparılmış təmir işlərinin qiymətinin, o cümlədən görülmüş müəyyən təmir işlərinin kimin tərəfindən görülməsinin müəyyən edilməsindən və həmin işlərə görə müəyyən edilmiş material və usta xərci olaraq qiymətlərininin müəyyən edilməsindən ibarətdir. Göründüyü kimi, tərəflər arasında münasibət şifahi qaydada bağlanmış podrat müqaviləsindən irəli gələn münasibətlər çərçivəsindən yaranmışdır. Belə olan halda işə məhz bu baxımdan qiymət veriməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsin əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşdə olan məhkəmənin iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında 2(003)-1461/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən İddiaçı məxsus 97 saylı fərdi yaşayış evində (daxilində və xaricində) aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 21278.3 manat məbləğində müəyyən olunur. Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayır-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Tədqiq olunan evdə aparılan təmir-tikinti işləri (hansı hissədə göstərilməklə) yarımçıq olduğu müəyyən olunmuşdur. Lakin görülmüş işlərin tamamlanması üçün istifadə olunmuş materiallar müəyyən olunduqdan sonra 2017-2018-ci illər üçün bazar qiymətlərinə uyğun olaraq hansı məbləğdə xərc tələb olunması müəyyən oluna bilər. Həmin rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 məhkəmə iclasında bildirmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə tərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı pilləkənə aid dəmir konstruksiyalar, taxta üzərində vurulan rəng cavabdeh tərəfindən aparıldığı bildirilmədiyindən, tavana vurulmuş daş yunun, əvvəlcədən vurulduğu və cavabdeh tərəfindən vurulmağı bildirilmədiyindən, pilləkən olan dəhlizə yerə verilən styaşka barəsində, ikinci mərtəbədə olan üç hamam ilə bağlı, divara və döşəməyə çəkilmiş izoloteksin cavabdeh tərəfindən vurulması deyilmədiyindən, alçıpanın üstünə çəkilmiş şpaklyovka və izobant barəsində, ikinci mərtəbədə 2 ədəd taxta pəncərə olmuş, lakin deyilmədiyindən, yalnız birinci mərtəbədə görülmüş elektrik işləri nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Taxta üçün paraizolyasiya parçası və birinci mərtəbənin tavanının altına vurulan taxtalar əvvəlcədən olduğu bildirildiyindən rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Propkalar, şuruplar, dəmir kökələr (əqrəblər), həmçinin bəzi materiallarında qiymətləri çox olmadığından hamısı - əlavə xərclər hissəsində nəzərə alınmışdır. Birinci mərtəbədə olan döşəmənin altında olan taxta ekspert rəyində olan smetanın 13-cü bəndində qeyd olunmuş, qiymətləri isə Bakı şəhərində yerləşən bazarlarda olan satış qiymətləri nəzərə alınmaqla orta bazar qiyməti ilə qeyd etmişdir. Kombi sistemi ilə bağlı ümumi görülmüş işlər, yəni materiallarla birlikdə zəhmət haqqı nəzərə alınmaqla qiyməti hesablanmışdır. Rəydə olan smetanın birinci bəndində reykaların sayı 30 ədəd qeyd edilməklə yanlışlığa yol verilmiş, belə ki, 355 ədəd üzlük taxta üçün 700-800 ədəd reyka istifadə edilə bilər. Elektrik işləri yalnız birinci mərtəbədə görülmüş işlər nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Divarlara vurulmuş obşivkalar isə nəzərə alınaraq ümumi hesablanmışdır. Ümumilikdə qeyd etdiyi qiymətləri də bazar qiymətlərinə uyğun qeyd etmişdir. Məhkəmənin iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında 2(003)-1461/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində müəyyən edilmişdir. Yaşayış evi üzrə yerinə yetirilmiş işlərin və istifadə olunmuş tikinti materialların ayrı-ayrılıqda həcmi və dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Qeyd olunmuşdur ki, ilkin ekspert rəyi ilə hazırki rəy arasında artmağa doğru yaranmış qiymət fərqi, ilkin baxış zamanı tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin bütünlüklə ekspertə göstərilməməsi səbəbindən əmələ gəlmişdir. Qərardad ekseprt qarşısında qoyulmuş qüsurlala bağlı sualı isə baxış zamanı tədqiq olunan yaşayış evində yerinə yetirilmiş təmir işləri üzrə hər hansı qüsurlar müəyyən edilmədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Həmin rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 məhkəmə iclasında bildirmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə tərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Hər bir tədqiq olunan material və görülmüş işlər barəsində hər iki tərəfin münasibəti soruşulmuş və hər iki tərəfin təsdiq etdikləri məlumatlar əsasında müvafiq qiymətləndirilmələr iş üzrə vermiş rəydə öz əksini tapmışdır. Belə ki, evin təmiri üçün istifadə olunmuş taxtaların keyfiyyəti birinci növ şam ağacından olması, taxtalara vurulmuş boyanın “tikkurila” olmasını hər iki tərəfin təsdiqi əsasında qiymətləndirilmişdir. Evin damının bərkidilməsi ilə bağlı suala cavab olaraq, İddiaçı tərəfindən aralarında olan sözləşmə əsasında Cavabdeh 1000 manat pul verdiyi bildirildiyindən ekspert rəyinə həmin işlərin görülməsi ilə bağlı 1000 manat kimi qiymətləndirilmişdir. Alçıpan üzlüyünün sökülməsi və yenidən vurulması ilə bağlı onun sualına Cavabdeh tərəfindən öz təşəbbüsü ilə sökülüb vurulduğu bildirildiyindən yalnız zəhmət haqqını hesablamışdır. İş materiallarına əlavə edilmiş “X11” MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evinin daxilində və xaricində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 2017-2018-ci illər üçün 33436 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsaəsn ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini qiymətləndirilərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyi natamam olduğundan, “X11” MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyi isə ümumiyyətlə birtərəfli qaydada aparılmaqla tərəflərin digər tərəfin iştirakı təmin edilməməklə keçirildiyindən (belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mütəxəssis rəyin verilməsi üçün tədqiqat obyektinin tədqiqi zamanı iş üzrə tərəflərin iştirakı təmin olunmamışdır) mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinin isə iş üzrə sübut kimi qiymətləndirilməsini aradan qaldıran hər hansı bir əsaslar mövcud deyil. Bu baxımdan da həmin rəy iş üzrə sübut kimi qəbul edilməklə qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ona məxsus evdə təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 47000 manat məbləğində pulun verilməsi, görülmüş təmir işlərin tikinti materialları ilə birlikdə 10000 manat dəyərində olması, həmçinin evin çöl hissəsinin suvağının Cavabdeh tərəfindən görülməməsi, evin təmirində istifadə olunmuş taxtaların keyfiyyətinin aşağı olması sübuta yetirilməmiş, işin araşdırılmış halları ilə də başqa hallar müəyyən edilməmişdir. Belə ki, İddiaçı ümumiyyətlə evdə görülmüş təmir tikinti işlərinin 10000 manatdan çox olmamasını qeyd etmişdir ki, işin bu halı ümumiyyətlə təkzib edilir. Yəni, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 97 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində olması müəyyən edilmişdir. Eyni zamanda, işlərin kimin tərəfindən görülməsi ilə bağlı məhkəmə qeyd edir ki, istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə həmin evdə görülmüş işlərin məhz Cavabdeh tərəfindən görülməsi öz təsdiqini tapmışdır. Hətta İlkin iddiaçı məhkəmə iclasında iddiasında görülmədiyini qeyd etdiyi müəyyən kateqoriya işlərin də elə məhz Cavabdeh tərəfindən görülməsini qeyd etmişdir. Görülmüş işlərin qiymətlərinə münasibətdə isə qeyd edillməlidir ki, ekspert rəyində müfəssəl şəkildə qərardadda göstərilən illər üzrə qiymətlər müəyyən edilmişdir. Sözügedən ekspert rəyində əvvəl verilmiş, lakin məhkəmə mötəbər sübut kimi qəbul edilməyən ekspert rəyində olan qiymətlərdən xeyli məbləğdə fərqli rəy verilməsini də, öz rəyində izah etməklə həmin rəydə qeyd edilməyən işlərinin və materialların olması ilə əsaslandırmışdır. Bunu ekspert məhkəmə iclasında dindirilərkən də, qeyd etməklə əsaslandırmışdır. Eyni zamanda, görülmüş işlərə görə İddiaçı tərəfindən Cavabdeh 47000 manat verilməsi də öz təsdiqini tapmır. Belə ki, həmin hissədə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür ki, bu da onun tərəfindən sübuta yetirilə bilməmişdir. Həmçinin ilkin iddiaçı iddiasında yaranmış mübahisəyə görə sağlamlığa zərər dəyməsini və bunun 1000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda qarşılıqlı iddiaçı da, iddiasında görülmüş işlərin 68990 manat olmasını və buna görə də onun xeyrinə İddiaçı tərəfindən ödənilmiş 40000 manat çıxılmaqla qalan hissədə pulun tutulmasını qeyd etsə də, işin bu halıda tam təsdiqini tamamamışdır. Qeyd edilənlərə əsasn məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməklə İddiaçı Cavabdeh xeyrinə 15152 manat (55152 - 40000= 15152) məbləğində pul tutulmalı, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş 31746 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı sağlamlığa və əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməməli, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi qismən təmin edilməklə İddiaçı 15152 manat alınaraq Cavabdeh verilməli, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı İddiaçı, 40 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı sağlamlığa və əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin və İddiaçı 15152 manat alınaraq Cavabdeh verilsin. Qarşılqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı İddiaçı, 40 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-59/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-59/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver