Məhkəmə qərarları › İş №2(003)-60/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-60/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-60/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası uzrə mülki işə Baki Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibatı binasinda açıq məhkəmə ıclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 hələ "xxxx" ASC-də işləyərkən tanımışdır. Onunla uzun müddət birlikdə işləmişdir. O vaxtlar Cavabdeh2 ailəsi ilə birlikdə Elmlər Akademiyası metrosuna yaxın bir ərazidə yaşayırdı. Tez-tez yaşadığı evə gedib gələrdi. Yəni münasibəti çox sıx idi. Sonradan, Cavabdeh2 Elmlər Akademiyası tərəfdəki evləri satıldıqdan sonra, Şüvəlanda ev alıb ailəsi ilə birlikdə ora köçmüşdür. Bundan sonrada münasibətləri kəsilmədi, yenə də qaldığı evə gedib-gəlirdi. 2007-ci ildə Cavabdeh2 digər Cavabdeh1 ilə ailə həyatı qurdu. Ailə həyatı qurduqdan sonra da Cavabdeh2 ilə əlaqələri kəsilmədi. Belə ki, müəyyən vaxtlarda onlarla birlikdə yaşadığı zamanlarda olub. Onun özünə məxsus evi olmadığından Cavabdeh2 hər dəfəsində ona torpaq və ya ev almağı, sonra pulu onlara hissə-hissə qaytarmağı təklifini edirdi. Lakin iddiaçı hər dəfəsində qorxduğu üçün bu formada olan təklifləri geri çevirirdi. Bu təkliflərdən biri də 2013-cü ilə təsadüf etdi. Belə ki, Cavabdeh2 yoldaşı Fuadla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində torpaq satılması ilə bağlı elanı gördükdən sonra həmin torpağı onun üçün alacaqlarını bildirdi. Bundan sonra Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.L.İmanov tərəfindən xx.xx.2013-cü il tarixində, 4Ə/391 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 0,1 ha torpaq sahəsinin 0,03 ha hissəsini aldığını Cavabdeh2 öyrənmişdir. Hətta, Cavabdeh2 həmin torpağı aldıqdan sonra onu özü ilə ora apardı. İddiaçı ərazini gördükdən sonra bəyəndiyini bildirdi. 0,03 ha torpaq sahəsi üzərində heç bir tikili yox idi, boş torpaq idi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan şifahi razılaşmaya (şifahi alqı-satqı) əsasən torpaq sahəsinin qiymətini 13 000 (on üç min) manata razılaşdılar. Razılaşmaları əsnasında Cavabdeh1 ona torpaq sahəsinin alqı-satqı müqaviləsinin, torpaq sahəsinin plan və ölçüsünün, həmçinin torpağın çıxarışının surətini təqdim etdi (hər üç sənəd qoşma kimi əlavə olunub). Həmçinin, Fuad bildirdi ki, yalnız 13 000 manat tam ödənildikdən sonra, etibarnamə əsasında torpağı iddiaçının adına rəsmiləşdirə biləcəyini dedi. Sonradan, həmin ərazidə ev (yarım-zirzəmi tipli) tikməyə başladığından müəyyən xərclər çəkməli oldu. O zaman evin tikilməsi ilə bağlı bütün işlərə Cavabdeh1 atası Quliyev Nəriman nəzarət edirdi. Belə ki, evin tikintisi ilə bağlı bütün işləri (ustaların dəvət olunması və tikinti üçün avadanlıqların alınması) o özü həll edirdi. Hətta, Quliyev Nəriman özüdə evin tikintisi üçün müəyyən işlər görmüşdür. Gətirdiyi bütün ustaların zəhmət haqqısını, eləcə də tikinti üçün alınan avadanlıqların xərcini iddiaçı özü şəxsən ödəmişdir. Hətta, sağlığında onun Quliyev Nərimana borcunun olmaması ilə bağlı özünün oğlu Cavabdeh1 yazdığı qeyddə vardır (qoşma kimi əlavə olunub). Qeyd edir ki, yarım-zirzəmi tipli evin tikintisi 13 may 2014-cü il tarixindən başlamış və 30 avqust 2014-cü il tarixinədək davam etmişdir. Ümumilikdə, evin tikintisinə 4349,0 manat pul xərclənmişdir. 2014-cü il tarixində Cavabdeh1 yoldaşı Cavabdeh2 ilə Rusiyaya gedəcəyini və bu səbəbdən torpağa görə ödəməli olacağı 13000 manat puldan 5000 manatı əvvəlcədən istədiyini, qalan 8000 manat məbləği isə hissə-hissə ödəniləcəyini bildirdi. İddiaçı öz növbəsində əvvəlcədən istənilən pulu ancaq bankdan kredit götürməklə verə biləcəyini bildirmişdir. Bu məqsədlə 09 sentyabr 2014-cü il tarixində "xxxx" ASC-nin “Abşeron” filialı ilə onun arasında 7-xx.xx.2014-SM16 nömrəli kredit müqaviləsi bağlandı (qoşma kimi əlavə olunub). Kredit müqaviləsi üzrə götürdüyü məbləğ 5000 manat idi. Kredit müqaviləsi üzrə zamin olaraq Cavabdeh2 çıxış etmişdir. Məhz 5000 manat pulu onlara verməkdən ötrü Cavabdeh2 zamin kimi çıxış etməyə də razılıq vermişdir. Qeyd olunan kredit 60 ay müddətinə, ayda 141 manat olmaqla 09 sentybar 2019-cu il tarixinə qədər verilmişdi. Kredit müddəti 5 il olduğu üçün, Cavabdeh1la aralarındaki şifahi razılaşmaya əsasən ona çətinlik yaranmasın deyə kreditin müəyyən hissəsini ödədikdən sonra Cavabdeh1 ödəyəcəyi geri qalan 8000 manatı ödəməyə başlayacaqdı. Bu səbəbdən, 20 iyun 2017-ci il tarixindən başlayaraq Cavabdeh1 müxtəlif banklardan “Western Union” və “Zolotaya Korona” vasitəsi ilə pul göndərməyə başlamışdır. Onu da qeyd edir ki, göndərişlər əsasən ABŞ dolları, bir neçə dəfə isə Rusiya rublu ilə göndərilmişdir. 2021-ci ilin iyul ayına qədər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan manatı ilə ümumilikdə 11295,94 pul göndərmişdir (bark qəbzləri qoşma kimi əlavə olunub). Pulu artıqlaması ilə ödədikdən sonra dəfələrlə telefon zəngləri, eləcə də “whatsapp” mobil tətbiqi vasitəsi ilə Cavabdeh1, həmçinin Cavabdeh2 zəng edərək etibarnamənin göndərilməsini istəmişdir (“watsapp” səs qeydləri daşıyıcı vasitədə (flashcard) qoşma kimi əlavə olunub). Lakin, hər dəfəsində müxtəlif bəhanələr gətirərək, etibarnaməni göndərməkdən boyun qaçırıblar. Hətta, sözügedən etibarnamənin göndərilməsi ilə əlaqədar cavabdehlərə əlavə olaraq 100 ABŞ dollarıda (170 manat) göndərmişdir. Qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində tikilən evdə 2014-cü ildən qeydiyyatsız olaraq yaşayır. Bununla bağlı Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 oktyabr 2022-ci il tarixli 1182 saylı arayışda verilmişdir. Onun həmin bağda yaşadığını qonşuları, X5 və X11 öz ərizələri ilə təsdiq ediblər (arayış və ərizə qoşma kimi əlavə olunur). Hazırda ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində tikilən evi onun adına rəsmiləşdirmirlər, nə də ki, torpağa görə ödədiyi pulu ona geri qaytarmırlar. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit xətti üzrə götürdüyü 5000,0 manat, pul köçürmələri vasitəsi ilə göndərdiyi 11295,94 manat və evin tikintisi üçün xərclədiyi 4349,0 manat pul, ümumilikdə 20644,94 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013cü il olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən, Cavabdeh1 tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdeh İddiaçı məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 bağ sahəsinin bir hissəsi 0, 03 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə keçmiş arvadının yaxın münasibətləri olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının torpağın satılmasından məlumatı olmamışdır. Həmçinin qeyd edir ki, onda olan məlumata görə İddiaçı ona məxsus bağ sahəsində 2019-cu ildən bəri yaşamışdır. İddiaçı doğrudan da 600 ABŞ dolları civarında pul göndərmişdir, lakin o, pulun nəyə görə göndərildiyini bilmədiyindən hazırki dövrə qədər həmin pulları zərfilə birlikdə saxlayır və onu geri qaytarmağa hazırdır. Əlavə olaraq qeyd edir ki, Eleonarla Mətanət arasında hər hansısa danışıqların olmasından xəbəri olmamışdır. Qeyd edir ki, Cavabdeh1 ilə X3 arasında olan nikah 21 may 2019-cu il tarixdə məhkəmə qərarı əsasında pozulmuş, 05 iyun 2019-cu il tarixdə nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və onun üzrərində tikilmiş fərdi yaşayış evindən cixarilmasını tələb edir. Məhkəmədə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsi əsassızdı, Cavabdeh1 məhkəməni aldadır. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərib ki, mübahisəli torpaq sahəsinin satıldığından onun xəbəri yoxdur, lakin onun göndərdiyi pulu qəbul edib. Hazırda Cavabdeh1 bildirir ki, guya nə səbəbdən göndərildiyini bilmir və 600 ABŞ dollar məbləğində pulu qaytarmağa hazır olduğunu bildirir. İddiaçı bildirir ki, o həmişə pulu Cavabdeh2 göndərib, lakin Cavabdeh1 Eleonoradan boşandıqdan sonra ona pulun artıq Eleonoranın yox onun adına göndərilməsini demişdir. Bu barədə yazılı etirazını məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qismən qəbul etdi, belə ki, Cavabdeh1 600 ABŞ dolları məbləğində pulu qaytarmağa hazır olduğunu bildirir, lakin qalan hissəni qəbul etmir. Qarşılıqlı iddianın əsaslı olğunu bildirdi və təmin edilməsini xahiş etdi. Cavabdeh X3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1182 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsində tikilmiş evdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli AN-İ №0352285 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin sürətindən görünür ki, X7 əvəzinə etibarnamə əsasında X6 Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsini Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildən Bakı şəhəri, yasamal rayonu, Ə.Salamzadə küçəsi İnzibati binada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsini Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bakı şəhəri Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü barədə sənədin sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsinin bir hissəsi Cavabdeh1 xüsusi müliyyətindədir. İş materiallarına əlavə edilmiş şahid ifadələri barəsində ərizənin sürətindən görünür ki, X5 və X11 imza edərək bildirirlər ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ evində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş “Zolotaya korona” və “Western Union” ilə pul köçürmələri barədə cədvəldən, ödəniş qəbzləri və tranzaksiyaların sürətindən görünür ki, 2017-2021-ci il tarixlərdə Cavabdeh1 və Quliyeva Eleonaraya ümumilikdə 11295,94 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş kassa məxaric orderlərinin sürətindən görünür ki, 2020-ci il tarixdə Cavabdeh1 cəmi 600,0 ABŞ Dolları məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş əlyazmalarının sürətindən görünür ki, tikintiyə 4349,0 manat məbləğində xərc çəkilmişdir. İş materiallarına əlavə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, ABB ilə İddiaçı arasında bağlanmış kredit müqavləsinə əsasən bank tərəfindən borcluya 5000,0 manat məbləğində kredit verilmiş və kreditin təminatı kimi X3 zamin olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında olan rəsmi nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4916 nömrəli rəyinə əsasən ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 11140,0 manat məbləğində müəyyən edilir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşma olub və iddiaçı torpağın əvəzində 13000,0 manat məbləğində pul ödəməsi barədə razılaşıblar. İddiaçı tərəfindən cavabdehlərə hissə-hissə 2017-2021-ci il tarixlərdə 11295,94 manat pul göndərilmişdir, 5000,0 manat kredit götürüb cavabdehlərə vermiş və evin tikintisi üçün xərclədiyi 4349,0 manat pul olmaqla, ümumilikdə 20644,94 manat məbləğində pulun birgə qaydada Cavabdeh1 ilə X1 tutulmasını xahiş edir. Məhkəmə iddia tələbinin “İddiaçı tərəfindən cavabdehlərə hissə-hissə 2017-2021-ci il tarixlərdə göndərdiyi 11295,94 manat pul” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər arasında olan rəsmi nikah xx.xx.2019-cu il tarixdə rəsmi olaraq pozulmuşdur, yəni həmin dövrə (2017-ci il tarixdən 2019-cu ilin may ayına kimi) aid olan borc (9158,28 manat) cavabdehlərdən birgə qaydada tutulmalıdır. 2019-cu ilin iyun ayından 2020-ci ilin fevral ayınadək olan borc (1053,06 manat) Cavabdeh2 tutulmalıdır. 2020-ci ilin may ayından 2021-ci ilin iyul ayınadək olan köcürmələr Cavabdeh1 adına olduğundan, həmin dövrə aid borc (1084,6 manat) Cavabdeh1 tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bundan başqa, məhkəmə ilkin iddianın İddiaçı tərəfindən kredit xətti üzrə götürdüyü 5000,0 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən götürülmüş kreditin cavabdehlərə verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmçinin məhkəmə ilkin iddia tələbinin “evin tikintisi üçün xərclənən 4349,0 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı qaytarılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4916 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 11140,0 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçının iddia tələbində ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi tikinti-təmir işlərinə xərclənən 4349,0 manat pulun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsinin tam mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı Cavabdeh1 məxsus olan mübahisəli evdə yaşayır. İddiaçı həmin mənzildə qeydiyyatda deyildir, lakin həmin əmlaka dair şifahi alqı-satqı müqaviləsi bağladıqlarını iddia edir. Mübahisəli sahə xx.xx.2013-cü ildə Cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsasdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsində inşa edilmiş evdə hər hansı bir hüquqları mövcud olmayan İddiaçı bu evdə yaşaması Cavabdeh1 həmin sahəyə və evə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və cavabdeh İddiaçı həmin bağ sahəsindən və orada inşa edilmiş evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli bağ sahəsinin və evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli bağ sahəsi və evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı Cavabdeh1 göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, Cavabdeh1 mübahisəli evdən mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli bağ sahəsi və bağ evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən mübahisə predmeti olan bağ sahəsi və bağ evinin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, qarşılıqlı iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin iş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilkin iddianın ekspertiza tədqiqatının aparılmasını tələb edən hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 11.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməli, 1084,6 manat məbləğində pul Cavabdeh1, 1053,06 manat məbləğində pul Cavabdeh2, 9158,28 manat məbləğində pul və tikinti-təmir işlərinə xərclənən 4349,0 manat pul isə birgə qaydada Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsindən və bağ evindən çıxarılmalı, qətnamə üzrə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi eyni vaxtda icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1084,6 manat borc tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 1053,06 manat borc tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 9158,28 manat məbləğində borc və tikintitəmir işlərinə xərclənən 4349,0 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 397 saylı ünvanda yerləşən bağ sahəsindən və bağ evindən çıxarılsın. Qətnamə üzrə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi eyni vaxtda icra edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50,0 (əlli) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar