Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-594/2020 05.02.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsinə xitam və pul tələbi"nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi: İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsinə xitam və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2019–cu il tarixli N219-06l9-0000001 nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1450 manat məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirmir. Borclunun 2 iyun 2019-cu il tarixli N219-0619–0000001 nömrəli kredit müqaviləsinə görə 23.12.2019–cu il tarixə əsas borcu 1326,12 manat, faiz borcu 227,33 manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cərimə borcu 47,26 manat təşkil edir. Kredit üzrə ümumi borc 1600,71 manat. Kredit müqaviləsinin 2.3. maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1. bəndinə əsasən gcikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,50 faiz dərəcəsində dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 23.12.2019-cu il tarixinə borclunun "xxxx" bank olmayan kredit təşkilatına ümumi 1600,71 manat borcu vardır. "xxxx" bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 2 iyun 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 1326,12 manat əsas borc, 227,33 manat faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində olan 4726 manat cərimə borcu, ümumilikdə 1600,71 manat ümumi borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" bank olmayan kredit təşkilatı QSC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddia tələbnin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyun 2019–cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə olaraq 12 ay müddətinə 44% ödəmək şərti ilə 1450 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnn müqavilə üzrə "xxxx" bank olmayan kredit təşkilatı QSC-yə 1326,12 manat əsas borc, 274,59 manat faiz borcu vardır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqaviləyə əsasən 02.07.2019-cu il tarixdən 02.06.2020-ci il tarixədək "xxxx" bank olmayan kredit təşkilatı QSC-yə hər ay 151,53 (sonuncu ay 151.51 manat) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, "xxxx" bank olmayan kredit təşkilatı QSC ilə Cavabdeh arasında 02 iyun 2019–cu il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə 44% ödəmək şərti ilə 1450 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit borcunu qaytarmağı üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı QSC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinəəsasən, “Öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi hallarıistisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarıiləicranı qəbul etməyəixtiyarıçatan şəxsəödəməlidir(maddə 433.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Əgər bu Məcəlləilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir” (maddə 448.1). Mülki qanunvericiliyin sadalanan normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Mящкямя щесаб едир ки, ъавабдещ кредит мцгавиляси üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş вя бунунла да иддиачы мцгавиля баьланаркян цмид етмяйя щаггы чатанлардан хейли дяряъядя мящрум олмушдур. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır.Буна эюря дяiddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyun 2019–cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2019–cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1326,12 manat əsas borc, 227,33 manat faiz borcu, 47,26 manat cərimə (dəbbə) borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1630,71 manat cavabdehdən tutularaq iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı QSCnin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2019–cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 1326,12 manat əsas borc, 227,33 manat faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 47,26 manat cərimə borcu və ödənilmiş 30 (otuz) dövlət rüsumu olmaqla, cəmi 1630,71 manat tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-594/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-594/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver