Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-59/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpası” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhv edilmiş 300 ədəd ağacın və tikinti materialların əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulub ona ödənilməsi, ona məxsus torpaq sahəsində tikilmiş hasarın və su çəninin cavabdehin hesabına Sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı 03 dekabr 2011-ci il tarixli çıxarış əsasında Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağa mülkiyyət hüququ tanınmışdır. Həmin sahədə iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir, tikinti hələ başa çatdırılmadığından orada müxtəlif tikinti materialları qalmışdır. Bağ sahəsində qonşusu olan Cavabdeh onun icazəsi olmadan torpağının iki metrdən artıq bir hissəsini zəbt edərək, şəhərsalma qaydalarını pozmaqla binanın divarına bitişik kubik daşından hasar çəkmiş, sanitar qovşağı inşa etdirmişdir. Dəfələrlə ondan hasarın sökülərək özünə məxsus torpaq sahəsində inşa etməsini və sanitar qovşağının söküməsini tələb etməyinə baxmayaraq,buna əhəmiyyət verməmiş hasarı və sanitar qovşağını sökməmişdir, əksinə onun razılığını almadan divarına bitişik mətbəx inşa etdirərək üstünə təhlükə yaradan 10-12 tonluq həcmi olan su çəni yerləşdirmiş, çənin altında artezian quyusu qazdırmışdır. Bundan əlavə bağ sahəsində əkilmiş 300 ədəd yaxın müxtəlif meyvə ağacları (üzum tingləri, armud, şaftalı, zeytun, əncir və s. ağaclar) kəsilib məhv edilmiş, bağ sahəsindən 500 ədəd kubik daşları, 2 kub metr həcmində 8 metr uzunluğunda taxta material (laqa) yararsız hala salınmışdır. Qonşunun bu qanunsuz hərəkətləri barədə və oğurluqda ondan şübhələndiyini bildirərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə rəsmi müraciət etmişdir. Ərizə ətrafında toplanmış material üzrə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 18 may 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 86, 39.1.2, və 212-ci maddələri əsasında cinayət işinin başlanması rədd edilmiş və pozulmuş huquqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki qaydada Xəzər rayon Məhkəməsində iddia qaldırılması tövsiyyə edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, həmin su çəni 1985-ci ildə onun qaynatası tərəfindən inşa edilib, həmçinin o, iddia edilən ağacları məhv etməyib. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağ xüsusi mülkiyyət hüququ üzrə ½ pay hissəsində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında rəsmi sənədin sürətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağ sahəsinin hüuquqi sahibləri İddiaçı və X2. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Xaşa-Xuna bağlar sahəsindəki 161 №-li kooperativ tərəfindən verilmiş 259 nömrəli orderin surətindən görünür ki, Xaşa-Xuna bağ massivində yerləşən 0,12 ha sahə X3 verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi bağlar təsərrufatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 857 saylı xx.xx.1990-cı il tarixli rəsmi sənədinin sürətindən görünür ki, Xaşa Xuna sahəsi 30 saylı bağ ünvanında Bakı şəhər Sovetinin 18/924 15.X.86-cı il və 6/333 14.06.88-ci il tarixli qərarlarına əsasən Bağlar təsərrufatının inkişafı və istismarı birliyi icarədara öz gücünə ona verilmiş sahədə ev və hasar tikməyə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “bağın icarəyə verilməsi” haqqında 3073 saylı 15 dekabr 2000-ci il tarixli müqavilənin və 30 nömrəli bağın inventarlaşdırma vərəqəsinin sürətindən görünür ki, Əzizbəyov rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi X1 verilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamənin” sürətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 87 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamənin” sürətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2xx.xx.2018-ci ildə 1297 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/775 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi X7 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivində yerləşən bağ sahəsi ilə İddiaçı Adelzyanovanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivində yerləşən bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin ünvanda inşa edilmiş mübahisəli hasar və su çəni **********77 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Adelzyanovanın mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Göründüyü kimi, iddiaçı iddia tələbini ona maddi zərər dəyməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı iddia ərizəsində ona maddi zərər vurulduğunu göstərsə də, zərərin bağ sahəsində əkilmiş 300 ədəd yaxın müxtəlif meyvə ağaclarının (üzum tingləri, armud, şaftalı, zeytun, əncir və s. ağaclar) kəsilib məhv edilməsini, bağ sahəsindən 500 ədəd kubik daşları, 2 kub metr həcmində 8 metr uzunluğunda taxta material (laqa) yararsız hala salınmasından ibarət olmasını göstərsə də, zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmənin təşəbbüsü ilə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/775 saylı rəyindən də görünür ki, həmin ünvanda inşa edilmiş mübahisəli hasar və su çəni İddiaçı Adelzyanovanın mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ağacların və tikinti materiallarının məhv edilməsinə dair heç bir izə rast gəlinməmiş və yerində də cavabdeh tərəfindən də sübuta yetirilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunmadığından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində pul iddiaçıdan alınaraq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində pul İddiaçı alınaraq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-59/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-59/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver