Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-59/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydın əvəzinin ödənilməsi tələbində dair qarşılıqlı iddialara dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh Əlihəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36,429.45 manat olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq 01.03.2021-ci ildən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq İddiaçı MMC-yə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlihəsən oğlu ilə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış 01.06.2020-ci il tarixli, 3M-703 nömrəli icarə müqaviləsi ilə ünvan 1 yerləşən qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. 8 aylıq fəaliyyətlərindən sonra İcarə müqaviləsinin 12.3-cü bəndinə əsasən xəbərdarlıq edərək müqaviləni fevral ayında ləğv etmişlər. Həmçinin 1 aylıq xəbərdarlıq müddətinin gözlənilməsi üçün mart ayının 24-nə kimi olan icarə haqqı məbləği tərəflərindən ödənilmişdir. Cavabdeh isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmiri üçün 12000 manat məbləğində xərc çəkdiyini və onların müqaviləni ləğv etməklərinin nəticəsində borclarını ödəyə bilmədiyindən mağazadakı dəyəri 36429,45 manat olan əmlakı çıxarmağa imkan verməmiş, obyektin təmiri üçün çəkdiyi xərcləri ödəmədikləri halda əmlakı yandıracağın bildirmişdir. 10.03.2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edilmişdir. Polis tərəfindən obyektin vəziyyəti və əmlakın siyahısı protokollaşdırılmış, lakin əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınmamışdır. Bildirik ki, hər hansı bir mağaza bağlananda həmin mağazada olan əmlakı, yeni açılan başqa mağazaya yerləşdirərək kommersiya fəaliyyətini davam etdirirlər. Cavabdehin qanunsuz bərəkətləri nəticəsində əmlaklarından faktiki olaraq məhrum olduqlarından həmin əmlakı başqa mağazaya yerləşdirərək gəlir əldə edə bilmirlər. Nəticədə zərərə məruz qalırlar. Hesab edir ki, İddiaçı MMC-nin mülkiyyətində olan əmlakdan istifadə edə bilməməsinə görə məruz qaldığı zərər (əldən çıxmış fayda) cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Ortalama hesabla bir mağazanın fəaliyyəti zamanı eldə edilən gəlir 3000 manat həcmindədir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə təqdim edərək, cavabdeh tərəfindən 11.06.2020-ci il tarixdən 13.08.2020-ci tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq 01.03.2021-ci il tarixdən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti hesabalanaraq, yekun hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən 11.06.2020-ci il tairxdən 13.08.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla, cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh Əlihəsən oğlu İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ona vurulmuş maddi ziyana görə 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmasına görə 1500, onunla "X9" MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyalarının onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılanadək hər ay 940 manat icarə haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.04.2015-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin 1/2 hissəsini icarəyə götürən “X9” MMC-nə 10 il müddətinə icarəyə verməyi, icarəyə götürən isə hər ay 940 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı 01.07.2020-ci il tarixdən etibarən hesablanmalı, tərəflərin razılığına əsasən məbləğ üç ayın icarə haqqından birinci ay 500, ikinci ay 500, üçüncü ay 600 manat olmaqla tutulacaq, 05 iyun 2020-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklərin edilməsi barədə müqaviləyə əsasən icarə haqqı hər ayın 01.07.2020-ci il tarixdən hesablanmalı olduğunu, icarəçi icarə verən 3000 manat ödəməyi, göstərilən məbləğ 6 ay müddətinə hər ay 500 manat olmaqla hər ayın icarə haqqından tutulmalı olacağını öhdəsinə götürmüşdür. Onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlansa da, 23.02.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdeh ona müraciət edərək, onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsinə 28 fevral 2021-ci il tarixdən İddiaçı MMC tərəfindən xitam veriləcəyinə dair xəbərdarlıq eidlmişdir. Onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli İcarə müqaviləsi bağlandıqdan sonra cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsini 10 il müddətinə icarəyə götürdüyündən, ona həmin sahəni mağaza üçün iştfadəyə yararlı vəziyyətə gətirmək üçün yer sahəsini 17 m uzunluğunda, 9 metr enində olan sahənin hündürlüyünü 20-25 sm hündürə qalıdrmalı olduğunu bildirdilər. O cavabdehin əməkdaşlarına həmin sahəsin qaldırmaq üçün xeyli miqdarda pul tələb olunduğunu, onun isə həmin sahəni onlar istədiyi kimi etməyə maddi imkanı olmadığını bildirərək, bunu yerinə yetirməkdən imtina etdi. Bundan sonra cavabdeh İddiaçı MMC ona 10 il müddətinə müqavilə bağlandığını, həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsini ondan qəbul etdiyi vəziyyətdə geri qaytaracaqlarına dair öhdəlik götürdüklərini bildirdilər. Obyektin tavanı göy rəngdə olduğundan, mağaza üçün yararlı olmadığından tavanı da ağ rəngə boyatdırdılar. O həmin obyekti cavabdehin istədiyi formaya təmir etdirmək üçün ümumilikdə 13200 manat vəsait sərf etmişdir. Bunu təsdiq edən qəbzlər və şahidlər vardır. Lakin hal-hazırda 28 fevral 2021-ci il tarixdən İddiaçı MMC tərəfindən xitam veriləcəyinə dair xəbərdarlıq edilsə də, onun obyektini əvvəlki vəziyyətdə qaytarmaqdan imtina edir. O təmir və dəyişiliklərə sərf etdiyi məbləğin geri qaytarılmasını və obyektin əvvəkli vəziyyətdə ona təhvil verilməsini tələb etsə də, onun tələblərinə cavab verməyərək, ona vurduqları maddi ziyanın əvəzini ödəməkdən imtina edirlər. Bu isə onun hüquqlarını pozur. Bundan başqa, onun obyektində mətbəx mebeli olmuş və həmin mətbəx mebeli hazırda yararsız vəziyyətdədir. Həmin mətbəx mebelinin dəyəri 1500 manat təşkil edir və həmin mətbəx mebeli cavabdeh tərəfindən qırılıb sökülmüşdür. Bundan başqa, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsində 3 ədəd kondisioner, 2 ədəd böyük və bir ədəd kiçik soyuducu, 40 ədəd vitrin, 2 ədəd çörək yığmaq üçün vitrin, 3 ədəd kompyuter monitoru, 1 ədəd siqaret vitrini hal-hazırda onun mülkiyyətində olan qeyriyaşayış sahəsindədir. Cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etdiyindən, qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay ödənilməli olan icarə haqqı cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh İddiaçı MMC-dən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin icarəyə götürən “X9” MMC-nin istəyinə uyğun olaraq market üçün işlək vəziyyətə gətirilməsi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzi, qeyri-yaşayış sahəsindən istifadə zamanı təmir olunmuş qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə gətirildiyindən, icarəyə icarəyə götürülməzdən əvvəlki qaydada restoran üçün işlək vəziyyətə gətirilməsi və istifadəyə yararlı vəziyyətdə tam təmirli vəziyyətdə təhvil alınmasi ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500, onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, icarə müqaviləsinin vaxtından əvvəl xitam olunması ilə əlaqərdar ona dəymiş maddi ziyan ödənilmədiyi halda, onun barəsində əsassız olaraq polis və prokurorluq orqanlarına şikayət etməsi ilə əlaqədar ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılanadək hər ay 2000 manat icarə haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi X3 ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddianın rədd edilməsi qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 23.04.2015-ci il tarixli çıxaşın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, 39 saylı evin ½ hissəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ilə “X9” MMC arasında bağlanmış 01.06.2020-ci il tarixli 3M-703 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, 39 saylı evin ½ hissəsini “X9” MMC-nə 10 il müddətinə icarəyə verməyi, icarəyə götürən isə hər ay 940 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “X9” MMC arasında bağlanmış 01.06.2020-ci il tarixli 3M-703 nömrəli icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 05.06.2020-ci il tarixli sazişdən görünür ki, tərəflərin razılığına əsasən icarəçi (İddiaçı MMC) icarəverən Cavabdeh 3000 manat ödəyəcəyi və göstərilən məbləğ altı ay müddətində hər ay – ayda 500 manat olmaqla növbəti ayların icraə haqqından tutulacağı barədə razılığa gəlirlər. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 23.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilə icarəyə götürən tərəfindən 28.02.2021-ci il tarixdə xitam veriləcəyə ilə bağlı icarəçi məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1829/2021 nömrəli 16.06.2021-ci il tarixli icra sənədinə əsasən icrası məqsədi ilə Xəzər rayon İcra şöbəsinin 05.07.2021-ci il tarixli aktından görünür ki, icra sənədində göstərilən 08.06.60867 nömrəli mətbəx masası istisna olamqla qalan əmlkaın aşkar edilmiş və həbs qoyulmaqla saxlanılması üçün Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, P-F-000822 nömrəli kod T-00001772 nömrəli məhsulun adı mətbəx mebeli – korpus laminat krem, qapaqla alt laminat qırmızı, üst laminat krem, PVC bantlama, rezopal dəzgah 6 p/m miqdarı 6 qiyməti 250 olan, cəmi məbləği 1500 manatdır. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertzasının 22.02.2022-ci il tarixli 10/6697 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmış tikinti-təmir xərclərinin ümumi dəyəri təqribən 5645 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ilk olaraq ilk iddia üzrə İddiaçı MMC-nin iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiadan görünür ki, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq 01.03.2021-ci il tarixdən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti hesabalanaraq, yekun hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən 11.06.2020-ci il tairxdən 13.08.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla, cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrdən ibarətdir. Mülki işin materiallarından və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilir ki, ilk iddia üzrə İddiaçı MMC tərəfində icrayə götürülmüş qeyri-yaşayış sahəsində icraçiyə məxsus əşyalar mövcuddur və həmin əşyaların dəyəri və mövcudluğu ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Həmçinin qeyd edilən əşyaların qeyri-yaşayış obyektndə olması Xəzər rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aktla sübuta yetirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qeyd edilən hissədə təmin edilməli və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməlidir. İlk iddia üzrə iddiaçının tələbinin cavabdeh tərəfindən 11.06.2020-ci il tairxdən 13.08.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla, cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia rədd ediməlidir. Belə ki, mülki işdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, 39 saylı evin ½ hissəsini “X9” MMC-nə 10 il müddətinə icarəyə verilmişdir və tərəflər arasında müqavilə 01.06.2020-ci il tarixdə bağlanmışdır.( İ cild, iş vərəqi səh. 17). Həmçinin iş materiallarında olan fotoşəkillərdən (aidiyyətinin olmaması mübahisləndirilməmişdir) görünür ki, qeyri-yaşayış sahəsi icraçi İddiaçı MMC-yə təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin pəncərəsinə yerləşdirilmiş lövhədə “4 İyul tarixdən yeni açılacaq marketimizlə xidmətinizə gəlirik” İddiaçı MMC-yə məxsus fərqlənmə nişanı öz əksini tapmışdır. (İİ cild iş vərəqi səhfə 38, 39) Məhkəmə hesab edir ki, hazırkı halda sübutemə yüklülüyü ilk iddia üzrə iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlk iddia üzrə İddiaçı MMC-nin iddia tələbinin əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq 01.03.2021-ci il tarixdən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti hesabalanaraq, yekun hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mətnindən aydın olur ki, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Hazırkı iş materialları əsasında isə ilk iddia üzrə iddiaçının məhrum olduğu hər hansı gəlir müəyyən edilməmişdir. Tərəflərin vermiş olduğu izahatlarından və mülki işin materiallarından da görünür ki, icarəyə verən tərəfindən icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlik yerinə yetirilmişdir. Müqaviləni pozan tərəf icaryə verən yox, icarəçi olmuşdur. (İ cild iş vərəqəi səh. 58). İlk iddia üzrə İddiaçı MMC həmin əşyalardan adi mülki dövrüyə şəraitində istifadə edilməməsi nəticəsində zərər yetirilməsi halı isə sübuta yetirilməmişdir. Halbuki, əgər iddiaçı həmin pulu əldən çıxmış fayda kimi cavabdehdən tələb edirsə, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etmək də istənilən halda onun üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əlihəsən oğlunun iddiasına münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin cavabdeh İddiaçı MMC-dən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin icarəyə götürən “X9” MMC-nin istəyinə uyğun olaraq market üçün işlək vəziyyətə gətirilməsi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzi və qeyriyaşayış sahəsindən istifadə zamanı təmir olunmuş qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə gətirildiyindən, icarəyə icarəyə götürülməzdən əvvəlki qaydada restoran üçün işlək vəziyyətə gətirilməsi və istifadəyə yararlı vəziyyətdə tam təmirli vəziyyətdə təhvil alınmasi ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manat pulun tutulması hissəsinə məhkəmə hesab edir ki, birgə hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin qeyd edilən hissəsinə münasibət məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmış tikinti-təmir xərclərinin ümumi dəyəri təqribən 5645 manat məbləğində müəyyən olunur. Qarşılıqlı iddia üzrə iddiaçı maddi ziyanın əvəzi olaraq 26400 manat pulun tutulmalı olduğunu iddia etsə də, qeyd edilən halı sübuta yetirəcək sənəd məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manat pulun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışdan görünür ki, mətbəx mebeli – korpus laminat krem, qapaqla alt laminat qırmızı, üst laminat krem, PVC bantlama, rezopal dəzgah 6 p/m miqdarı 6 qiyməti 250 olan, cəmi məbləği 1500 manatdır. Qeyd edilən mətbəx mebeli mülki iş materiallarından və tərəflərin vermiş olduğu izahatından müəyyən olunur ki, istifadəyə yarrsız vəziyyətə gətirilmişdir. Bu səbəbdən də qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin onunla “X9” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, icarə müqaviləsinin vaxtından əvvəl xitam olunması ilə əlaqərdar ona dəymiş maddi ziyan ödənilmədiyi halda, onun barəsində əsassız olaraq polis və prokurorluq orqanlarına şikayət etməsi ilə əlaqədar ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat ödənilməsi hissəsinə münasibətdə məhəkəm hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış olan 01.06.2020-ci il tarixli 3M-703 nömrəli icarə müqaviləsinin 12.3-cü bəndinə əsasən icarəçi İrarəyə verəni xəbərdarlı etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Mülki işin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh xəbərdarlıq məktubu ünvanlanmış və tərəflər arasında bağlanmış müqavilə icarəyə götürən tərəfindən 28.02.2021-ci il tarixdə xitam veriləcəyi barədə icarəçiyə məlumat verilmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin əldən çıxmış fayda olaraq 10000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə bir daha qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qanunla əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Yəni, bunun üçün iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən ona müvafiq məbləğdə maddi zərər vurulmasa idi o, adi mülki dövriyyə şəraitində hansısa məbləğdə gəlir əldə edəcəkdi. Hazırkı işdə isə bu hal müəyyən edilməmiş, iddiaçı yalnız formal olaraq iddianın tələb hissəsində əldən çıxmış faydanı tələb etməklə kifayətlənmişdir. Eyni zamanda onun barəsində əsassız olaraq polis və prokurorluq orqanlarına şikayət etməsi ilə əlaqədar ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat ödənilməsi hissəsinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda iddiaçı mənəvi zərərin nədə ifadə edilməsi, mənəvi sarsıntı və iztirab keçirməsi halları aşkar edilmir. Qarşılıqlı iddia üzrə iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsinin əsası kimi İddiaçı MMC hüquq mühafizə orqanlarına şikayəti göstərilmişdir. Məhkəmə hesab edir ki, tərəfin özünün pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət etməsi, onun şərəf və ləyaqətinin alçaldılması və ya mənəvi sarsıntı və iztirab keçirməsi kimi qiymətləndirilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 2000 manat icarə haqqı tutularaq ona ödənilməsi hissəsinə münasibət məhkəmə qeyd edir ki, qeyd edilən hissəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməli, ilk iddia qalan hissədə rədd edilməldir. Qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir xərclərinin dəyəri olaraq 5645 manat və mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manat pul ilk iddia üzrə İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilk üzrə iddiaçının ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı MMC-yə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflər arasında bölüşdürülməklə, 50 manatı ilk iddia üzrə İddiaçı MMC-dən, 50 manat isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilsin. ilk iddia üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı MMC-nin özünə aid edilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir xərclərinin dəyəri olaraq 5645 manat və mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manat pul ilk iddia üzrə İddiaçı MMCdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı ilk iddia üzrə İddiaçı MMC-dən, 50 manat isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-59/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-59/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver