Məhkəmə qərarları › İş №2(003)-638/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-638/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-638/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 2400 manat pulun, 45 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi əlaqədar 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun əvvəllər tanıdığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan tanışı Cavabdeh ondan ailə vəziyyəti ilə əlaqədar olaraq pul lazım olduğuna görə 2400 manat verilməsini xahiş etmişdir. Cavabdeh ondan pulu xx.xx.2023-cü il tarixdə istəmişdir. O, tanışı olduğu üçün Cavabdeh 2400 manat pul vermiş və həmin vaxt onların arasında borc müqaviləsi bağlanılmışdır. Cavabdeh ondan aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz vermişdir. Cavabdeh pulu dediyi vaxtda qaytarmadığına görə o məcbur olub dəfələrlə Cavabdeh zəng etmiş və Cavabdeh nəyə görə oktyabr ayının 14-də qaytarmalı olduğu pulu qaytarmadığını soruşmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qısa müddətdə qaytaracağına söz vermişdir. Cavabdeh son vaxtlar onun telefon zənglərinə cavab vermir. Borc müqaviləsi bağlanarkən onun tanışı X1 da iştirak etmiş və onların hər üçü borc müqaviləsini imzalamışlar. Cavabdeh onun pulunu qaytarmamış və yalan vəd verməklə onu aldatmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək cavabdehdən 1400 manat pulun ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İddiaçı 1000 manat məbləğində pul ödədiyini, hazırda İddiaçı 1400 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 2400 manat pul almışdır. Cavabdeh 2400 manat pulu 14 oktyabr 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. “Expresspay” ödəniş sisteminin xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə borc müqaviləsinə əsasən 2400 manat pul almışdır. Cavabdeh borc məbləğindən 1000 manat ödəniş etmişdir. İddiaçı Cavabdeh ödənilməmiş borcunun 1400 manat olduğunu etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam olaraq icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qalan borc məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ödənilməmiş 1400 manat borcu qaldığı üçün iddia tələbi 1400 manat hissədə əsaslıdır. Ona görə də iddia tələbi 1400 manat borcun ödənilməsi hissəsində təmin edillməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsinin tərtibi ilə əlaqədar 50 manat pulun ödənilməsi hissənə münasibət bildirərək hesab edir ki, iddia ərizəsinin tərtibi ilə əlaqədar 50 manat xərcin çəkilməsi iş materialları ilə təsdiq edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 45 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1400 manat mələğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 45 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat mələğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar