Məhkəmə qərarları › İş №2(003)-61/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-61/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-61/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC Cavabdeh Ağabab oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh Ağabab oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 46172,16 (qırx altı min yüz yetmiş iki manat on altı qəpik) manat əsas, 1036,76 (bir min otuz altı manat yetmiş altı qəpik) manat faiz, cəmi 47208,92 (qırx yeddi min iki yüz səkkiz manat doxsan iki qəpik) manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutma Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə yönəldilsin, ipoteka predmeti açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakın hesabına hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xhiş etmişdir. İddiaçı iddia tələbinin əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsinə əsasən mənzilin alınması üçün illik 8% dərəcəsi ilə 120 ay müddətinə 66500 (altmış altı min manat) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh Ağabala oğluna məxsus, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2015-ci il tarixli 93 saylı İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 704 nömrəli reyestr kitabının 66110 nömrəli vərəqində (reyestr nömrəsi **********60-05101-093007, qeydiyyat nömrəsi **********) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli 93 saylı Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixə 46172,16 (qırx altı min yüz yetmiş iki manat on altı qəpik) manat əsas, 1036,76 (bir min otuz altı manat yetmiş altı qəpik) manat faiz, cəmi 47 208.92 (qırx yeddi min iki yüz səkkiz manat doxsan iki qəpik) manat borc ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2015-ci il tarixli 93 saylı Kredit Müqaviləsinin 1.2.-ci bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Kredit Müqaviləsinin 3.2.5-ci bəndinə əsasən borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə anunitet ödənişləri kreditora ödəyir. Kredit Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli, 07/08-61 saylı pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, xx/xx-1645 saylı bildiriş də cavabsız qalmışdır. Bununla da cavabdeh, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 43363.12 (qırx üç min üç yüz altmış üç manat on iki qəpik) manat əsas, 1521.90 (min beş yüz iyirmi bir manat 90 qəpik ) manat faiz borcu cəmi 44885.02 (qırx dörd min səkkiz yüz səksən beş manat 02 qəpik) manat borcun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat ödənişin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasılarında Cavabdeh iddianı qismən etiraf edərək, hesablanmış faiz borcunun çöx olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh mənzilin alınması üçün illik 8% dərəcəsi ilə 120 ay müddətinə 66500 (altmış altı min manat) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh Ağabala oğluna məxsus, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2015-ci il tarixli 93 saylı İpoteka Müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı ərizə ilə müraciət etdilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********430 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xx/xx-1645 saylı bildirişin və xx.xx.2020ci il tarixli 07/08-61 saylı «pretenziya»nın surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh Ağabab oğluna borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə yönəldilməsi proseduruna başlayacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30,40 (otuz manat 40 qəpik) manat məbləğində rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş «X7» MMC-nin xx.xx.2022-ci il tarixli İEM-02/806/22 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilin hazırki dövrə olan orta bazar qiyməti 91000 manat, likvid qiyməti 82000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh Ağabab oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh Ağabab oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 82000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdeh X3 ipoteka predmeti olan əmlakdan çıxarılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İddiaçının iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilə yönəldikdən sonra və o satıldıqdan sonra Cavabdeh və digər şəxslərin 1 ay ərzində evi tərk etmədikləri halda onların məcburi çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Tərəflər arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli 93 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 2.4.16-cı bəndindən görünür ki, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda yeni sahibi tərəfindən təlb irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərzində onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka perdmetini boşaltmaq və ev qeydiyyatından çıxmaq vəzifəsini öz üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka perdmeti olan mənzili boşaltmaq barədə ipoteka qoyan Cavabdeh öhdəlik götürdüyündən o, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində mənzildən çıxmalıdır. Həmin şəxsin məcburi çıxarılması isə öhdəliklərin icra edilmədiyi təqdirdə və gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində həll olunan məsələ olduğundan iddia tələbi Cavabdeh məcburi çıxarılması hissəsində təmin edilə bilməz. İddiaçının iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ciil tarixli qərarının 6.8-ci bəndində qeyd edilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Göründüyü kimi məhkəmə qətnaməsində tərəflərin hüquq və və vəzifələri dəqiq müəyyən edilməlidir. Lakin iddiaçının iddia tələbində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra digər şəxslər ifadəsində kimlərin nəzərdə tutulduğu qeyri müəyyəndir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməli olduğu üçün qeyd edilən hissədə iddia təmin edilə bilməz. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Ağabab oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 43363.12 (qırx üç min üç yüz altmış üç manat on iki qəpik) manat əsas, 1521.90 (min beş yüz iyirmi bir manat 90 qəpik ) manat faiz borcu cəmi 44885.02 (qırx dörd min səkkiz yüz səksən beş manat 02 qəpik) manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiymətinin 82000 (səksən iki min) manat məbləğində müəyyən olmalı, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılmalı və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməli, əmlak açıq hərracda satıldıqdan sonra Cavabdeh 1 ay ərzində həmin evi tərk etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat cavabdeh X1 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Ağabab oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 93 saylı kredit müqaviləsinə əsasən 43363.12 (qırx üç min üç yüz altmış üç manat on iki qəpik) manat əsas, 1521.90 (min beş yüz iyirmi bir manat 90 qəpik ) manat faiz borcu, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat rüsum olmaqla, cəmi 44945,82 (qırx dörd min doqquz yüz qırx beş manat 82 qəpik) manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 97 saylı evin 39 saylı mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 82000 (səksən iki min) manat məbləğində müəyyən olunsun, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilsin, əmlak açıq hərracda satıldıqdan sonra Cavabdeh tərəfindən 1 (bir) ay ərzində həmin mənzil boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh Ağabab oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra qalıq məbləğ Cavabdeh Ağabab oğluna qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri 300 manat Cavabdeh tutularaq «X5» MMC-nin hesabına (VÖEN **********, Azər-Türk Bank ASC, Bakı şəhəri C.Məmmədquluzadə küçəsi 85;192/193, VÖEN **********, Kod 507699, M/H AZ02NABZ**********000022944, S.W.İ.F.T AZRTAZ22, h/h AZ69AZRT********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar