Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-657/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 680 manat ödədiyi pul vəsaitini və hüququ yardıma görə ödənilmiş hüququ yardıma görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 766 manat pulunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə bir tanışının tövsiyyəsi ilə Onlayn lotereyası ilə məşğul olan Cavabdeh1 adlı vatsaap proqramı vasitəsi ilə tanış olmuşdur. Həmin xanım, yəni iş üzrə cavabdeh işin gedişatı barədə ümumi məlumat verərək pul qoyub, qarşılığında əlavə pul götürəcəyini bildirmişdir. Həmçinin ona 170 manat ödəməklə 1000 manat qazanacağını vəd etmiş və həmin pulun çatmayacağını təkrar qaytarılacağını bildirmişdir. Cavabdehə inandığı üçün müxtəlif vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdən 10.09.22-ci il tarixdədək hissə-hissə pul göndərmiş, iş üzrə Cavabdeh2 məxsus 4098-5844-60, 8-8897 nömrəli Kapital hesabına və iş üzrə digər Cavabdeh1 məxsus 40985844-xx-xx-0916 Leobank hesabına ümumilikdə 830 manat pulu mobil tətbiq proqramı vasitəsi ilə köçürmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq hər hansı gəlir əldə etməmiş və həmin şəxslərdən pulumu tələb etmişdir. İş üzrə cavabdehlər pulu qaytaracaqlarını bildirsələr də, müxtəlif bəhanələr gətirərək ödədiyim pulu qaytarmaqdan boyun qaçırırlar. Bundan sonra, 2022-ci ilin sentyabr ayında ona hissə-hissə 150 manat pul qaytarılsa da, hal-hazırda 680 manat pulunu geri qaytarmırlar. O, bu barədə Abşeron rayon Polis idarəsinə müraciət etsə də, cinayət işinin başlanmasından imtina edilmiş və bu barədə ona cinayət işinin rədd edilməsi barədə qərar verilmişdir. O, məhkəmədə işin aparılması üçün və icraatın mümkünlüyü üçün 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda, iddia ərizəsinin tərtib edilməsi və hüquqi məsləhət üçün hüquqşünasa müraciət edərək onların hesablama hesabına 55 manat pul ödəmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Cavabdeh1 tanıyır, digər Cavabdeh2la isə aralarında hər hansı razılaşma olmayıb. Lakin o, Zəhraya pul vəsaitlərini Zəhranın ona göndərdiyi kartalar vasitəsilə çatdırırdı. Zəhra da həm özünün, həm də həyat yoldaşı olan digər cavabdehin bank kartlarının məlumatlarını ona göndərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına surəti əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına Whatsapp yazışmalarına dair çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında danışıqlarda Zəhra Cavabdeh2 aid **********188897, **********793768 nömrəli bank kartları, Cavabdeh1 aid **********642960, **********570916 nömrəli bank kartı məlumatlarını İddiaçı göndərmişdir. Onlar arasında qarşılıqlı pul köçürmələri barədə yazışmalar həmin çıxarışlarda əks olunmuşdur. İş materiallarında olan kart göndərişinə dair çıxarışlardan görünür ki, 416973******0237 nömrəli kart vasitəsilə 409858******8897 nömrəli karta xx.xx.2022-ci il tarixdə 170,0 manat, xx.xx.2022-ci il tarixdə 170,0 manat, xx.xx.2022-ci il tarixdə 416973******0237 nömrəli kart vasitəsilə 409858**0916 nömrəli karta 25,0 manat, 540408******9469 nömrəli kart vasitəsilə 416973******2960 nömrəli karta xx.xx.2022-ci il tarixdə 170,0 manat, 416973******0237 nömrəli kart vasitəsilə 416973******2960 nömrəli karta xx.xx.2022-ci il tarixdə 170,0 manat, 416973******4463 nömrəli kartdan 416973******2960 nömrəli karta xx.xx.2022-ci il tarixə 25,0 manat, 416973******2960 nömrəli kartdan 416973******9266 nömrəli karta 25,0 manat, Cavabdeh1 məxsus karta xx.xx.2022-ci il tarixdə 25,0 manat, xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş edilmişdir. İş materiallarında olan hüquqi yardım haqqında müqavilə və ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün 55,0 manat ödəmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 şifahi formada razılığa əsasən lotereya oynanılması məqsədilə İddiaçı 830,0 manat pul vəsaiti almışdır. Həmin pul vəsaiti Cavabdeh1 və onun həyat yoldaşı, həmçinin iş üzrə cavabdeh olan Cavabdeh2 məxsus bank kartları vasitəsilə köçürülmüşdür. Həmin pul vəsaitindən 150,0 manatı iddiaçıya qaytarılmış, qalan 680,0 manatı isə qaytarılmamışdır. Cavabdehlər məhkəmə iclasına dair xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair mülahizələrini, eirazlarını məhkəməyə göndərməmişlər. İşin məhkəmə iclasında araşdırılan halları, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 İddiaçı 830,0 manat pul vəsaiti almış, həmin pul vəsaitinin 150,0 manatını geri qaytarmış, qalan 680,0 manat pul vəsaitini ona qaytarmamışdır. Cavabdeh hüquqi əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Odur ki, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh1 tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 830,0 manat məbləğində pul vəsaitinin Cavabdeh1 verilməsi və həmin pul vəsaitinidən 150,0 manatının qaytarılması, son nəticədə təsdiq olunduğundan, iddia tələbi 680,0 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə dair hissədə əsaslıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh1 iddiaçıdan 680,0 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh1 geri tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iddianın cavabdeh Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, o, tərəflər arasında olan öhdəlik münasibətlərində iştirak etməmiş, pul göndərilməsi ona məxsus bank kartı vasitəsilə həyata keçirilsə də, o özü həmin münasibətdə formal olaraq iştirak etmiş və hər hansı rolu olmamışdır. Odur ki, iddianın həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh1 680,0 manat məbləğində pul alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi iddia məbləğinə münasibətdə tam təmin edildiyindən, iddiaçının ödəmiş olduğu dövlət rüsumuna görə 30,0 manat pulun tutulması da təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 680,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-657/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-657/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver