Məhkəmə qərarları › İş №2(003)-640/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-640/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-640/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı "pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 noyabr 2022-ci il tarixdə ona məxsus Tayota markalı **-OS-*** dövlət nömrə nişanlı avtomobili ilə Binəqədi-Mehdiabad yoli ilə hərəkət edərkən, Biəqədi-Novxanı yolu istiqamətindən tərəkətdə olan yolayrıcında yolver nişanının tələbini pozan QAZ 33021 Xüsusu Təyinatlı (Qazel) markalı, **-JC-*** dövlət nömrə nişanlı avtomaşın onun maşınının ön sağ yan tərəfini vuraraq toqquşma hadisəsi törətmişdir. Hadisə yerinə gələn DYP əməkdaşlarının apardığı araşdırmadan məlum oldu ki, cavabdeh həmin nəqliyyat vasitəsini yolvərəqəsi və sürücülük hüququ olmadan idarə edir. Eyni zamanda o da məlum oldu ki, nəqliyyat vasitəsi sığortalı deyildir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 469.3 və 332.4-cü maddələri ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Sonradan həmin protokol əsasında TP ******* nömrəli qərar qəbul edilmiş və qərara əsasn Cavabdeh1 400 manat məbləğində cərimə edilmişdir. İddiaçı ona dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı “Forsaj” Avtoservisə müraciət etmiş və onun nəqliyyat vasitəsinə dəyən ziyan, dəyişdirilməli olan ehtiyyat hissələrinə görə 982 manat, işçilik haqqına 1350 manat ümumilikdə 2330 manat müəyyənləşdirilmişdir. Cavabdeh qüsur aktı ilə tanış olmuş, etirazının olmadığını bildirmiş və zərəri ödəyəcəyini söz vermişdir. İddiaçının nəqliyyat vasitəsində dəyişdirilməli olan Qanadı, Saffanı, ön qanadın spollerini və kopkaların bir hissəsini özü aldı, bunlara ümumilikdə 740 manat pul ödədi. Lakin sonradan qalanları almaqdan və işçilik haqqını ödəməkdən boyun qaçırdı. Bildirdi ki qalanını da o yox şirkətin sahibi ödəyəcəkdir. İddiaçı Binəqədi Rayon Yol Polisində olarkən özünü şirkətin sahibi kimi təqdim edən şəxs ona bildirdi ki, əgər o onlara məxsus nəqliyyat vasitəsinin cərimə meydançasından buraxılmasına razılıq versə o, qalan pulu ödəyəcək. İddiaçı bununla razılaşmamış və dəyən ziyan ödənilmədən razılıq verə bilməyəcəyini demişdir. **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi ona məxsus nəqliyyat vasitəsinin sığortası olmadığından iddiaçı pulu ala bilməmiş, həmçinin şirkət yolvərəqi olmadan və sürücülük hüququ olmayan şəxsə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsini idarə etməyə verməklə qanunvericiliyin tələbini pozmuş və bunun nəticəsi olaraq onun mülkiyyətinə ciddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 1590 manat və 36 manat dövlət rüsumunun tutularaq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, avtomobilə dəymiş ziyanın 980,0 manatı ehtiyat hissələrindən ibarətdir. Cavabdeh1 tərəfindən ehtiyat hissələrini qismən almış, lakin dəyəri 200,0 manat olan “saffa paçebnik” ehtiyat hissəini almamışdır. Hal-hazırda cavabdehlərin ona ödənilməmiş 1550,0 manat borcu qalmışdır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “FARSAJ” avtoservisin xx.xx.2022-ci il tarixli zərər aktının surətindən görünür ki, **-DS-*** dövlət qeydiyyat nişanlı TOYOTA PRADO avtomobilinə “FARSAJ” firması tərəfindən texniki baxış keçirilən zaman müəyyən edilmiş qüsurlar, ehtiyyat hissələrinin dəyişilməsi və işçilik üzrə yekun məbləğ 2330 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 12:00-da Cavabdeh1 idarə etdiyi “QAZ 33021 Xüsusi təyinatlı” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barədində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan yol –nəqliyyat hadisəsinin sxemindən görünür ki, “TOYOTA PRADO” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ yan hissəsindən zədə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2731 saylı rəyinə əsasən “Toyota Prado” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli olan hissələrin qiyməti 980,0 manat, təmir-bərpa işlərinin qiyməti 1000,0 manat olmaqla 1980,0 manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “TOYOTA PRADO” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “TOYOTA PRADO” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “QAZ 33021 Xüsusi təyinatlı” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də İddiaçı avtomobilinə dəymiş ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədildiyindən İddiaçı avtmobilinə dəymiş ziyan Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “TOYOTA PRADO” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 1980,0 manat müəyyən olunmuşdur. Beləki, ekspert həmin avtomobilin təmir bərpa işlərinə görə çəkilməli olan xərcləri 1000,0 manat, ehtiyat hissələrindən saffa paçebnikin qiymətini isə 200,0 manat müəyyən etmişdir. Məhkəmə iclasında iddiaçı da öz izahatında cavabdehin avtomobilə dəymiş ziyana görə 780,0 manat ödəniş etdiyini, lakin cavabdeh tərəfindən ehtiyat hissələrindən saffa paçebnikin dəyərini və tıəmir bərpa işlərinə görə çəkilməli olan xərclərin ona ödənilmədiyini bildirmişdir. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobili ehtiyat hissələrindən saffa paçebnikin dəyərinin 200,0 manat olamasını və təmir-bərpa xərclərinin 1000,0 manat olduğunu işin hallarına uyğun sayır. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh1 dəymiş ziyana görə 1200,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda digər cavabdeh “8 Oxygen Group MMC-də mülki məsuliyyətini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 MMC-nə məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “QAZ 33021 Xüsusi təyinatlı” markalı **-JC-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, ““QAZ 33021 Xüsusi təyinatlı” markalı **-JC- ***dövlət qeydiyyat nişanlı avtomobil “8 Oxygen Group MMC-nə məxsus olsa da, Cavabdeh1 tərəfindən idarə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu idarə etmiş olan Cavabdeh1 daşımalı, “8 Oxygen Group MMC-nə münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 36,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, keçirilmiş ekspertiza üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 1200,0 manat pul, 36,0 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1236,0 manat borc Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidirdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1200,0 manat pul və 36,0 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1236,0 (bir min iki yüz otuz altı) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat məbləğində pul Cavabdeh1 alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar