Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-660/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, iddiaçı Abbasova Laçın Məzahət qızının nümayəndəsi və vəkili Ağayeva Nüşabə Fərman qızının, cavabdeh Abbasov Elməddin Sərhəddin oğlunun iştirakları ilə, İddiaçı Abbasova Laçın Məzahət qızının cavabdeh Abbasov Elməddin Sərhəddin oğluna qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Abbasova Laçın Məzahət qızı cavabdeh Abbasov Elməddin Sərhəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-cı il tarixli 2(003)- 382/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılması və cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının, 14 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının və 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqısının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində alimentin tutulması 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-cı il tarixli 2(003)- 382/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsi, Abbasov Elməddin Sərhəddin oğlundan 04.12.2019-cu il tarixdən başlayaraq 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının və 14 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində aliment və hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən üç il ərzində 50 manat sabit pul məbləğində alimentin tutularaq Abbasova Laçın Məzahət qızına ödənilməsi qət edilmişdir. Hazırda birgə nikahdan 3cü uşaqları 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlu anadan olmuşdur. Hazırda alimentin artırılmasına ehtiyacı vardır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Ağayeva Nüşabə Fərman qızı iddia tələbini dəqiqləşdirmə ərizə verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(003)-382/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılması və cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının, 14 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının və 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində alimentin və 02.02.2020-ci il tarixdə anadan olmuş Abbasov Ruzi Elməddin oğlunun 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat pul tutularaq Abbasova Laçın Məzahət qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Ağayeva Nüşabə Fərman qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Abbasov Elməddin Sərhəddin oğlu iddianın qəbul edərək, təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notarius vasitəsilə təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Abbaszadə İnci Elməddin qızı 05 sentyabr 2012-ci il tarixdə doğulmuşdur. Atası Abbasov Elməddin Sərhəddin oğlu və anası Abbasova Laçın Məzahət qızıdır. İş materiallarında olan notarius vasitəsilə təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Abbaszadə İpək Elməddin qızı 24 dekabr 2016-cı il tarixdə doğulmuşdur. Atası Abbasov Elməddin Sərhəddin oğlu və anası Abbasova Laçın Məzahət qızıdır. İş materiallarında olan notarius vasitəsilə təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Abbaszadə Ruzi Elməddin oğlu 02 fevral 2020-ci il tarixdə doğulmuşdur. Atası Abbasov Elməddin Sərhəddin oğlu və anası Abbasova Laçın Məzahət qızıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(003)-382/2020 nömrəli qətnaməsindən görünür ki, Abbasov Elməddin Sərhəddin oğlundan 04.12.2019-cu il tarixdən başlayaraq 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının və 24 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının yetkinlik yaşına çatanadək saxlanılmsı üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment və hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində 50 manat sabit pul məbləğində aliment tutularaq Abbasova Laçın Məzahət qızına ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(003)-382/2020 nömrəli qətnaməsindən görünür ki, Abbasov Elməddin Sərhəddin oğlu 12 mart 2010-cu il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin istehsal sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Onun aylıq əmək haqqısı 573,0 manat təşkil edir. Hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər 24 noyabr 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızı və 24 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızı adlı iki övladları olmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(003)- 382/2020 nömrəli qətnaməsi ilə Abbasov Elməddin Sərhəddin oğlundan 04.12.2019-cu il tarixdən başlayaraq 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının və 24 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının yetkinlik yaşına çatanadək saxlanılmsı üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment və hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində 50 manat sabit pul məbləğində aliment tutularaq Abbasova Laçın Məzahət qızına ödənilməsi qət edilmişdir. Sonradan tərəflərin birgə nikalarından 02 fevral 2020-ci il təvəllüdlü Abbaszadə Ruzi Elməddin oğlu doğulmuşdur. Hazırda iddiaçı bu halı (tərəflərin birgə nikalarından 02 fevral 2020-ci il təvəllüdlü Abbaszadə Ruzi Elməddin oğlu doğulmuş) nəzərə alınmaqla alimentin miqdarı dəyişdirilərək artırılması və cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının, 14 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının və 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində alimentin və 02.02.2020-ci il tarixdə anadan olmuş Abbasov Ruzi Elməddin oğlunun 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat pul tutularaq Abbasova Laçın Məzahət qızına verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı hissəsi miqdarda aliment tutulur (maddə 76.1.3). Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. İddia tələbinin 02.02.2020-ci il tarixdə anadan olmuş Abbasov Ruzi Elməddin oğlunun 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat pul tutularaq Abbasova Laçın Məzahət qızına verilməsi hissəsinə münasibətdə məhkəm hesab edir ki iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən “ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər” (maddə 84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə iclasında cavabdehin təqdim etmiş olduğu ərizədən görünür ki, cavadeh ondan alimentin tutulmasına etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(003)- 382/2020 saylı qətnaməsi əsasında cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan iddiaçı Abbasova Laçın Məzahət qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının, 14 dekabr 2016cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının və 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində aliment və 02.02.2020-ci il tarixdə anadan olmuş Abbasov Ruzi Elməddin oğlunun 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat pul tutularaq Abbasova Laçın Məzahət qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(003)-382/2020 saylı qətnaməsi əsasında cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan iddiaçı Abbasova Laçın Məzahət qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 05 sentyabr 2012-ci il təvəllüdlü Abbaszadə İnci Elməddin qızının, 14 dekabr 2016-cı il təvəllüdlü Abbaszadə İpək Elməddin qızının və 02.02.2020-ci il təvəllüdlü Abbasov Ruzi Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində aliment və 02.02.2020-ci il tarixdə anadan olmuş Abbasov Ruzi Elməddin oğlunun 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat pul Abbasov Elməddin Sərhəddin oğlundan tutularaq Abbasova Laçın Məzahət qızına ödənilsin. Cavabdeh Abbasov Elməddin Sərhəddin oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-660/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-660/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver