Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-633/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 406 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 02 mart 2021-ci il tarixli MAS-2999 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-2999 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr - BQ10597420 saylı protokola görə 45 manat, EQ10597417 saylı protokola görə 9 manat, EQ10597408 saylı protokola görə 45 manat, EQ10597411 saylı protokola görə 9 manat, EQ10597412 saylı protokola görə 9 manat, EQ10597404 saylı protokola görə 45 manat, EQ8779034 saylı protokola görə 45 manat, BQ8779036 saylı protokola görə 54 manat, EQ8779038 saylı protokola görə 36 manat, EQ8779040 saylı protokola görə 9 manat, BNA1633338 saylı protokola görə 32 manat, BNA1541741 saylı protokola görə 32 manat, BNA1349085 saylı protokola görə 36 manatdan ibarətdir. Qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 406 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi xx.xx.2023cü il tarixdə qəbul etmiş, lakin rəsmi aydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X1 arasında lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli MAS-2999 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2020-ci il tarixli MAS-2999 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə Cavabdeh ötürülməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı 99PS264 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən ödənilmiş 406 manat məbləğində pul tələb olunmuş, əks təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh, xx.xx.2022-ci il tarixdə EQ 10597420 nömrəli protokola görə 50 manat, xx.xx.2021-ci il tarixdə EQ 10597417 nömrəli protokola görə 10 manat, xx.xx.2021-ci il tarixdə EQ 10597408 nömrəli protokola görə 50 manat, xx.xx.2021-ci il tarixdə EQ 10597411 nömrəli protokola görə 10 manat, xx.xx.2021-ci il tarixdə EQ 10597412 nömrəli protokola görə 10 manat, xx.xx.2021ci il tarixdə EQ 10597404 nömrəli protokola görə 50 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* nömrəli protokola görə 50 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* nömrəli protokola görə 60 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* nömrəli protokola görə 40 manat, xx.xx.2021-ci il tarixdə EQ ******* nömrəli protokola görə 10 manat, BNA1633338 nömrəli protokola görə 32 manat, BNA1541741 nömrəli protokola görə 32 manat və BNA1349085 nömrəli protokola görə 36 manat məbləğlərində cərimə edilmişdir. İş materiallarında olan 13 oktyabr 2022-ci və xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, EQ 10597420 nömrəli protokola görə 45 manat, EQ 10597417 nömrəli protokola görə 9 manat, EQ 10597408 nömrəli protokola görə 45 manat, EQ 10597411 nömrəli protokola görə 9 manat, EQ 10597412 nömrəli protokola görə 9 manat, EQ 10597404 nömrəli protokola görə 45 manat, EQ ******* nömrəli protokola görə 45 manat, EQ ******* nömrəli protokola görə 54 manat, EQ ******* nömrəli protokola görə 36 manat, EQ ******* nömrəli protokola görə 9 manat, BNA1633338 nömrəli protokola görə 32 manat, BNA1541741 nömrəli protokola görə 32 manat və BNA1349085 nömrəli protokola görə 36 manat məbləğlərində pul ödənilmişdir. Cəmi 406 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı ilə X1 arasında bağlanılmış daxili lizinq müqaviləsinə əsasən öhdəliklər tam həcmdə Cavabdeh ötürülmüş və lizinq obyekti olan “Khazar SD” markalı 99PS264 dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsinə verilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı 99PS264 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olan müddət ərzində həmin avtomobil vasitəsilə inzibati xətalar törədilmişdir. Həmin inzibati xətalar nəticəsində tərtib edilmiş protokollar əsasında lizinq obyektinin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cəmi 406 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh, iddiaçı ilə bağlanılmış daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən inzibati xətaya görə məsuliyyət daşıyıcısı olmasına baxmayaraq, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələri ödəmədiyindən həmin cərimələr iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya 406 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 406 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 406 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-633/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-633/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver