Məhkəmə qərarları › İş №2(003)-596/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-596/2023

14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-596/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800,0 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral aylarında internətdə sosial şəbəkə vasitəsi ile Həsən Xəliovla tanış olmuşdur. O, Həsan Xəlilovdan bir dəfə ev qapıları almış və əvəzində aldığı 3 ədəd qapıya 600 manat pul ödəmişdir. xx.xx.2002-ci il tarixdə Həsan Xəlilov adlı şəxslə mobil telefonla danışan zaman Cavabdeh mənə 400 kv laminat almağını təklif etdi oda onunla razılaşdı. Həsan Xəlilov ona 400 kv laminatın qiymetini 3760 manat olmasını demiş və ondan həmin pulun 1800 manat ödəməyini istədi, pulun qalan hissəsini də Masallı rayonuna gələndə ödəməyini bildirdi. İddiaçı da cavabdehlə razılaşdı, 1800 manat pulu “Milliön” ödəmə terminalı vasitəsi ilə Cavabdeh hesabına ödədi. Lakin sonradan cavabdeh onun zənglərinə cavab vermədi, 400 kv metr laminatı göndərmədiyindən dəfələrlə onun telefonuna zənglər etməli oldu. Cavabdeh pulunu alıb malı göndərmədiyindən başa düşdü ki, o iddiaçını aldadmışdır. İddiaçı həmin pulu cavabdehə hissə-hissə olaraq göndərmişdir. Belə ki, o cavabdehin hesabına xx.xx.2021-ci ildə Masallı rayonun Köhnə Alvadı kəndində yerləşən Alvadı marketində olan “Milliön” terminalı vasitəsi ilə Cavabdeh hesabına 300 manat, xx.xx.2022-ci 1l tarixdə isə 1000 manat ödəmişdir. xx.xx.2022-ci ildə Masallı şəhəri Fizuli küçəsində yerləşən Oba marketdə olan “Emanat” ödəmə terminalından cavabdehin hesabına 500 manat da pul ödəmişdir. Hazırda cavabdeh onu aldadaraq pulunu aldığından, ona söz verdiyi lamınat materialını göndərmədiyindən və pulunu geri qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Masallı RPŞ-nin xx.xx.2022-ci il tarixli Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarına məhkəmənin sorğusu ilə əlavə edilmiş "xxxx" ASC-nin məktubundan görünür ki, ******************** və ******************** №-li hesabların Cavabdeh adına rəsmiləşdirildiyi müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə 300.00 (üç yüz, 00) manat vəsaitin ******************** №-li, xx.xx.2022-ci il tarixdə 1000.00 (bir min, 00) manat, xx.xx.2022-ci il tarixdə isə 500.00 (beş yüz, 00) manat vəsaitin isə ******************** №-li hesaba köçürüldüyü öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıdan ona laminat satması adı ilə 1800, manat məbləğində pulu əvvəlcədən, qalan hissəsini isə sonradan ödəmək şərti ilə almış, əvəzində isə iddiaçını aldadaraq laminat göndərməmişdir. İddiaçı polis şöbəsinə müraciət etmiş, lakin Cavabdeh yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə əşyaların dəyəri olan pul məbləği ödənilmiş, lakin cavabdeh tərəfindən əşyalar iddiaçıya verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqıya dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya göndərməli olduğu materialın əvəzində aldığı 1800 manat borcu vardır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqıya dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı izahatları həmin əşyaların sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin əşyaların verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin əşyaların dəyəri olan pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1800 manat və cavabdehin iş üzrə iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə iddiaçı tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar