Məhkəmə qərarları › İş №2(003)-653/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-653/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-653/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Bakı şəhəri İddiaçı icra məmuru X1, Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri 637.91 manat dəyərində vəsaitin alınıb borcun alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri İddiaçı icra məmuru X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 135/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası şöbəyə həvalə edilmişdir. Məhkuma xx.xx.2019-cu il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, həmin tarixdə müvafiq aktla 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq və 02 ədəd ev siqnal ötürücüsü hazırki iş üzrə cavabdeh məhkum Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Məhkuma tətbiq olunmuş nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehin mobil qurğunu zədələdiyi məlum olmuş və bu barədə ondan izahat alınmışdır. Cavabdeh mobil qurğuya zərər vurmuş və onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin qurğunun dəyəri 637.91 manat təşkil edir. Qeyd olunanlara əsasən, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri 637.91 manat dəyərində vəsaitin alınıb borcun İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmiş və bildirmişdir ki, mobil qurğunu çıxararaq cibinə qoymuş, qurğu cibindən düşərək qırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-135/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cavabdeh üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müəyyən məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh verilmiş mobil qurğunun fiziki zədə görməsi barədə akt tərtib edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri İddiaçındə izahat verərək, yıxılaraq mobil qurğunu qırdığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə və təminat idarəsinin xx.xx.2018-ci il tarixli D- 8/196 saylı məktubunun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri elektron qolbaqlar 637.91 manat müəyyən olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirməlidir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-135/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü üzrə ona təhkim edilmiş elektron qolbağın mühafizə edilməsi barəsində üzərinə götürdüyü öhdəliyi pozmuş, nəticədə Bakı şəhəri İddiaçınə 637.91 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh iddiaçı Bakı şəhəri İddiaçı xeyrinə 637.91 manat məbləğində pul vəsaitinin tutulması təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri İddiaçı xeyrinə 637.91 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bakı şəhəri İddiaçı xeyrinə 637.91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar